Əzilmiş fotoşəkillər [1]

 
Əzilmiş fotoşəkillər [1]


Solmuş çiçək, sönmüş çıraq... Və ölmüş insan...
Yox... O uşaqlıqlarının rəhg bolluğundan indi əsər-əlamət qalmamışdı... Elə bil, zülmət bir dünyada idi. Ha çabalayırdı, ha əl atırdı, qopa bilmirdi...
Ən pisi isə o idi ki, o işıqlı dünyada onlar iki nəfər idilər, bir almanın iki üzü kimi bir-birinin bənzəri olan iki bacı. İndi isə o, tək-tənhaydı...
Uşaqlıq ağlıyla həmişə daim dördlükdə olacaqlarını düşünərdi. Atası, anası, bacısı və o... Ata işə gedəcək, ana ev təmizləyəcək, biş-düş edəcək... Onlarda bütün günü birlikdə oynayacaq, hey küsüb-barışacaqlar. Axşam hamılıqla şam edəcək, televizora baxacaqlar... İstrahət günlərində isə böyük həvəslə ya gəzməyə, ya qonaq gedəcəklər...
Ataları həmişə evə gələndə onlara nəsə alıb gətirərdi... Müxtəlif ölçülü gəlinciklərdən tutmuş dadlı şirniyyatacan... Qızlarının arasənda bir yaş fərq osa da, aldıqlarını həmişə eyni edərdi ataları. O da bu eyniliyə görə özünü bacısıyla həmyaş sayardı...
İlahə birinci sinfə gedəndə o ağlayıb özünü yerə vurmuşdu ki, mən də gedirəm. Bacısı da iki ayağını bir başmağa dirəmişdi ki, İnarəsiz heç yana gedən deyiləm...Hətta ataları məktəbin direktoru ilə razılığa gəlib bir müddət onların eyni parta arxasında əyləşməsini də təmin etmişdi.
Bacısı kimi, o da özünə ağ köynək, qara yupka və çiyindən asılan çanta aldırmışdı. Yalnız bir aya yaxın müddət keçdikdən sonra onu başa sala bilmişdilər ki, sən məktəbə hələ gələn il gedəcəksən, indilikdə isə İlahəgilin dərslərinə getməklə uşaqlara mane olursan...
Olduqca gözəl olsalar da, bacılar sısqa, fiziki cəhətdən zəif idilər. Vlideyinləri İnarənin bir il tez məktəbə getməsini sağlamlığına ziyan verəcəyindən qorxaraq özləri istəməmişdilər...

