Məkkə İslamiyyət dövründə

 
Məkkə İslamiyyət dövründə

İzdivacdan besətə qədər
Peyğəmbər 25 yaşında həzrət Xədicənin ticarət karvanında Şamdan xeyir-bərəkətlə qayıtdıqdan sonra onunla ailə qurdu.
Xədicədən Peyğəmbərin dörd qız, iki oğlu dünyaya gəlmişdi. Oğlanların adı Qasim və Əbdullah, qızlarının adı isə Rüqəyyə, Zeynəb, Ümmü Gülsüm, Fatimə idi. Deməliyik ki, besətdən əvvəl qıtlıq olduğu üçün Əbu Talibin ailəsi çox əziyyət çəkirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə qərara gəldi ki, əmisinin övladlarından birini–Əlini öz öhdəsinə götürsün. Həzrət Əli (əleyhissalam) bu barədə buyur: "...siz mənim Peyğəmbərin yanında boya-başa çatdığımı bilirsiniz. Mən hər gün onun gözəl əxlaqından nümunələr götürürdüm.
Belə bir sual ortaya çıxır: Peyğəmbər besətdən əvvəl hansı dinə etiqad edirdi?
O bütün ömrünü təkallahlığa, Allahı tanımağa həsr etmişdi. Bunun sübutuna bir neçə dəlilimiz var. Biri budur ki, onun tərbiyəçiləri Əbdül Müttəlib və Əbu Talib tək olan Allaha inanırdılar. İkinci dəlil budur ki, Buheyra ilə danışanda Lat və Üzzanı pislədi. Üçüncüsü budur ki, tarixçilərin yazdığı kimi, Həra mağarasında Allaha ibadət edərdi. Dördüncü sübut budur ki, onun yeganə şagirdi Əli (əleyhissalam) buyurur ki, o vaxt ki, Peyğəmbəri süddən kəsdilər, Allah böyük bir mələyi onun tərbiyəsi üçün təyin etdi.

Vəhyin gəlməsi
Məkkənin şimal tərəfində bir dağ var ki, Həra dağı adlanır. Həmin dağın zirvəsində Həra mağarası yerləşir. Bu mağara Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in ibadətgahı idi. Bütün orucluq aylarını orada keçirərdi. İbadətdən başqa iki şey daim onun fikrini məşğul edərdi:
1. Yer ilə göyün yaranması və onların nizamı.
2. Cahiliyyət dövrünün haqsızlığı, bədbəxtliyi qarşısında məsuliyyət hiss etməsi barəsində.
Rəcəb ayının 27-ci günü Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) həmişəki kimi mağarada idi. Cənab Cəbrail Qurani Kərimin ilk ayələrini onun üçün oxudu. ("Ələq” surəsi, ayə 1-5)
Mələklə insanın üzbəüz olması əvvəlcədən ruhi bir hazırlıq tələb edir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu ruhi hazırlığı ibadətlə və yaxud yuxu görmə prosesində əldə etmişdi. Eyni zamanda Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) nazil olan ilk ayələri deməyə çəkinirdi. Cənab Cəbrail üç dəfə onu silkələyib, bu ayələri təkrarlamağa məcbur etmişdi. Bədənində bir üşütmə hiss edən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mağaranı tərk edib evə, Xədicənin yanına gəldi. Hiss olunurdu ki, Peyğəmbərin böyük ruhu vəhyin sayəsində daha da nurlanmışdır.
O dağdan enəndədə bir nida onu daim müşayiət edirdi: "Mən mələk Cəbrailəm, sən Allahın Rəsulusan.” Peyğəmbər evə yetişəndə Xədicə onun simasında bir iztirab hissi keçirdiyini müşahidə elədi. Nə baş verməsini ondan soruşdu. Həzrət olmuş hadisəni danışdı. Xədicə ona ehtiramla baxdı və ona dua edib dedi ki, Allah sənə kömək edəcəkdir. Vücudunda bir yorğunluq hiss edən Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yatmaq istədi. Dedi ki, mənim üstümü ört, üşüyürəm. Peyğəmbər yuxuya daldı. Xədicə Vərəqə ibni Nofəlin yanına getdi. (O, Xədicənin əmioğlusu, ərəblərin ən biliklisi idi.) Xədicə Peyğəmbərdən eşitdiklərini olduğu kimi ona çatdırdı. Vərəqə ibni Nofəl dedi ki, Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) düz danışandır və ona peyğəmbərlik verilibdir.
Burada bir neçə mətləbi qeyd edək:
1. Vəhyin ilk ayələri. (Tovhid və elm) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in şəriətinin əsaslarındandır.
2. Peyğəmbərin şəriətinə ilk iman gətirənlər qadınlardan Xədicə, kişilərdən Əli (əleyhissalam) idi.
Əli (əleyhissalam) "Qasiə” xütbəsində buyurur ki, İslamın qədəm basdığı ilk ailənin üçüncü şəxsi mən idim.
3. İslamı ilk qəbul edənlərdən olan Xədicənin imanını Peyğəmbər yüksək qiymətləndirir və onun yoxluğundn kədərlənirdi. Bir gün Ayişə, Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) evi tərk edərkən ona dedi ki, Allah Xədicədən də yaxşısını sənə qismət edib. Peyğəmbər bu sözdən əsəbiləşdi və buyurdu ki, heç vaxt Allah Xədicədən yaxşısını mənə verməyibdir. O, o zaman mənə iman gətirmişdi ki, hamı məni inkar edirdi.

