Məgər onlar hər namazlarında dəfələrlə oxumurlarmı?

 
Məgər onlar hər namazlarında dəfələrlə oxumurlarmı?

Məgər onlar hər namazlarında “Biz yalnız Sənə ibadət edirik və yalnız

Səndən kömək diləyirik.”(Fatihə, 5) ayəsini dəfələrlə oxumurlarmı?


Allahdan qeyrisinə - ağaca, qəbirə, daşa, övliyalara, vəfatetmiş saleh insanlara və s. dua edərək onlardan kömək istəmək.

Dua etmək ibadətdir. İbadəti isə Allahdan qeyrisinə etmək isə ən böyük və bağışlanmayan bir günah sayılır ki, buna şirk deyilir. Ona görə dəhər şeyin yaradıcısı və hər şeyə qadir olan Allahı qoyaraq Peyğəmbərləri, övliyaları, saleh insanları, ölüləri, daşları,ağacları və s. köməyə çağırıb, onlardan yardım istəyərək Allaha şərik qoşmaq olmaz. Çünki Allah-təala Ona şərik qoşanı heç vaxt bağışlamaz.Allah-təala buyurmuşdur:“Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan aşağıolan günahları isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşanşəxs, şühəsiz ki, (haqq yoldan) çox azmışdır.”
(“ən-Nisə” - 116.)

Bəziləri iddia edirlər ki, Allah-təalanın qadağan etdiyi duayalnız bütlərə olan duadır. Lakin, bu heç də belə deyildir.
Əksinə həmin bütlər saleh insanların timsalından başqa bir şey deyildir.
Necə ki, Allah-təala buyurmuşdur:
“Allahdan başqa köməyə çağırdıqlarınız da sizin kimibəndələrdir. Əgər (onların sizə bir kömək edə biləcəyibarəsindəki iddianızda) doğrusunuzsa, haydı, onları çağırın,sizə cavab versinlər.Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görəngözləri, yaxud eşidən qulaqları var?! De: “Haydı, çağırınşəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənəheç möhlət də verməyin!(De ki,) Şühəsiz ki, mənim hamim Kitabı (Quranı) naziledən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!Sizin Ondan başqasına dua etdikləriniz isə nə sizə, nə dəözlərinə bir köməklik edə bilər!”
(“əl-Əraf” - 194-197.)

Həmçinin, buyurmuşdur:“Onların Allahdan qeyri dua etdikləri heç bir şey yaradabilməzlər, əksinə, onlar özləri yaradılırlar.Onlar ölüdürlər, diri deyillər və (insanların, bütünməxluqatın) nə vaxt diriləcəklərini də bilməzlər.”
( “ən-Nəhl” -20-21.)

Ayədən məlum olur ki, bir şey yaratmağa qadir olmayan kəsdua edilməyə layiq deyildir.Həmçinin, buyurmuşdur:“Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. SizinOndan qeyri köməyə çağırdıqlarınız bir çəyirdək qabığına beləsahib deyillər.Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizinçağırışınızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. özləridə Qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzudanacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdarolan (Allah) kimi xəbər verə bilməz!”
( “Fatir” - 13-14.)

Həmçinin buyurmuşdur:“Ruzini yalnız Allahdan diləyin. Ona ibadət edin, Ona şükredin. Siz qiyamət günü Onun hüzuruna qaytarılacaqsınız. ”
( “əl- Ankəbut” -17.)

Başqa bir ayədə isə Allah- təala Onu qoyub başqalarını özlərinəövliya seçənləri məzəmmət edərək buyurmuşdur:Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər! Şübhə yoxdur ki, Allah onların Onu qoyub nəyə yalvarıb sitayiş etdiklərini bilir. O, Qüdrətlidir, Müdrikdir. Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq (həqiqəti) dərk edən adamlar anlayarlar.
(“əl- Ankəbut” - 41-42-43.)

Həmçinin, Allah – təala Ondan qeyrilərinə bel bağlayaraqtəvəkkül edənləri qınayaraq buyurmuşdur: Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”
(“əz-Zumər” - 38.)

Həmçinin, buyurmuşdur:Ölməz, (əbədi) Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir.
(“əl-Furqan” -58.)