Yalnız universitet illərində İlahənin qəfildən Ramil adlı tələbə yoldaşına qoşulub Sumqayıta qaçması ailələrini natamam qoymuşdu. Bunu qəbul etməyən valideyinləri böyük qızları ilə barışmamışdılar, get-gələ icazə verməmişdilər...
Yenədə iki-üç dəfə məqam düşmüşdü ki, İnarə sevimli bacısını görə bilsin, onu qucaqlayıb öpdükcə öpsün... Amma bu qəfil xəbər... Bu ağlasığmaz hadisə... Bu tükürpədən intihar...
Daha İlahə yox idi. Dünyanın ən gözəl, ən qayğısız, ən şən bir qızı heç kəsin gözləmədiyi halda həyata əlvida demişdi... Niyə, nə səbəbə bəlli deyildi... Atasının yaxın qohumuna deyikli olduğu halda, firavan gələcəyinin zəmanəti ola-ola qəfildən yoxsul bir şəxsə qoşulub qacmaqla özünü bədbəxt etmişdi, dünyanın naz-nemətlərinə həsrət qoymuşdu... Amma sevgisi böyük idi axı Ramilə. Oböyük sevginin belə bir sonu olmamalıydı. Bəs niyə, nə səbəbə bu, baş vermişdi?
Həyətdə iri çadır qurulmuşdu. Ehsan verilirdi.
Beşmərtəbəli binanın 2-ci blokunun 4-cü mərtəbəsindən ağlaşma səsi gəlirdi. Bu gün İlahənin üçü idi...
Bacısını itirməsi azmış kimi, İnarə indi də atasıyla anasının arasında qalmışdı. Valideyinlərinin halı yaxşı deyildi. Qorxurdu onlara görə. Xüsusən ürəyi xəstə olan atası üçün narahatlıq keçirirdi. Onsuzda dünyası daralmışdı, valideyinlərinə də nəsə olsaydı, daha niyə yaşayırdı ki?!
Otaqlardakı şkafın, dolabın, servantın, televizorun üstü ağ mələfə ilə örtülmüşdü. Yerə xalça-palaz döşənmişdi. Divar boyu qadınlar otrub ağlaşırdı. Anası Güllü hər içəri girib çıxana qoşulub hönkürür, az qala havalanmış kimi təkrarlayırdı...
- İnsafsız köpəyuşağı, bədbəxt etdilər balamı Acından köpük qusan alçaqlar, öldürdülər qızımı...
İnarə anasını sakitləşdirməyə cəhd edir, ona suya damcıladğı valerian içirdirdi.
Gülü özünü unutsa da, arabir ağlamağa ara verəndə qızını həyətdəki çadıra yollayırdı..
- Get gör kşi neynəyir, ondan nigaranam.
İnfarkt keçirmiş ömür-gün yoldaşı Rais üçün belə ağır dərdi çəkmək, təbii ki, müşkülə dönmüşdü. Hər an nəsə baş verə bilərdi...
İnarə də cəld həyətə düşür, çadırda lap ayaqda oturmuş atasına dəyib yenidən yuxarı çıxırdı...
Özü daha ağlaya bilmirdi. Üç günə bütün göz yaşını axıtmışdı deyəsən...
...Kostyumda, qalstukda bir kişi çadıra girəndə Rais ayağa durdu, qucaqlaşdılar.İnarə tanımadı gələni. Ancaq münasibətlərindən gördü ki, aralarıçox yaxındır.
Atası neft şirkətində işləyirdi, həmişə geyib-keçinir, xidməti maşınla gedib-gəlirdi. Amma indi sanki kişinin beli bükülmüşdü. Hər dəfə tərtəmiz taraş edilən üzünü ağ tüklər basmışdı.

İnarə aralıda olsa da onların nə danışdıqların eşidirdi.
- Ay Rais, bağışla, indicə xəbər tutmuşam... Moskvada idim... Bu nə iş idi, heç ağlıma sığışdra bilmirəm...
- Demə, ay qardaş, demə. Belim qırıldı...
- Səbəb nədir bəs, ay Rais?
Valah, heç nə bilinmir. O oğraşı basdırmışdım içəri, dedim, yəqin qızı incidib-eləyiblər, onçun bu işi tutub. Narkoman idi də alçaq. Gül kimi qizi bədbəxt elədi...
İnarə atasına yaxınlaşa bilmədi, geri qayıtdı. Bu (narkoman) söhbəti görən, hardan çıxdı? Axı Ramilin narkoman olması barədə heç vaxt evlərində söhbət getməmişdi.
Beton pillələrlə qalxmağa başladı. Bu pillələrdə o qədər ötüşmüşdülər ki, İlahəylə.. Kim tez həyətə düşəcək, kim tez evə qalxacaq... Gah bu onu keçmişdi, gah o bunu... Bəzən biri büdrəyib yıxılmışdı, bəzən dəmir məhəccərə dəyib əzilmişdir.. Amma bu məşğuliyyətlərindən heç vaxt qalmamışdılar.
Ayaq saxladı... Hər addımı bir xatirə idi. İnsan yaşa dolduqca ölmüş uşaqlığını, ölmüş gəncliyini xatırlayır, için-için ağlayırdı. Amma ölmüş yaxınının xatirəsi qədər ürəyi dağlayan heç nə ola bilməzmiş, sən demə...
Blokun divarları yarıyacan yaşıl rənglə rənglənmişdi, yuxarı hissəsinə əhəng vurulmuşdu. Əhəngli yerdə divar cızılaraq yazılmışdı; <<Nabran super idi. İ2.24 iyul 1995-ci il >>.
Bunu o vaxt Nabrandan qayıdanda əyri, iri mismarla İlahə yazmışdı. İşə bax üstündən 2 ilə yaxın vaxt keçmişdi. Elə bil dünən idi. Ataları məzuniyyət götrüb ailəni Dostluq turist bazasına aparmış, düz bir həftə ləzzətlə istrahət etmiüdilər. Dəniz, qəzmar günəş, sıx meşə, kükürdlü bulaq... Səhər günəş doğmasına, axşam batmasına birlikdə tamaşa etmələri... Atalarından üzməyi öyrənmək cəhdləri... Ləzgilərdən aldıqları alça lavaşanı dişlərini qıcayaraq yemələri... Meşədə ocaq qalayıb nərə balığından kabab çəkmələri... Heç evə qayıtmaq istəmirdilər...Qayıdan günü hər iki bacı burunların sallayıb ata-analarından küsmüşdü ki, bizi niyə aparırsınız.
Divara yazılmış İ2 işarəsi bacılara işarə idi. Onlar özlərini belə adlandrırdılar. Birdə görürdün atalarına belə deyirdilər..
- Ata İ kvadratı dondurma istəyir.
Yaxud analarına gileylənirdilər..
- Ana, bəsdir də İkvadratı istismar etdin! Adamı nə qədər işlədərlər e!