Müsəlmanları mühasirəyə almaq siyasəti
Qüreyşin başçıları müsəlmanlara təzyiq göstərmək üçün onları iqtisadi və siyasi mühasirəyə almaq qərarına gəldilər. Bununla əlaqədar bir qərar çıxarıb, onu Kəbədən asdılar. Qərarın şərtlərində müsəlmanlarla izdivac və ya müamilə, ticarət qadağan olunurdu.
Əbu Talib əmr verdi ki, müsəlmanlar müşriklərin mühitindən uzaqlaşmaq üçün şeybi Əbu Talibdə (Əbu Talib dərəsində) cəm olsunlar. Həmin yerin ətrafında məmurlar qoydular ki, Qüreyşin həmlələri haqqında məlumat versinlər.
Müsəlmanlar üç il müddətində min cür əzab-əziyyətlə, ac və susuz bu şəraitdə yaşadılar. Bir xurmanı iki nəfər öz aralarında bir günlük təam kimi bölürdülər. Yalnız haram aylarda, (Həcc mövsümündə) əmin-amanlıqda olurdular.
Qüreyş hətta onlara yardım göstərməyi də qadağan etmişdi. Bütün bu qadağanlara baxmayaraq, müsəlmanlara gizlin şəkildə kömək edənlər tapılırdı. Həkim ibni Hizam-Həzrət Xədicənin qardaşı oğlu-dəvəyə bəzən azuqə yükləyib həmin dərənin yanına gəlirdi. Sonra dəvənin cilovunu üstünə atıb, müsəlmanlara sarı qovurdu.
...Bu təzyiqlər müsəlmanların səbrini tükəndirmədi. Amma uşaqların nalə, şivən səsi qərar çıxaran Qüreyş ağsaqqallarının bəzisini təsirləndirdi və onların öz mövqelərini dəyişmələrinə səbəb oldu. Onlardan Hişam ibni Ömər Züheyr, (Əbdül Müttəlibin qız nəvəsi idi) və Mutim ibni Ədi öz aralarında belə qərara gəldilər ki, növbəti iclasda müsəlmanlara qarşı olan qərarın əleyhinə çıxsınlar. Əbu Cəhl öz etirazını bildirdi və buna baxmayaraq, Mutim dərhal Kəbədən qərarnaməni iclasa gətirdi. Onu gördükdə hamısı təəccübdən yerində donub qalmışdı: "Bismillah” kəlməsindən başqa qərarnamənin hər yerini güvə yeyib-dağıtmışdı.
Başqa bir rəvayətdə deyilir ki, Peyğəmbər vəhy vasitəsilə vəziyyətdən yəni güvənin qərar yazılan kağızı yeməsindən xəbərdar idi.
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əmisi Əbu Talibə, o da öz növbəsində Qüreyşə məlumat verdi. Qüreyş başçıları qərara baxıb gördülər ki, Peyğəmbərin sözləri düzdür. Bundan sonra müsəlmanları azad etdilər.