Ayədən anlaşılır ki, təvəkkül edilərək bel bağlanılan varlıq əbədiyyən diri olub ölməməlidir. Şübhəsiz ki, bu sifətə layiqyalnız Allah-təaladır.Keçən ayələrdən məlumdur ki, insan yalnız Allahdan köməkistəyərək Ona bel bağlamalıdır.Bir çox müsəlmanlar elə zənn edirlər ki, Allaha şərik qoşmaq deyildikdə yalnız Allahdan qeyrisinin göyləri, yeri, insanları və s.yaratmalarını etiqad etmək, yaxud da Allahdan qeyrisinə boyunəyərək namaz qılmaq deməkdir.Bəli, şübhə yoxdur ki, yuxarıda adı çəkilənləri etiqad edəninsan Rəbbinə şərik qoşmuş olur. Lakin bunlarla yanaşı Allahdan qeyrisinin yolunda sədəqə vermək, qurban kəsmək, Allahdan qeyrisinə dua edərək, ey filankəs, mənə kömək ol, mənə şəfa verdemək, yaxud Allahdan qeyrisinə təvəkkül edərək ona sığınmaqkimi ibadətlər də vardır ki, Allaha şərik qoşmaq sayılır. Əgər şərikqoşmaq yalnız Allahdan qeyrisinin yaradan olduğunu etiqadetməkdirsə, onda Allah-təala müşrikləri qınayaraq onlarıCəhənnəm əzabı ilə qorxutmazdı. Çünki həmin müşriklər özləri göylərin, yerin və s. yaradanının yalnız Allah-təala olduğunu təsdiqləyirdilər.

Allah-təala buyurmuşdur: Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan,
onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də (haqdan) döndərilirlər!
(“əl-Ankəbut” - 61.)

Bəziləri, Allahdan qeyrisinə edilən, ey filankəs, mənə övlad,ruzi, yaxud sağlamlıq ver kimi duaları yozaraq deyirlər ki, bu dua,ey filankəs, mənə Allahın ruzi verməsi üçün Allah yanında şəfaətçi ol deməkdir. Lakin cümlədən aydın olduğu kimi Allahdanqeyrisinə müraciət edərək nəsə istəmək onu şəfaətçi yox, əksinə,birbaşa onun özündən istəmək sayılır.Çünki əks məna vermək nə Azərbaycan dilinin, nə də başqadillərin leksikasına uyğun deyildir. Ona görə də Allahdan qeyrisindən yardım istəyənlərə göz yumaraq inkar etmir, əksinə,onlara bəraət qazandırırlar. Heç düşünmürlərmi ki, bu əməllərinəgörə Allah qarşısında cavab verməli olacaqlar? Məgər onlar Allahtəalanın“Fatihə” surəsində buyurduğu:“Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən köməkdiləyərik.”(Fatihə-5) - ayəsini namazlarında dəfələrlə oxumurlarmı?Allah-təala özlərinə Ondan qeyrilərini övliya tutaraq guyaonların vasitəsi ilə Allaha yaxınlaşdıqlarını zənn edənlər barəsindəbuyurmuşdur:Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.
(“əz-Zumər” - 3.)


Geri dön

cingiz muradov

  • 17 dekabr 2011 14:35
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
allah razi olsun allah cemi muselman baci qardashilarimizin gunahlarini bagislasin

music_angel

  • 4 sentyabr 2011 17:33
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

melumat

  • 15 mart 2011 13:04
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
TEWEKKURLER

TEWEKKURLER

TEWEKKURLER

Ulya

  • 13 mart 2011 23:29
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

hava

  • 13 mart 2011 21:59
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
Allah hamimizdan razi olsun. Amin

Nur_Ay

  • 12 mart 2011 02:05
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
allah razi olsun

--------------------

huseyn12

  • 11 mart 2011 21:36
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Çox sağ olun.
ALLAH razı olsun.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

::..ONSLAUGHT::..

  • 11 mart 2011 21:03
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Cox sag olun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

ZEHRA

  • 11 mart 2011 20:16
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
allah razi olsun

N_A_T_A_

  • 11 mart 2011 19:41
  • Məqalə: 0
  • Şərh: 380
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN. COX SAGOLUN EZIYYETE GORE smile

kiss love

  • 11 mart 2011 19:30
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
twk smile allah razi olsun

--------------------

_RONALDO_

  • 11 mart 2011 18:27
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
allah razi olsun fellow

--------------------

YazYamuru

  • 11 mart 2011 17:29
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sevinc_Keder,
Amin

--------------------



Lexikon

  • 11 mart 2011 16:54
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
xeber ucun twk

NEMLI GOZLER

  • 11 mart 2011 16:23
  • Məqalə: 3
  • Şərh: 118
  • Bal:
{awards}
xebere gore twk
Allah razi olsun

--------------------
həyatda təsadüf yoxdu.baş verən hərşey ya sinaqdi ya cezadi yada mükafat ...

_Pretty_Girl_

  • 11 mart 2011 16:03
  • Məqalə: 25
  • Şərh: 135
  • Bal:
{awards}
Cox sagolun deyerli xeber ucun.ALLAH RAZI OLSUN!!!

--------------------
Həzrəti İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.»

Sevinc_Keder

  • 11 mart 2011 15:53
  • Məqalə: 0
  • Şərh: 443
  • Bal:
{awards}
ALLAH razi olsun
ALLAH namazlarimizi qebul etsin
ALLAH gunahlarimizi bagislasin

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}