Peyğəmbəri (s) aradan qaldırmaq üçün müşriklərin hiyləsi

 
Peyğəmbəri (s) aradan qaldırmaq üçün müşriklərin hiyləsi



Peyğəmbəri (s) aradan qaldırmaq üçün müşriklərin hiyləsi

Peyğəmbəri (s) aradan qaldırmaq üçün müşriklərin hiyləsi
Bir dəfə Əbu Cəhl bir daşı qaldırıb Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in başına çırpmaq istədi. Həzrət namaz halında idi. Bu halda daş Əbu Cəhlin bədəninə yapışdı. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-i köməyə çağırdı. Dua etdi və daş onun əlindən çıxıb yerə düşdü. Dərhal dedi. Qəribə sehrdir. Yenidən başqa bir daşı götürüb başına qoydu ki, Peyğəmbəri öldürsün. Daş deşilib onun boynuna keçdi. Yenə də ağır bir daşı götürüb Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-ə tərəf gəldi ki, onu qətlə yetirsin. O Həzrətə çatanda bədəni titrəməyə başladı və geri qayıtdı. Ondan bunun səbəbini soruşanda dedi:-”Bir neçə kişini gördüm ki, Həzrətin ətrafını tutmuşdular. Əgər bir az qabağa hərəkət etsəydim məni məhv edərdilər”

Bəzən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-i fiziki cəhətdən məhv etmək üçün sehrkarlardan və kahinlərdən istifadə edirdilər. Cəbrail gəlib həmin şeyi ona xəbər verirdi. Əmirəl-möminin əleyhis-salam onların tilsimlərini batil edirdi. Bədnəzərləri gətirirdilər ki, Peyğəmbəri öldürsünlər. Bəzən də zəhərlə onu həlak etmək istəyirdilər. "Ühüd” müharibəsində müşriklərin qılınc vuran cəngavərləri Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-ə hücum etdilər. Həzrət yaralandı və daşın üstünə düşdü. Allah-Taala onu hifz etdi.

"Biə”yünina” cümləsində daha bir incəlik məlum olur. O da bundan ibarətdir ki, səbrin Peyğəmbər üçün asan olması Həzrətin Allaha olan məhəbbətinin artıq olmasından irəli gəlirdi. Yəni, Allah-Taala buyurur ki, ey Mühəmməd, Bizim təyin etdiyimiz müqəddərat qarşısında səbr etməlisən. Çünki, sən Bizim nəzarətimiz altındasan. Sən bizim sevimlimiz və məhbubumuzsan. Hər mühibb (sevən), məhbubun yolunda bütün cəfalara, rəva görülən zülmlərə dözməlidir. Tam qüvvətlə, cani-dildən səbrli olmalıdır. Çünki, məhəbbətin xüsusiyyətindən biri budur ki, əgər bir şəxs müəyyən bir şeyə məhəbbət göstərsə, onun yolunda hər müsibət asan olar. Məsələn, görün ana öz övladı yolunda nə qədər əzab-əziyyətlərə qatlaşır. Yaxud, pulu sevən, pulpərəst insanlar onu əldə etmək yolunda nə qədər müşküllərə, əzab-əziyyətə qatlaşırlar.

Böyük alimlərdən biri deyir: "Bir yerdən keçəndə gördüm ki, bir nəfəri uzadıb şallaq vururlar. O da heç nə demir. Fəryad etmir. Sonradan bu işin səbəbini soruşanda dedi: Həmin vaxt gözüm dostuma düşdü. Dostla görüş o qədər məni cəzb etdi ki, vurulan şallaqların əziyyətini, ağrısını hiss etmirdim.”

"Təsbih de öz Allahına, Rəbbinə, ayaq üstə olduğun halda.”

Bəndənin işi həm Pərvərdigarına həmd-səna demək, nemətlərinin şükrünü yerinə yetirməkdir. Allahın işi isə öz bəndəsini tərbiyə etmək, ruzusini vermək, onun işlərini idarə edib, qorumaqdır. Deməli, təsbih və təmhidin mənası burada aydınlaşdırılmalıdır. "Sübhanəllah”ın mənası budur ki, Pərvərdigarı hər eyb və nöqsandan, zati və sifət fellərində bütün nöqsanlardan pak və münəzzəh bilirəm. Yəni, Onun Müqəddəs Zatı əzəli və əbədidir. Onun varlığı zatının eynidir. Bütün varlıqlara varlıq bağışlayandır. Həmçinin, bir neçə şeydən tərkib tapıb mürəkkəb olmamışdır. Cisim deyil. Elə bu səbəbdən də gözlə görünmür. Şəriki yoxdur. Yerə, məkana ehtiyacı yoxdur. Heç bir varlığa ehtiyacı yoxdur. Əksinə, bütün varlıqlar ona ehtiyaclıdır. Sifətlərində təsbih demək bundan ibarətdir ki, hamısı elm və qüdrətə qayıdan bütün kamal sifətlərinin həddi-hüdudu yoxdur, sonsuzdur. Bu sonsuz elm və bacarıq onun zavala uğramayan eyni ilə eyniyyət təşkil edir. Yəni, Onun zatına artırılmış deyil. Bu sifətləri heç kəs Ona verməmiş, əksinə o bütün kainata varlıq və elm bağışlayandır.