"Hüzn ili
Əzab-əziyyət, məşəqqətlərdən təzə xilas olmuş müsəlmanlar acı bir hadisə ilə üzləşdilər: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in əmisi Əbu Talib vəfat etdi. O, 42 il ərzində İslam Peyğəmbərini müdafiə edir, onu min bir xətadan qoruyurdu. Hətta Şeybi-Əbu Talibdə qalanda Peyğəmbəri qəfil hücumlardan qorumaq üçün oğlu Əli (əleyhissalam) ilə yerini dəyişərdi.
Və ya bir gün Əbu Talibin evində yığıncaqda Qüreyş ağsaqqallarından Əcəbə dedi ki, Peyğəmbərin çarəsi yalnız ona qarşı sui-qəsd etməkdir. Əbu Talib bu sözdən çox narahat oldu. Təsadüfən, o gün axşamdan xeyli keçməsinə baxmayaraq, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) evə gəlməmişdi. Əbu Talib fikirləşdi ki, ona sui-qəsd edilib. Təcili olaraq Bəni Haşimi silahlandırıb intiqam almaq üçün səfərbər etdi. Bu vaxt Zeyd ibni Harisə Peyğəmbərin salamatlığı xəbərini gətirib dedi ki, O, yəni Peyğəmbər təbliğatla məşğuldur. Bununla da Əbu Talib fikrindən daşındı.
Əbu Talib dünyasını dəyişəndə də oğlanlarına tapşırdı ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən muğayat olsunlar.
Əbu Talibin İslama iman gətirməsini həm onun sözlərində, həm də Peyğəmbəri himayə etməsində görə bilərik.
Besətin 10-cu ili, Əbu Talibin vəfatından 35 gün sonra Peyğəmbəri-İslama ruhən dayaq və arxa olan digər bir hamisi–zövcəsi həzrəti Xədicə də dünyasını dəyişdi.
Bu iki ağır itki Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in həyatında dərin təsir bağışladı.
Bu il tarixə "Hüzn” ili kimi daxil oldu.
Bu müddətdə Allah-Taala Peyğəmbərə bir möcüzə də bəxş etdi, bu da onun meracı idi.

Həzrət Xədicə haqqında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in kəlamı
1. Xədicə birinci qadın idi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə iman gətirdi.
2. Xədicə behiştin ən fəzilətli qadınlarındandır.
3. O bir qadın idi ki, Allah-Taala Cəbrail vasitəsi ilə ona salam göndərmişdir.
4. Xədicə elə bir qadın idi ki, hər zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onu yad edər və ağlardı.
5. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sair qadınlarına onun haqqında belə buyurmuşdu: "Xədicə mənə iman gətirəndə siz hələ kafir idiniz.”
6. Ayişə deyərdi: Mən nə qədər çalışırdım ki, ona əziz görsənəm, hər dəfə o, Xədicəni tərifləyərdi.
7. Xədicə bir qadın idi ki, bütün var-dövlətini İslamın ixtiyarına vermişdi.
8. Xədicə Peyğəmbərin ən gözəl qadınlarından biri idi. O, 25 il Peyğəmbərin vəfalı ömür-gün yoldaşı oldu, 65 yaşında ikən vəfat etdi.

