Qadınlar bayramında kişiləri depressiyadan necə çıxarmalı?

 
Qadınlar bayramında kişiləri depressiyadan necə çıxarmalı?


8 mart kişilərin beynəlxalq qanqaraçılıq günü?

Orta məktəb dərslikləri bizə sovetlər dönəmində öyrədirdi ki, 8 mart “Beynəlxalq analar günü”dür, yəni bu günün ana olmayan qadınlara dəxli yoxdur, yəni hədiyyə yolu gözləyirsənsə, zəhmət çək ərə get, uşaq doğ, övlad əmizdir. Hətta belə bir şeir də əzbərləyirdik: “8 martdır, anacan, gəl öpüm üz-gözündən”. Universitet illərində isə alayı mənzərə ilə qarşılaşdıq, sən demə, orta məktəb dərsilikləri bizi aldadırmış, 8 mart ana olub-olmamasından aslı olmayaraq, ucdantutma bütün qadınların, hətta fahişələrin də bayramı imiş. Bax, bundan sonra işin rəngi dəyişdi və 8 mart qadınların bayramına, kişilərin faciəsinə çevrildi. Mənim anlamımda 8 mart beynəlxalq qanıqaraçılıq günüdür. Baxmayaraq ki bu günü dərsliklər “Analar günü” kimi bizə sırıyıb, ancaq fikir vermişəm, bu gün, demək olar ki, yada düşməyən və hədiyyə həsrəti çəkməyən məhz bizim analardır. Kişilərin çoxu “8 mart” gələndə gəzdiyi, üç öpüb bir dişlədiyi, kafe-restoranda avaralandığı subay zənənləri fikirləşir. Əgər bu bayramda hədiyyə yolu gözləyirsənsə, çalış ərə getmə, uşaq doğma, cəmiyyətdə özün haqqında “Araz aşığındandır, Kür topuğundan” rəyi yarat və məsələn, “Facebook”da lirik “mən”ini sərgilə. Gör, nə qədər hədiyyə verən tapılacaq, evli kişilər belə, ən azı, bir ədəd “Mərdəkan broyler” toyuğunun pulundan keçib sənə bir hədiyyə ərmağan edəcək. 9 mart günü isə unudulmağa hazırlaş, çünki 8 mart daha çox birgünlük qadınların bayramıdır, ilin qalan 364 gününü yenə bütün kişilər evdəki arvadlarıyla süpürləşəcəklər.

“Qadınlar günü”nə bir-iki gün qalmış evdə hədiyyəpulu haqqında fikirləşə-fikirləşə var-gəl edir və oxuduğum kitablardan qadınlar haqqında xoşuma gələn fikirləri qeyd etdiyim kitabçanı vərəqləyirdim. Məqsədim bu idi ki, ilin 364 günü ömrümü-günümü çürüdən zərif cinsin nümayəndəsinə hədiyyə ilə bərabər, beş-altı kəlmə də lirik-fəlsəfi cümlə əzbərləyim və məqamı çatanda döşəyim qabırğasına. Deyilənə görə, lazım gələndə, qadın qulağıyla sevir. İndi bu qeydləri kişi oxucularımla da paylaşmaq istəyirəm ki, 8 mart “qırğınında” aranı sakitləşdirməkdən ötrü istifadə edə bilsinlər.

Kitabçada ilk qeydim Məhəmməd Peyğəmbərdəndir: “Üç şey məni sevindirir, qadınlar, gözəl qoxu və gözlərimi işıqlandıran namaz”. Fikir verin, Peyğəmbərimiz də “qadın” yox, “qadınlar” deyib. Mən bu mənada Peyğəmbərimizin tərəfindəyəm, doğrudan da, bir qadınla nə qədər “çevir tatı, vur tatı” həyatı yaşamaq olar. Özünü kişi hesab edən şəxs, ən azı, peyğəmbərimiz kimi 22 arvada yiyələnməlidir. Ancaq bu, indiki zamanda, sadəcə, mümkün deyil. O dövrdə “8 mart”, “14 fevral” kimi para tələb edən günlər yox idi. Nəinki 22, hətta 122 arvadı da tovlamaq olardı. İndi isə şərtlər ağırdı, 8 mart gələndə hədiyyəpulu tapmağın zülmündən adam az qalır sevgilisinin özünü kiməsə birgünlük hədiyyə eləsin.