"La hövlə və la qüvvətə illa billah.”

Amma, Allahın fellərində təqdis etmək bu deməkdir ki, bütün yaranışlar Allahın hikməti ilə əhatə olunmuşdur, Allahın məqsədyönlü əməlləridir. Heç nə boş, əbəs yerə yaradılmayıb. Həmçinin, Onun müqəddəs zatı və sifətləri həddindən artıq pak və uca məqamlıdır. Heç vaxt məxluqatın dərk və düşüncə qüvvəsi onu dərk etməyə, qavramağa çatmaz.

Haqq-Taalanı həqiqətdə olduğu kimi təsbih və münəzzəh bilmək ən bilikli fərdlərin öhdəsindən gəlməz. Buna görə də deyilməlidir ki:

Təhmid-yəni, bütün xeyirləri və nemətləri Allahdan bilib, Allahı mədh və sə”naya, tərifə layiq olan yeganə şəxs kimi bilməliyik. Hətta, bəzi məxluqların vasitəsilə zahir olan xeyir işlər də yenə Allaha qayıdır.

"Sizə çatan hər bir nemət Allah tərəfindəndir. Onun camalı, xeyir və nemətləri həddindən artıq çox olduğuna görə, Allahı həmd və mədh etməkdə məxluqatlar içində ən bilikli və ən bacarıqlı fərdlərin öhdəsindən xaricdir. Rəsuli Əkrəm Allaha dua edərək ərz edir ki:

"İlahi, Pərvərdigara mən Sənin həmd və sənanı sayıb qurtara bilmərəm. Amma Sən onları saymısan.”

Doğrudan da demək lazımdır ki:

Bilmək lazımdır ki, Allahı təsbih və həmd etmək bəzi vaxtlarda bəyənilən və müstəhəb, bəzi hallarada isə vacib olur. Vacib olan hal, namazın səcdə və rukusundadır. "Hiynə təqumu” cümləsində də məqsəd bu ola bilər. Yəni, sən namaza qalxanda Allaha təsbih və həmd et! Daha çox təkid olunmuş müstəhəb yer də bu ayənin işarə etdiyi kimi, bir neçə yerdə ola bilər ki, çoxlu xüsusiyyətlərə malikdir. Bu barədə də Həzrəti Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-ə iqtida etmək lazımdır. O cümlədən də gecə namazı üçün yuxudan oyananda da həmd etmək. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm hər vaxt yuxudan ayılanda on dəfə "Allahu əkbər”, on dəfə "sübhanəllah”, on dəfə "ia ilahə illəllah”, on dəfə "əlhəmdülillah”, on dəfə "əstəğfirullah” deyərdi. Çünki, insan yatanda sanki ölür, oyananda isə yenidən həyata qayıdır. Çox hallar olmuşdur ki, insanlar yuxu halında canlarını tapşırmışlar.




Bir kəsin əcəli yuxuda müqəddər olunubsa, canı elə həmin halda alınır. Amma ölüm vaxtı gəlib çatmayanların canı bədənlərinə yenidən qaytarılır. Buradan məlum olur ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm hər vaxt gecə yuxudan ayılanda səcdə edir və bu duanı oxuyurdu:

"Həmd olsun Allaha ki, məni öldükdən sonra yenidən diriltdi. Məxluqatın qayıdışı ona tərəfdir. Həmd olsun O Allaha ki, mənim ruhumu bədənimə qaytardı ki, Ona həmd edim və ona pərəstiş edim.”

Şeyx Bəhai "Miftahül-fəlah” kitabında buyurur: Bu duanı yuxudan durandan sonra oxumaq müstəhəbdir. İstər səcdədə olsun, istərsə də başqa hallarda.”

Əmr olunmuş təsbih və təmhidin başqa bir növü də bəlkə də şərif ayənin işarə etdiyi kimi, namaza başlamamışdan əvvəldir. Namazdan qabaq oxunmalı olan və təsbihə şamil olan dualar çoxdur. O cümlədən aşağıdakı dua:

"Hiynə təqumu” cümləsinin bir mənası da insanın oturduğu yerdən qalxan zaman təsbih və həmd deməsidir. İstər o məclis Allahın zikr olunduğu məclis olsun, istərsə də zikr olunmadan başqa sözlərlə məşğul olan məclis.
Peyğəmbəri (s) aradan qaldırmaq üçün müşriklərin hiyləsi


Geri dön

Banned456

  • 4 sentyabr 2015 15:15
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
ALLAH Razi olsun oxumuwam)

ღKiRaZ MeVsİmCiღ

  • 2 sentyabr 2015 20:52
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH Razı Olsun

PércyDarkMoon

  • 28 avqust 2015 11:58
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Səssiz

  • 27 avqust 2015 23:11
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun insAllah.

--------------------
Səssiz'liyim

Ř҉₳₱ʊ₦ʐɛL

  • 27 avqust 2015 22:30
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

ヅ Bad Girl ヅ

  • 27 avqust 2015 20:37
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəşəkkürLər məqaləyə görə

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}