Allaha görə ziyarətə get

 
Allaha görə ziyarətə get


Şeyxin şagirdlərindən biri deyir: Bir gün Şeyxə ərz etdim ki, icazə versəniz birlikdə imam Riza (ə)-ın ziyarətinə gedək.

Buyurdu: İcazəm öz əlimdə deyil.

Əvvəlcə bu mətləb mənim üçün bir qədər ağır gəldi və fikirləşdim ki, necə yə᾽ni «icazəm öz əlimdə deyil» deyə cavabını versin. Nəhayət bir müddət keçdikdən sonra başa düşdüm ki, bu Allah bəndəsinin Haqqın iradəsindən başqa özünün heç bir rə᾽yi yoxdur, işlərinin hamısı Allahın razılığına və icazəsinə bağlıdır. Bir müddətdən sonra ixlas və mübarək vücudun imamlıq ziyarəti haqda söz düşdükdə buyurdu: Əgər biz Allaha görə ziyarətə getsək və Allahın razılığından başqa heç bir şeyi nəzərə almasaq, Həzrət bizi tam başqa cür qəbul edəcəkdir.

Səfərlərimin birində Allahın razılığından başqa heç bir şeyi nəzərdə tutmamışdım. İmam Riza (ə) mənə elə mərhəmət göstərdi ki, məhəbbətinin çoxluğundan valeh oldum. Əgər bu məhəbbətin zahiri görünüşü də olsaydı sizin üçün deyərdim, lakin bu məhəbbəti eynilə, olduğu kimi dərk etmək istəsən, gərək özün nəfsini saflaşdırıb, əməllərini xalis edəsən ki, mənim nə gördüklərimi biləsən!

İxlasın təsirləri

Şeyxin kəlamının məğzi bundan ibarət idi: Mən kanə lillah kanəllahu ləh—(Hər kəs Allah üçün olarsa, Allah da onun üçün olar.)(Bu cümlə hədis mənbələrində, o cümlədən, «Biharul-ənvar», 82/197, «Vafi», 5/784, «Rovzətul-müttəqin», 3/195 kimi kitablarda hansı mə᾽sumdan nəql olunması qeyd edilmədən «kəma» vərədə» yaxud «qəd vərədə kimi qeyd olunmuşdur ki, bu da onun hədis olmasına dəlalət edir. Sədrul-Mütəəllihin Şirazi öz təfsirinin birinci cildinin 76-cı səhifəsində onu Peyğəmbərə (s) aid etmişdir. Aparılmış tədqiqatlara əsasən bu hədisin ən qədim mənbəsi Xacə Nəsrəddin Tusinin yazdığı «Əxlaqi möhtəşəmi» kitabıdır. Bu hədis həmin kitabın 12-ci bölməsinin 122-ci səhifəsində qeyd olunmuş, lakin, dəqiq şəkildə hansı mə᾽sumdan nəql olunduğu bəyan edilməmişdir.0)

Hər kəs tam mə᾽nada Allah üçün işləsə, Allah da onun üçün olacaqdır.

Yenə buyurur: Sən Allah üçün ol, Allah və mələklər də sənin üçün olar.

Bə᾽zən belə deyərdi: Əgər insan ona (ixlasa) əməl etməyə müvəffəq olmasa da, onun barəsində söhbət etmək şəxsin ruhiyyəsində gözəl tə᾽sirlər buraxır.


İlahi hidayət

Şeyx xüsusi ilahi hidayətdən bəhrələnməyi ixlasın mühüm bərəkətlərindən biri kimi hesab edirdi. Və bu e᾽tiqad da aşağıdakı ayəyə istinad edirdi:

«Vəlləzinə cahədu fina lənəhdiyənnəhu subuləna».(Bizim yolumuzda çalışanları hökmən Öz yolumuz hidayət edərik. «Ənkəbut» surəsi, ayə 69)


Mətləbin bəyanında belə buyurulur: Əgər sən Allah üçün qiyam etsən bütün xilqət aləmi sənə yol göstərəcəkdir. Çünki, onların kamala yetməsi səndə fani olmalarındadır. Onlar da fitrətlərində olanları təhvil vermək istəyirlər ki, həqiqi kamala nail olsunlar. Əgər insan Allah üçün iş görsə, bütün vücud aləmi onun yolu üzərində səfə düzülər ki, özlərində olanı həmin şəxsə təqdim edib ona yol göstərsinlər.

Şeyx həqiqətdə xüsusi tərbiyədən başqa sözlə xüsusi ilahi hidayətdən bəhrələnmək üçün ixlasın ən yüksək mərhələsinə çatmağı zəruri bilir və buyururdu ki, insanın öz sə᾽y və fəaliyyətlərində Allahın razılığından başqa heç bir hədəfi olmamalı, hətta öz kamalını da nəzərdə tutmamalıdır. Bu barədə buyururdu: Nə qədər ki, insan öz kamalını nəzərdə tutur, həqiqətə nail ola bilməz. İnsanın qabiliyyət və iste᾽dadları Allaha çatmaq yolunda istifadə olunmalıdır. Məhz bu halda mütəal Allah insanı özü üçün tərbiyə edər.

Əməldə ilahi rəng

Cənab Şeyx tə᾽kid edib buyururdu: Allahı tanıdığın zaman görəcəyin hər iş xaliscəsinə və aşiqcəsinə olmalıdır. Hətta öz kamalını da belə nəzərə alma. Nəfs çox hiyləgər və mürəkkəbdir. İnsandan heç vaxt əl çəkməz. O, hər vasitə ilə olursa olsun insanın niyyətinə dəxalət etmək istəyir. İnsan nə qədər ki, özünü istəyir və özünə diqqət yetirir, onun işləri həvayi-nəfs üzündəndir və əməllərində ilahi rəng yoxdur. Lakin əgər xudbinliyi və özünü istəməyi bir tərəfə qoyub Allahı istəsə, onun işləri ilahi rəngdə olur, əməlləri ilahi rəngə boyanır. Onun da bir nişanəsi vardır ki, imam Səccad (ə) belə buyurur:

«Vəma ətyəbə tə᾽mə hubbikə»(Pərvərdigara, Sənin məhəbbətinin dadı necə də gözəldir!» «Məfatihül-cinan», Xəmsətə əşərə, münacatul-arifin.).


Allaha görə ziyarətə get


Geri dön

Banned549678

  • 5 sentyabr 2015 11:42
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
ALLAH razi olsun cox sagol

ღKiRaZ MeVsİmCiღ

  • 2 sentyabr 2015 20:57
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH Razı Olsun

--------------------

Səssiz

  • 27 avqust 2015 20:09
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Səssiz'liyim

Ř҉₳₱ʊ₦ʐɛL

  • 27 avqust 2015 20:01
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Favorit Girl )

  • 26 avqust 2015 18:34
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
Allah razi olsun

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

ヅ Bad Girl ヅ

  • 24 avqust 2015 20:55
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər məqaləyə görə

--------------------

PércyDarkMoon

  • 24 avqust 2015 20:51
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}