Həzrət Əbu Talib haqqında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in kəlamı
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) onun haqqında belə buyurmuşdur: "Ey mənim əmim! Sən məni, yetim bir uşaq ikən böyütdün, boya-başa çatdırdın. Böyüdükdə isə, mənə arxa, kömək oldun.”

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Allahin hökmüylə Mədinəyə gedir.
Qüreyşin bütün bu tədbirlərindən sonra İslam Peyğəmbərinin Məkkəni tərk etməsi çox təhlükəli idi. O, vəziyyətdən çıxış yolunu bunda gördü ki, öz yerində (yəni yatağında) başqasını qoysun, onlar elə zənn etsinlər ki, Peyğəmbər evdədir.
Küçələrdə və şəhərin girişində nəzarət olmasın, yəni Qüreyş keşikçilərinin nəzər-diqqəti evin ətrafına yönəlsin.
İkinci bir tərəfdən, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yerində yatmaq, təhlükəli olub, ölümlə üzbəüz gəlmək idi.
İslama ilk iman gətirən şəxs–Həzrət Əli (əleyhissalam) Peyğəmbərin yolund öz canından keçməyə hazır oldu və o din yolunda öz canını Allaha müamilə etdi: "Allahın razılığını əldə etmək üçün insanlardan bəzisi öz canından keçir.” ("Bəqərə” surəsi, ayə 207)
Gecədən bir az keçmiş Qüreyş cəlladları evi mühasirəyə aldılar. Həzrət Əli (əleyhissalam) əvvəlcədən Peyğəmbərin yatağında uzanmışdı. Keşikçilər qapının dəliyindən baxanda evi adi halda görürdülər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Yasin” surəsinin "və cəəlna min bəyni əydiyhim səddən və min xəlfihim səddən, fəəğşəynahum fəhum la yubsirun” ayəsini oxumaqla düşmənin mühasirəsindən çıxdı.
Burada tarixçilər müxtəlif fikirlər söyləmişlər. Bəziləri deyiblər ki, kəramət (möcüzəli hadisə) gücünə keşikçilər Peyğəmbəri görməyiblər. Bəziləri də buyurub ki, keşikçilər səhərə qədər yuxlamışdılar, çünki Əbu Ləhəb gecə vaxtı evdə arvad-uşaq üçün narahatçılıq yaranmasın deyə, onların gecə hücum etməsinə mane olmuşdu.
Belə bir fikir də mövcuddur ki, İslam Peyğəmbəri mühasirədən əvvəl evi tərk edibmiş.
...Keşikçilər sübhün açılmağını gözləyirdilər ki, Bəni Haşim Peyğəmbərin güruh tərəfindən öldürülməsinin şahidi olsun. Keşikçilər qılıncları siyirmiş halda evə daxil oldular. Əli (əleyhissalam) soyuqqanlıqla onlardan gəlmələrinin səbəbini soruşdu. Keşikçilər Peyğəmbəri xəbər aldılar. Əli buyurdu ki, Peyğəmbərdən xəbərim yoxdur.

Məkkə şəhərinin bir neçə məscidi
1. "Məscidül-Həram”
Bu elə bir məsciddir ki, burada qılınan bir rükət namaz, başqa məscidlərdə qılınan min rükət namaza bərabərdir.
Dördbucaq şəklində olan Kəbə binası bu məscidin tən ortasında yerləşir. Bu məscidin 7 minarəsi var. Minarələrin hündürlüyü 90 m-dir. Kəbənin "Həcərül-əsvəd” olan küncündə bir minarə, qalan künclərində isə iki minarə yerləşir.
2. "Cin” məscidi.
Bu məscid "Əbu Süfyan” bazarının yaxınlığında yerləşir.”Cin” surəsi bu yerdə İslam Peyğəmbərinə nazil olub. İki rükət "təhiyyət” namazı qılmaq bu məsciddə müstəhəbdir.