İkinci qeydim isə farnsız yazıçısı De Labrüyerdəndir: “Kübar və zəngin qadınlar üçün bağban yalnız bağban, dülgər yalnız dülgərdir. Kasıb qadınlar üçünsə bağban da, dülgər də, sadəcə, kişidirlər”.

Üçüncü qeydim Ezopdandır: “Dünyada üç fəlakət var: yanğın, qadın və dəniz”. Ezopa görə, fəlakətlilik qüdrətinə görə qadın odla suyun arasında yer alır. Ezop qul idi, buna baxmayaraq, arvad tayfası haqqında xeyli müdrik sözlər üyüdüb-tökmüşdür. Məsələn, deyir: “Arvada öz daxili aləmini açıb-ağartama, heç bir sirrini demə. Unutma ki, ailə həyatında arvad heç vaxt silahı yerə qoymayan, daim səni özünə tabe etdirmək istəyən çox qorxulu rəqibdir”.

Bu yerdə gözəl rus şairəsi Mariya Svetayevanın sözlərini xatırlayıram: “Sevgi – birinin alçalması üzərində digərinin yüksəlməsi deməkdir”. Təəssüf ki, ən şiddətli təcavüz məhz sevgidədir.

Nəsə, keçək o biri qeydlərə.
Növbəti qeydim qadınların çənə-boğaz olmağa meyilli olması haqqında olan bir fransız məsəlidir: “Əgər qadın sizdən məsləhət istəyirsə, bu, o demək deyil ki, onun sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, əng olmaq üçün bir adam axtarır”.

Bu barədə digər qeydlərdə ingilis yumoristi Berbard Şounun dedikləri də var. Bernard Şoudan soruşurlar: “Cənab Şou, sizcə, qadın naturasının fərqləndirici cəhəti hansıdır?”. Yumorist cavab verir: “Elə bir qadın yoxdur ki, “görüşənədək” sözünü otuz sözdən az sözlə ifadə edə bilsin”.

Kitabçadakı daha bir qeyd isə dünya kişilərinin evlənmə məqsədi haqqındadır və Çarli Çaplinə məxsusudur. Çaplin deyirdi ki, Fransada kişilər dadlı yeməklər yemək üçün evlənirlər, İngiltərədə kişilik borcunu yerinə yetirmək, Almaniyada isə vətənə layiqli əsgər vermək üçün nikaha girirlər. Yalnız Hollivudda ailə boşanmaq üçün qurulur. Eynən bizdə olduğu kimi. Kənd yerlərində ona görə sevirlər ki, birləşib ailə qursunlar, paytaxtda isə ona görə evlənirlər ki, ayrılıb yenidən sevə bilsinlər. Kənddə sevgi nikaha qədər davam edir, şəhərdə isə nikahdan sonra başlanır.


Elə bilirəm ki, qadınlar haqqında bu qədər qeybət etmək hələlik bəsdir. Əslində qeybət etməkdə kişilər heç də qadınlardan geri qalmırlar. Gör indi kişilər bayramı olsaydı, qadınlar nə qədər "qeydlər"lə bizləri təbrik edərdilər... Yaxşı ki, belə bir gün bizdə yoxdur. Öz aramızda qalsın, qadınların kişilər haqqında ürəklərini boşaltmaq üçün fürsət verməmək yaxşıdır. Çünki onların da deyiləsi sözləri az deyil...

Bu yazıyla, ümumiyyətlə, martın 8-nin nə vaxt gəldiyinin, nə vaxt keçdiyinin fərqində belə olmayan analarımızı təbrik edirəm.


Geri dön

RoMaNTiK SerSeRi

  • 7 yanvar 2012 01:18
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
hce nece nece cixacaqlar kii (beziler)

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

only-girl

  • 3 aprel 2011 11:01
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
yaxsi xeberdi

--------------------

Ulya

  • 12 mart 2011 20:08
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
fellow

::..ONSLAUGHT::..

