Güclüyəm

 
Güclüyəm


Güclüyəm

Yorğun oluruq bəzən…
Yoruluruq…Yaşamın bizə verdiyi yükü daşımağa gücümüz çatmır…
Bəlkə zamandan, bəlkə insanlardan, bəlkə gündəlik yaşam tərzimizdən…Amma ən bərbad yorğunluq insanın özündən bezməyidir..
Özünə aid olanlardan bezmək, aid olduqlarından bezmək… Ağır gəlir insana…
Bunun əsas səbəblərini araşdırmadan sadəcə uzaqlaşmaq istəyirsən… Bu yəqinki, hamımızda olub. Heç kəsin olmadığı bir yerə qaçmaq istəyirsən. Sanki bu kömək olacaqmış kimi, sanki bu nəyisə həll edəcəkmiş kimi… UzağaAmma düşünmürük gedəcəyimiz yerdə də yenə “sən”olacaqsan… Orda da yenə o düşüncələr olacaq. O bezgin, o yorğun insan olacaq… Yenə o ürək olacaq döyünən… Hər döyüntüsündə ağrı verəcək..Amma indi bir döyüntü daha artacaq… Ağrı da artacaq… Daha tez-tez döyünəcək… Çünki o təklik daha böyük yük verəcək sənə… Çünki artıq soruşan olmayacaq
-“Nə olub sənə?”…
-“Heç sadəcə biraz yorğunam…”
İndisə fərz etki təksən… o sualın cavabını tam səmimi, vicdanlı və qərəzsiz verməlisən… yalansız… Çünki sən özün özünə cavab verəcəksən… Özün-özünə həm məhkum,həm şahid olacaqsan…
İnsan özündən qaça bilmir … İnsan öz “mən”indən qaça bilmir… İnsan öz beyninin diqtəsindən qaça bilmir… İnsan hər döyüntü ilə bütün vücudunda dövr edən qanın yenidən qəlbindən keçib hələ üstəlik ətrafdan aldığı oksigenin yükü ilə də ağırlaşıb ikinci dəfə dövrünə dözə bilmir…
Bax onda bezirsən, yorulursan… Onda daha yaxşı anlayırsan ki, sən tək gəlmisən, tək gedəcəksən…
Tək doğulduğun kimi, tək də köçəcəksən… Amma boğulmamalısan! Mən insanam deməlisən! Yaşamalıyam! Tək gəlsəm də, mən dünyaya gəlmişəm!İnsanların olduğu dünyaya! Sənin kimi olan bir varlıqların var olduğu bir dünyaya! Mən tək deyiləm!!! Mən tək deyiləm! Mən tək qalmamalıyam !!!Çünki lazımam mənə aid olanlara və aid olduqlarıma! Mən qiyamət günü cavab verəcəm onlara yaşatdıqlarıma görə!!! Güclü olmalıyam!!! Güclüyəm….

Allahım heç kimə çəkə biləcəyindən artıq yük vermir…
Güclüyəm


Geri dön

Banned456

  • 10 sentyabr 2015 23:05
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
Məqaləyə görə təşəkkürlər feel

Səssiz

  • 4 sentyabr 2015 02:34
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Maraqlidir cox sagolun

--------------------
Səssiz'liyim

✯ AliKo ✯

  • 1 sentyabr 2015 20:43
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Allahım heç kimə çəkə biləcəyindən artıq yük vermir…

Menali ve deyerli meqale ucun tewekkurler

ヅ Bad Girl ヅ

  • 28 avqust 2015 19:56
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəşəkkürLər məqaləyə görə

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 28 avqust 2015 15:17
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
Təşəkkürlər maraqlı idi

PércyDarkMoon

  • 28 avqust 2015 11:45
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}