"Hərəm” nə deməkdir?
Allah-Taala Həzrət Adəm (əleyhissalam)-ı behiştdən xaric edərək onu Səfa dağına atdı. O zaman Adəm (əleyhissalam) özünü qaranlıq bir aləmdə hiss etdi. Allahın əmri ilə bir dürr Kəbənin yerində qərar tutdu. Bu dürrün ziyası (işığı) Məkkənin dağlarına yayıldı. Bu dürrün nurunun əhatə etdiyi o sahəyə "hərəm” deyərlər. Hərəmi müəyyən əlamətləri ilə hüdudlanıbdır.
1. Hərəmin şimal tərəfi məscidi-Tənimlə məhdudlaşır ki, bu məscid Mədinə yolunun üstündədir və Məscidül-Hərama qədər 6 km məsafəsi var.
2. Cənub tərəfi "izaətül-ləbən” məntəqəsi ilə məhdudlaşır. Yəmən yolunun üstündə qərar tutub və Məscidül-Hərama qədər 12 km məsafədə yerləşir.
3. Şərq tərəfdən Taif yolunun üstündəki "Cəranə” məntəqəsi ilə məhdudlaşır.
4. Qərb tərəfdən "Hüdeybiyyə” məntəqəsi ilə məhdudlaşır.
Allah hərəmi insanlar və heyvanlar, hətta göyərtilər üçün də əmniyyət yeri qərar veribdir. Bu hərəmin müəyyən hökmləri var, bir neçəsini qeyd edirik:
1–Ehramsız hərəmə daxil olmaq olmaz;
2–Şeytana atılan daşları ancaq hərəmdən yığmaq olar;
3–Hərəmdə itən əşyaya, sahibi gəlib götürənə qədər heç kim əl vurmaz;
4–Hərəmdə adam öldürmək olmaz.
Bir nəfər İmam Sadiq (əleyhissalam)-dan soruşdu: "Bir adam hərəmdən kənarda adam öldürsə və sonra hərəmə daxil olsa, onun hökmü nə cür olar?”
İmam (əleyhissalam) buyurdu: "Onu (hərəmdə) öldürməzlər, lakin ona o qədər su və yemək verməzlər ki, hərəmi tərk etsin. Çıxandan sonra isə o şəxsə cəza hökmü vacibdir.”
Soruşdular: "Əgər hərəmin daxilində bir adam başqa bir adamı qətlə yetirsə və ya oğurluq etsə, onda nə cür olar?”
İmam (əleyhissalam) buyurdu: "O, hərəmin daxilində olduğu halda belə, ona cəza hökmü vacibdir. Çünki o, hərəmin ehtiramını saxlamamışdır.”

Kəbeyi-müəzzəmə
Kəbənin hündürlüyü–16 m
Kəbə qapısının yerləşdiyi sahənin (divarın) uzunluğu 11,58 m; "Hicri İsmail” tərəfdəki divarın isə uzunluğu 10,22 m-dir.
Kəbənin özünün səthi yerin səthindən 1,5 m hündürlükdədir.
Qüreyş Kəbəni bina edəndən qabaq Kəbənin şərq və qərb tərəfə açılan iki qapısı vardı. Qüreyş qərb qapısını bağladı, Abdullah ibni Zübeyr isə açdı.
Hicrətin 177-ci ilində Səd ibni Əbdül-Əzizin göstərişi ilə Kəbə təmir olundu. Kəbənin daxilinə mərmər döşəndi və dama qalxmaq üçün pilləkən qoyuldu.

Kəbənin qapısı
Kəbənin şərq divarında "Həcərül-əsvəd”ə yaxın, məscidin səthindən 2 m hündürlükdə yerləşir.