  • 9 mart 2011 19:19
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
yaxsi xeberdi twk edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 8 mart 2011 23:48
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
yaxsi xeberdi twk edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

marlin

  • 8 mart 2011 23:37
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
yaxsi xeberdi twk edirem

--------------------

BaKiNkA_

  • 8 mart 2011 22:56
  • Məqalə: 1
  • Şərh: 264
  • Bal:
{awards}
“Qadınlar günü”nə bir-iki gün qalmış evdə hədiyyəpulu haqqında fikirləşə-fikirləşə var-gəl edir və oxuduğum kitablardan qadınlar haqqında xoşuma gələn fikirləri qeyd etdiyim kitabçanı vərəqləyirdim. Məqsədim bu idi ki, ilin 364 günü ömrümü-günümü çürüdən zərif cinsin nümayəndəsinə hədiyyə ilə bərabər, beş-altı kəlmə də lirik-fəlsəfi cümlə əzbərləyim və məqamı çatanda döşəyim qabırğasına. Deyilənə görə, lazım gələndə, qadın qulağıyla sevir. İndi bu qeydləri kişi oxucularımla da paylaşmaq istəyirəm ki, 8 mart “qırğınında” aranı sakitləşdirməkdən ötrü istifadə edə bilsinlər.

_RONALDO_

  • 8 mart 2011 12:34
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TEWEKKURLER SAGOLUN

--------------------

host_470

  • 8 mart 2011 12:30
  • Məqalə: 0
  • Şərh: 273
  • Bal:
{awards}
TESEKKURLER

CandyGirl

  • 8 mart 2011 12:18
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
gozel xeberdi

--------------------

gul_93

  • 8 mart 2011 11:17
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
ehh.ne deyim ee.goren qadinlarin sizin ucun ne fikirleri var.neyse tewekkurler

Nur_Ay

  • 8 mart 2011 02:34
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TWK MARAQLI XEBER IDI...

--------------------

Lexikon

  • 8 mart 2011 01:27
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
xebere gore twk

GUNAHKAR MELEK

  • 7 mart 2011 23:51
  • Məqalə: 0
  • Şərh: 242
  • Bal:
{awards}
QADINLAR SADECE MARAQ ISTEYIR.TEBRIK UCUN HEDIYYE ESAS DEYIL.BU TEBRIK XOS SOZ VE YA GOZEL GUN KECIRDMEK DE OLA BILER

TESEKKUR XEBERE GORE

--------------------
ALDANMA INSANIN GOZELLİYİNE,
GOZELLIK INSANIN DAXILINDEDIR.
XARICI OLSA DA PARLAQ BIR GUNES,
DAXILI BELKE DE ZULMET GECEDIR

_Pretty_Girl_

  • 7 mart 2011 23:51
  • Məqalə: 25
  • Şərh: 135
  • Bal:
{awards}
Cox sag ol dosi maraqli xeber idi.Heqiqetler coxdur bu xeberde.

--------------------
Həzrəti İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.»

ILuVia

  • 7 mart 2011 23:45
  • Məqalə: 11
  • Şərh: 236
  • Bal:
{awards}
dosi,bu tebrikden cox yixib surumek oldu ee.unutma bu dovrun genc qizi geleceyin anasidi.diger yazilara geldikde duz deyirsen,qadinlarin da kishiler haqda deyilesi cox sozu var.ama onlar bu movzuda susmaga oyreshibler artiq.kishiler gunahlarin,yanlishlarin qebul etmedikden sonra danishmagin menasi yoxdu.bu dovrde qeybet movzusunda qadinlar kishilerin eline su bele toke bilmez.

--------------------
Edep, Aklın Tercümanıdır... Herkes Edebi Kadar Akıllı, Aklı Kadar Şerefli, Şerefi Kadar Kıymetlidir...

_______________________________
Hər cür çətinliklərinə,göz yaşlarına inad
Seni sevirəm,Heyat!!

YazYamuru

  • 7 mart 2011 23:40
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HMMMM MARAQLI YAZIDIR...AMA MƏNƏ ƏZİYYƏT ÇƏKƏN OLMAYACAQ wink VALLAH ELƏ BELƏ YAXŞIDIR feel

adam az qalır sevgilisinin özünü kiməsə birgünlük hədiyyə eləsin.
feel wink wink

--------------------



::..ONSLAUGHT::..

  • 7 mart 2011 23:32
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}