"Peşmanlıq"

 
"Peşmanlıq"


"Peşmanlıq"

Yolun açıq olsun mənim əzizim,
Sənin varlığından təngə gəlmişəm.
Yoxluğun ağrılar gətirə bilər,
İnan ki, bu haqqda düşünməmişəm.

Sən gedə bilərsən fikrimcə daha,
Qalmağı ağlından belə keçirmə.
Mənim də gərəyim deyilsən, deyim,
Özünü alçaldıb ayağa düşmə.

Ey özü-özünə lazımsız insan,
Deyirsən qayğına qalacağam mən.
Bəs sənin qayğına kim qalacaqdır,
Qədrini bilirsən, qədir biləsən.


Məni də boğaza yığmısan artıq,
Az qalıb gizlənim, qısılım küncdə.
İştahın güclüdür deyəsən sənin,
Ömrümü yeyirsən hər saniyədə.

Yenə də həddindən artıq danışdım,
Kiçik mübahisəni çox böyüdürük.
Biz başa düşərik bir-birimizi,
Necə ki, ilk gündə başa düşmüşdük.


Tez peşman oluram etiraf edim,
Xətrinə dəyəndə, düz desəm belə.
Neynim ki, azacıq kobud olmuşam,
Yəqin gətməmisən, burdasan hələ.

Yox burda deyilsən, çoxdan getmisən,
Ətrinin qoxusu burnuma gəlmir.
Bir məktub yazmısan bəyaz kağıza,
"Yolçular boş yerə yola düzəlmir".

Görürəm sözlərim çox acı olub,
Heç sağ ol deməmiş çıxıb getmisən.
Adam bir görüşər yola düşəndə,
Sən məgər günaha az xətt çəkmisən.

Bir səhvdir elədim, məni bağışla,
Geri dön, yenidən sarıl boynuma.
Sən qəddar deyilsən, cəllad deyilsən,
Yaraşmaz duyğusal, böyük adama.


Gör nə qəribədir dünyanın işi,
Yasaq bildiyimi özüm edirəm.
Düşmə ayağıma deyirdim sənə,
İndi gəl, bu dəfə mən düşəcəyəm.

Belə davranışa kim dayanar ki,
Deyəsən çoxları üz çevirəcək.
Qışqırsam, bağırsam, çarəsiz qalsam,
Görənlər eləcə keçib gedəcək.

Bir göz qırpımında elə itdin ki,
Atdığın addımlar iz də salmadı.
Hey qaçdım arxanca, çataram bəlkə,
Nə çatdım, nə də ki sorağın çatdı.

Gedən də, ölən tək geri qayıtmır,
Gedəni gözləyən həsrətdən ölər.
Səndən sonrakılar gözləsə belə,
Qayıtmaz yenə də, yüzləri köçər..


Müəllif: Nicat Babaşov


"Peşmanlıq"


Geri dön

♔ sinყσriτα ♔

  • 5 sentyabr 2015 22:21
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
Yolun açıq olsun mənim əzizim,
Sənin varlığından təngə gəlmişəm.
Yoxluğun ağrılar gətirə bilər,
İnan ki, bu haqqda düşünməmişəm.

Səssiz

  • 4 sentyabr 2015 12:46
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Səssiz'liyim

Banned549678

  • 4 sentyabr 2015 09:44
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
❤ Təşəkkürlər məqaləyə görə ❤

ZuZuM__

  • 3 sentyabr 2015 20:56
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
Yolun açıq olsun mənim əzizim,
Sənin varlığından təngə gəlmişəm.
Yoxluğun ağrılar gətirə bilər,
İnan ki, bu haqqda düşünməmişəm.

--------------------

__gulu_gulu__

  • 1 sentyabr 2015 22:17
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
Gedən də, ölən tək geri qayıtmır,
Gedəni gözləyən həsrətdən ölər.
Səndən sonrakılar gözləsə belə,
Qayıtmaz yenə də, yüzləri köçər..

Cox sagolun maraqli idi...[center][/center]

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 1 sentyabr 2015 15:05
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
təşəkkürlər gözəl şeirdi

--------------------

ヅ Bad Girl ヅ

  • 30 avqust 2015 18:37
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəşəkkürLər məqaləyə görə

--------------------

-Kralica-

  • 30 avqust 2015 15:26
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkurler weir ucun

--------------------




PércyDarkMoon

  • 30 avqust 2015 14:50
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Tesekkurler meqaleye gore

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 30 avqust 2015 14:08
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Bir göz qırpımında elə itdin ki,
Atdığın addımlar iz də salmadı.
Hey qaçdım arxanca, çataram bəlkə,
Nə çatdım, nə də ki sorağın çatdı.

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}