Kəbənin pərdəsi
İlk dəfə İsmailin zövcəsi nəzir etdi ki, Kəbə üçün pərdə toxusun. Xəlifələr şan-şöhrət xatirinə hər il Kəbənin pərdəsini müxtəlif və bahalı parçalardan toxuyurdular və hər il mərasimlə əlaqədar o pərdə dəyişilirdi. Rəvayətlərdə pərdədən tutmaq və dua etmək təkid olunub. Qədimdə Misir və Yəmən padşahları bu pərdəni hazırlayırdılar. Sonrakı dövrlərdə Səudiyyə Ərəbistanında bu pərdələri toxumaq üçün məxsusi fabrik tikildi. O vaxtdan etibarən Kəbənin pərdələri orada hazırlanır.
Bu pərdənin üzərində aşağıdakı kəlmələr yazılmışdır:
"Subhanəllahul-əzim, la ilahə illəllah, Mühəmmədun Rəsulullah, Allahu cəllə-cəlaluhu.”
Hər il Qurban bayramında bu pərdəni dəyişirlər.

Kəbənin dörd guşəsi
1. Şərq guşəsi: "Həcərül-əsvəd” daşı bu guşədə yerləşir.
2. Şimal guşəsi: (Bu küncə "İraqi”də deyərlər.)
3. Qərb guşəsi: (Bu küncə "Şami”-də deyərlər.)
4. Cənub guşəsi: (Bura "Yəməni”-də deyərlər.)
"rükn-yəməni” ("yəməni” küncü)
İmam Sadiq (əleyhissalam) buyurub: "Yəməni rüknü biz Əhli-beytə məxsus olan küncdür ki, biz oradan behiştə daxil olacağıq. Orada hansı dua oxunsa, Allah yanında qəbul olunur.”
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Hər vaxt ki, mən "Yəməni” rüknünə yetişirdim, Həzrəti Cəbraili orada görürdüm.”

Zəmzəm quyusu
Zəmzəm elə bir çeşmədir ki, Allah-Taala Öz lütfü və mərhəməti ilə həzrət İsmailin ayağı altından cari etdi. Bu bulaq tarix boyu müxtəlif hadisələrə
alihi və səlləm) Mədinədə olan zaman həccə gedənlərə buyurardı ki, mənim üçün "Zəmzəm” suyundan sovqat gətirsin.
Müsəlmanlar "Zəmzəm” suyundan bir dərman kimi istifadə edirlər. Müstəhəbdir ki, Zəmzəm suyunu içəndə bu duanı oxusunlar: "Allahumməc-əlhu ilmən nafiən və rizqən vasiən və şifaən min kulli dain və suqmin.”
Bu quyu Kəbədən 18 m-likdə və onun səviyyəsindən 5 m aşağıda yerləşir.

"Səfa” və "Mərvə”
Səfa Kəbənin cənubi-şərqində, Mərvə isə şimali-şərqində yerləşir.
Müstəhəbdir ki, Səfa ilə Mərvə arasındakı yaşıl işıqarla müşahidə olunan 70 m məsafəni hacılar payi-piyadə və bir qədər yüyürək qət etsinlər. Qeyd edirik ki, Səfa ilə Mərvə arasındakı yolun uzunluğu 420 m, eni isə 20 m-dir Səfa dağının hündürlüyü 15 m, Mərvənin hündürlüyü isə 8 m-dir.

"Əbu qübeys” dağı
Bu dağ Məscidül-Həramın yaxınlığında yerləşir. Peyğəmbərlərdən bir neçəsi bu dağda dəfn olunublar. "Şəqqül-qəmər” möcüzəsi bu dağda zahir olub.

Səfa və Mərvənin əsrarı
Səfa və Mərvəni səy etmək görkəmi şəxsiyyətlərdən və mühüm hadisələrdən bəhs edən tarixi bir kitab oxumaq, bunlar ilə müqayisə olunmaz dərəcədədir. Bu bir səfərdir ki, yol uzun, mənzil uzaq. Bu bir mübarizə səhnəsi və canlı bir tarix olub biz oxuduğumuz digər tarixlər kimi deyil. Bu yer, idrak etmək yeri yox, hissiyyat yeridir.
Peyğəmbərlərdən Həzrət İbrahim (əleyhissalam) fəqət mübarizə və mücadilə səhnəsində qərar tutub. Bunu da xatırladırıq ki, İsmail dünyaya gələndə atası İbrahimin 95 yaşı vardı.
Həcc mərasimi bir tərbiyə məktəbi və çətin sınaqlar meydanıdır.

