Bir arzu tut [11]

 
Bir arzu tut [11]

Alekslə Castin ümid dolu gözlərinə bir az da sevinc qataraq bir birlərinə baxdı.

- Yəni.. ümid edirəm.. (xanım Ameliya bir çox səhifəsi su dəydikdən sonra bir birinə qarışmış mürəkkəb izləri ilə dolu olan kitab səhifələrinə baxaraq dedi)
Dəqiqələr bir birini qovdu. Səmaya gələn bulud, kəsilən quş səsləri, pəncərənin qırağında yellənməyə başlayan hörümçək toru havanın dəyişdiyindən xəbər verirdi.. Sanki hansısa şər qüvvə yaxınlaşırdı. Xanım Ameliya vərəqlərin sağlam yerlərinə baxarkən dodaqaltı , anlaşılmaz dildə nələrsə mırıldandıqca Alekslə Castin arasındaki səssizlik bir o qədər ürpərdici hal alırdı. Aleks arada bir nə isə soruşmaq istəsə də nənəsinin üzündəki heç vaxt görmədiyi ciddilik onu bu fikrindən döndərirdi. Xanım Ameliya bir müddət gözü yumulu dayandıqdan sonra qəflətən gözünü açarkən diqqətlə onun üzünə zilləyən Alekslə Castin ikisi də sıçradı.

- Nə..Nə oldu?

- Bir şey sınaya bilərik, amma gecə çıxmalıyıq. Meşənin dərinliklərinə doğru enib yalnız gecə keçdikdən sonra açan Lanna gülünün ləcəklərini toplamalı və gün çıxxmadan evə qayıdıb dərmanı düzəltməliyik.

- Nənəcan sən bunun işə yarayacağına əminsən? yəni bu biraz.. necə deyil..

- Dəli olduğumu düşünürsən? (Nənəsi Aleksin sözündən sonra hirslə kitabı qatladı)

- Yox,yox, nənəcan,əlbəttəki yox..

- Elə isə az danış, axşam yola düşməliyik, vaxta az qalıb, ona qədər isə get çöldəki odunları qır. Bir işə yara. Cəld!

- Oldu! Oldu, baş üstə, təki əsəbləşmə.

Castin də Aleksə yardım etmək üçün ayağa qalxanda xanım Ameliya onun qolundan tutub "o tək də bacarar" deyərək gözü ilə oturmasını işarə etdi. Castin zoraki gülümsəməsi ilə təsdiqləyib oturacağına təkrar əyləşdi. Aleks sobanın yanındaki sapı laxlayan baltanı götürüb qapıdan çıxarkən son dəfə geri çevrilib "hər şey yaxşı olacaq" deyirmiş kimi Castinə baxaraq göz vurdu. Castin xanım Ameliyanın bütün hərəkətlərinə diqqətlə baxır, növbəti addımının nə olacağını təxmin etməyə çalışırdı. Axşamtərəfi, yəni evdən çıxmadan yarım saat əvvəl xanım Ameliya yarısından çoxu kiflənmiş çörəyin kənarından bir parça kəsib yedi, bir hissəsini isə uzun, qara ətəyinin cibinə atdı. Castin təəccüblə onun çörəyi necə yediyini və digər yarısını niyə götürdüyünü anlamağa çalışdı.

- Özünü necə hiss edirsən?

Castin gözləmədiyi sual qarşısında diksindi.

- Yaxşı, təşəkkürlər..

- Ümumi olaraq soruşuram, yəni çevrildiyindən bəri..

- Çevrildikdən? (Castinə qəribə gəldi) Bi..bilmirəm.. Yəni, əlbəttə ki, pis hiss edirəm.

- Nə üçün ?

- Necə yəni nə üçün? Qadın olmaq çox çətindir! Bu.. necə deyib aslanlar arasında düşən ceyran balası olmaq kimidir. Hər an hücuma məruz qalacaqmışam kimi hiss edirəm.. Yəni..bütün kişilər olmasa da, əksəriyyəti aslan mövqesindədir.

- Bəs yaxşı tərəfləri?

- Anlamıram..

- Sənin sözlərindən elə çıxır ki, qadın olmaq ancaq lənətdir..

- Y..yox, sadəcə kişi kimi doğulduqdan sonra qadına çevrilmək vəziyyəti biraz dəyişir. Yəni hər zaman qadın ol..yəni..qadın kimi doğulanda həyatın boyu vərdiş edirsən hər şeyə amma birdən birə belə bir şey..

- Bu mənim sualıma cavab deyildi

- O zaman cavabını siz deyin.. Sizcə qadın olmağın ən yaxşı tərəfi nədir?

- Əlbəttə..məsələn..

Xanım Ameliya sözə başlayan zaman Aleks təşvişlə qapıdan içəri gizdi mobil telefonunu qulağından çəkərək.. Castin özündən asılı olmadan ayağa qalxdı və ona tərəf addımladı.

- Nə baş verib?

Aleksin rəngi qaçmışdı. O , yalnız bir neçə saniyədən sonra Castinə cavab verə bildi.

- Dü..dünən..Toy bitənə yaxın otaqlardan birində Deminin qardaşı Ceykobun cəsədi tapılıb..


Geri dön

ヅ Bad Girl ヅ

  • 6 sentyabr 2015 13:21
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
Məqalə ücün təşəkkürLər

--------------------

Banned549678

  • 5 sentyabr 2015 11:22
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
❤ Təşəkkürlər məqaləyə görə ❤

ღKiRaZ MeVsİmCiღ

  • 2 sentyabr 2015 21:14
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
Təşəkkürlər maraqlı hekayə idi

--------------------

Səssiz

  • 27 avqust 2015 19:37
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox sagol baci`m ellerine salig

--------------------
Səssiz'liyim

Ř҉₳₱ʊ₦ʐɛL

  • 27 avqust 2015 18:45
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Təşəkkürlər Her bolumunu Oxuram fellow

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

PércyDarkMoon

  • 26 avqust 2015 21:59
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
buyurun Təşəkkürlər werhlere gore tewekkurler

--------------------

Favorit Girl )

  • 26 avqust 2015 18:26
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
TeshekkurLer

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

ヅ Bad Girl ヅ

  • 26 avqust 2015 18:00
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər məqaləyə görə

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}