Kokos yağı ilə özünü yenidən yarat!

 
Kokos yağı ilə özünü yenidən yarat!


Müxtəlif kremlərdən istifadə etsəniz belə, dəriniz istədiyiniz kimi sağlam və qüsursuz görünmür? Deməli, sizin də kokos yağı ilə tanışlığınızın vaxtı çatıb.

Dərinin qısa zaman kəsiyində qüsursuz görünməsini təmin edən 3 maska təklif edir. Həmin maskaların hər birinin tərkibində dəri üçün ən faydalı yağlardan biri olan kokos yağı var. Dəri tipinizə uyğun maskanı seçin və möcüzəyə şahid olun!

Normal dəri üçün kokos maskası

Tərkibi:

1 xörək qaşığı kokos yağı
2 çay qaşığı bal
Yarım çay qaşığı limon şirəsi

Hazırlanması:

Bütün məhsulları kiçik bir qabın içərisind qarışdırın və təmiz dəriyə çəkin. Üzünüzdə xəfif qıcıqlanma hiss etsəniz, narahat olmayın, bu, normaldır. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə üzünüzü yuyun.

Faydaları:

Maskanın tərkibindəki kokos yağı dərini nəmləndirir və hüceyrələri yeniləyir. Bal isə həm dərini nəmləndirir, həm də detoks effekti verir. Limon şirəsi yağlanmanın qarşını alır, həmçinin, məsamələri daraldır.

Yağlı dəri üçün kokos maskası

Tərkibi:

1 xörək qaşığı kokos yağı
Yarım banan (qaralıb yumşalmış)
Yarım çay qaşığı sarıkök

Hazırlanması:

Çəngəllə bananı əzin. Üzərinə sarıkökü və kokos yağını əlavə edin. Təmiz dəriyə çəkib 15 dəqiqə gözləyin. Daha sonra üzünüzü soyuq su ilə yuyun.

Faydaları:

Maskanın tərkibindəki sarıkök iltihabların qarşısını alır. Yəni, dəridəki sızanaqları qurudur və yeni sızanaqların yaranmasına mane olur. Banan və kokos yağı dərini nəmləndirir. Banan dərinin həddən artıq yağlanmasının qarşısını alır.

Quru dəri üçün kokos maskası

Tərkibi:

1 xörək qaşığı kokos yağı
1/2 çay qaşığı kokos
1/4 dəymiş avokado

Hazırlanması:

Avokadonu soyub hamar hala gələnə kimi əzin. Üzərinə kokosu və kokos yağını əlavə edib qarışdırın. Üzünüzdə 15 dəqiqə saxlayın. İlıq su ilə üzünüzü yuyun.

Faydaları:

Kokos dəri hüceyrələrini yeniləyir. Həmçinin, dərinin qabıq verməsinin qarşısını alır. Həm avokado, həm də kokos yağı dərini nəmləndirib qidalandırır.


Geri dön

Banned456

  • 10 sentyabr 2015 23:05
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
Məqaləyə görə təşəkkürlər feel

✯ AliKo ✯

  • 8 sentyabr 2015 23:43
  • Məqalə: 85
  • Şərh: 1067
  • Bal:
{awards}
MAraqli melumat ucun tewekkurler

ヅ Bad Girl ヅ

  • 6 sentyabr 2015 12:54
  • Məqalə: 789
  • Şərh: 20232
  • Bal:
{awards}
Məqalə ücün təşəkkürLər

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 16:25
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
maraqlı idi təşəkkürlər

Sıla Rəsulova

  • 4 sentyabr 2015 02:35
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Ellerine salig balim

Ř҉₳₱ʊ₦ʐɛL

  • 3 sentyabr 2015 20:20
  • Məqalə: 132
  • Şərh: 2746
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

ヅ Bad Girl ヅ

  • 28 avqust 2015 19:56
  • Məqalə: 789
  • Şərh: 20232
  • Bal:
{awards}
TəşəkkürLər məqaləyə görə

--------------------

PércyDarkMoon

  • 28 avqust 2015 11:46
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Tewekkurler meqaleye gore ureyim

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 30
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}