"Həra” dağı
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hələ risalətə çatmamış, ilk əvvəl "Həra” dağına pənah apararaq, ibadətdən ötrü özünə orada sığınacaq tapmışdı. Nəhayət Cənab Cəbrail rəcəb ayının 27-də Allah tərəfindən nazil olaraq Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə ilk vəhyi: "İqrə bismi Rəbbikəl-ləzi xələq” ayəsini yetirdi və o həzrət risalətə çatdı. Elə bir risalət ki, "Xatəmən-Nəbiyyin (peyğəmbərlərin möhrü) idi. Yəni o, axirəz-zaman Peyğəmbər idi ki, ondan sonra yer üzünə heç bir peyğəmbər gəlməyəcək. Müstəhəbdir ki, hacılar o məqami-şərifdə iki rükət ziyarət namazı qılsınlar. Bu dağa "Cəbəlül-Quran” və "Cəbəlül-İslam” da deyirlər. Çünki Qurani-şərifin ilk ayələri bu dağda nazil olub. Dağın hündürlüyü təxminən 200 m olar.

"Sur” dağı
"Sur” dağı Məscidül-Həramın iki kilometrliyində yerləşir. Bu dağda bir mağara var, hansı ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Mədinəyə hicrət edərkən bu mağarada gizlənmişdi. Bu dağa "Sur” adı verirlməyinin səbəbi odur ki, bu məntəqənin qəbilə başçısı Sur ibni Əbdi Mənaf olub. Ona görə də bu dağı onun adı ilə adlandırıblar.
məkkə-mədinə arasındakı ziyarətgahlar
1. Abdullah ibni Abbasın qəbri (Taif vadisində yerləşir.)
2. Həzrət Həvvanın qəbri (Cəddədə yerləşir.)
3. Peyğəmbərimizin anası həzrət Aminənin qəbri ("Əbva”-da, Mədinənin 45 km-liyində yerləşir.)
4. "Qədir Xum” məscidi ("Cohfə” məscidinin yaxınlığında yerləşir.)
5. Əbuzərin qəbri (Rəbəzə səhrasındadır).
6. "Bədr” müharibəsi şəhidlərinin qəbirləri ("Rəvha”-da Mədinənin 17 km-liyindədir.)
İslam peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) anadan olduğu yer
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in təvəllüd tapdığı məhəllədə "Məktəbətu Məkkətəl-mükərrəmə” adlı bir kitabxana yerləşir. Müstəhəbdir ki, o məqamda aşağıdakı duanı oxusunlar: "Allahummə bicahi Nəbiyyikəl-Mustəfa və Rəsulikəl-Murtəza və əminikə əla vəhyis-səman, təhhir qülubəna min kulli vəsfin yubaiduna ən müşahədətikə və məhəbbətik; və əmitnəllahummə ələs-sünnəti vəl-cəmaəti əla muvalati əvliyaikə və muadati ədaik, vəş-şövqi ila liqaik, ya zəl-cəlali vəl-ikram. Allahummə inni əv-dətu fi hazəl-məhəlliş-şərifi min yəvmina haza, ila yəvmul Qiyaməti. Xalisən, muxlisən, Əşhədu ən la ilahə illəllah və ənnə Mühəmmədən əbduhu və Rəsuluhu.

"Mina”
Bu, "Mühəssər” vadisi ilə, "Cəməreyi-əqəbə” (böyük şeytan) arasında yerləşən bir sahədir. "Xif” məscidi Minada yerləşib. Bu yerə "Mina” (arzu) adı verilməsinin səbəbi odur ki, Cəbrail (əleyhissalam) Həzrət Adəmə nazil olub dedi: "Burada behişti arzu et.”
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Minada "həlq” (başı dibdən qırxmaq) edənlər üçün Allahdan 3 dəfə, "təqsir” (dırnaq tutmaq və başın tükündən qismən kəsmək) edən kəslər üçünsə bir dəfə rəhmət dilədi.
Çünki saçını verən, Allah yolunda başını da verər, necə ki, qurban vermək qurban olmağın rəmzidir.
Məşər–şüur, Mina isə eşq rəmzidir.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) and içdi ki: "Mina çölünə gələn şəxs, Allahın izni ilə günahları bağışlanmış halda qayıdar.”
Üç gün minada qalmağın rəmzi nədir?
Mina çölünü görənlər bilirlər ki, orada alış-veriş üçün bazar, gəzmək üçün seyrəngah yoxdur, deputatlar, nazirlər və hökmdarlar yox, İslam ölkələrinin həqiqi nümayəndələri burada cəm olurlar ki, müsəlmanların dərd-sərindən xəbərdar olsunlar.

Mina çölü
Şeytana daş atılan yerlər
Mina dağında, bir-birindən 300 m məsafədə yerləşən rəmzi şeytanlar–sement və daşdan hörülmüş üç sütundan ibarətdir. Onların ətrafı kasa şəklində metr yarımlıq çökək yerdir. Atılan xırda daşlar hamısı şeytana dəyərək oraya tökülür.
Bu hadisəyə aid tarixdə bir neçə cür rəvayət vardır. Bir rəvayətə görə İbrahim peyğəmbər İsmaili Minaya qurban kəsməyə apardığı vaxt, şeytan qabaqlarına çıxdı və İbrahim (və ya İsmail) şeytana daş atdı.
Başqa bir rəvayətə görə "Fil” cərəyanında üç nəfər casus Məkkə əhli tərəfindən ifşa olunaraq, həmən yerdə daş-qalaq olundular.
Üçüncü rəvayətə görə hal-hazırda rəmzi şeytanların yerləşdikləri yer qədimdə, İslamdan əvvəl üç əsas bütün yerləşdiyi yer olub. Xəstəlik səbəbi ilə özləri gəlib şeytana daş atmaq iqtidarında olmayan kəslərə gəldikdə isə, müstəhəbdir ki, hacılar bu xəstələri həmin yerə gətirsinlər və xəstələr bu mərasimi müşahidə etməklə şeytanlara qarşı öz nifrətlərini bildirsinlər.
Rəmyi-şeytan (yuxarı hissədən)
Rəmyi-şeytan (aşağı hissədən)


Geri dön

✯ AliKo ✯

  • 6 sentyabr 2015 09:12
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
Deyerli meqale ucun tewekkurler

Banned549678

  • 4 sentyabr 2015 19:43
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

Səssiz

  • 4 sentyabr 2015 10:00
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Səssiz'liyim

ZuZuM__

  • 3 sentyabr 2015 18:42
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
Allah Razi Olsun...!

--------------------

Banned549678

  • 3 sentyabr 2015 14:54
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun sağolun

ヅ Bad Girl ヅ

  • 2 sentyabr 2015 22:45
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəşəkkürLər məqaləyə görə

--------------------

PércyDarkMoon

  • 2 sentyabr 2015 18:37
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
ALLAH Razı Olsun

--------------------

♔ sinყσriτα ♔

  • 2 sentyabr 2015 16:38
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun...!

ღKiRaZ MeVsİmCiღ

  • 2 sentyabr 2015 15:52
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH Razı Olsun

--------------------

Nergiz__Sirinova

  • 2 sentyabr 2015 14:57
  • Məqalə: 327
  • Şərh: 3116
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 16
Cəmi: 34

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}