Nabrandan qayıtdıqdan sonra da, bir müddət dillərində Nabran bitib qalmışdı. Çox xolayırdılar Nabran xatirələrini yaxınları ilə bölüşməyi...
Təkcə xatirələrdən birini gizləyirdilər hamıdan. Onu yalnız öz aralarında yada salırdılar. Bir dəfə ata-anaları yeməkxanaya getməmişdilər, bunlar ikilikdə gedəsi olmuşdular, iki oğlan yeməkxanadan ta ki, qaldıqları otağın qapısına qədər bunlardan əl çəkməmişdi. Onlardan biri dil boğaza qoymadan deyirdi...
- Qızlar, istəyirsiz, sizin üçün bazarı bağlatdıraq, istəyirsiz, texnikuma girək..
Gərək ki, bu sözləri <<Alma almaya bənzər>> filmindən götürmüşdü... O oğlanlarda nəsə bir şirinlik var idi. Növbəti günlərdə onları harda görürdülərsə, pıqqıldayıb gülürdülər. Dəhşət gülməli hərəktlər çıxarırdılar, sanki komik aktyorlar idilər. Uzaqdan-uzağa biri ürəyini tutub büdrəyirdi, guya sevgidən birtəhər olub...<<Kişi tayfası ilə>>elə də arası olmayan İlahə etiraf edirdi ki, onları görməyəndə darıxır... Hətta bir dəfə onlardan biri İlahənin ovcuna sevgi məktubu da basmışdı...Adlarıda qəribə idi oğlanların, Elvar, Elqal.
Dəhşətdir, o vaxt, o nabranlı günlərdə kimin ağlına gələ bilərdi ki, İlahə heç iki il keçməyəcək, həyatla vidalaşacaq...
Blokla qaçışan uşaqlar yüngülcə toxunaraq İnarəni xatirələrdən ayırdılar.
O yuxarı çıxmağa davam etdi.
Açıq qapnın qabağında o qədər ayaqqbı düzülmüşdü ki, hər dəfə içəri girib-çıxanda boş yer tapıb ayaq qoymaq çetinlik törədirdi ona...
Anası sakit-sakit ağlayırdı, ara-sıra da təkrarlayırdı...
- Acından köpük qusanlar... Bədbəxt etdilər balamı..
İçəri qara örpək bağlamış bir hamilə gəlin girdi. İnarə key kimi idi. Gəlin onu qucaqlayıb öpdü, hönkürdü. Sonra da özünü Güllünün üstünə atdı.
- Ay Güllü xala bu nə iş idi başımıza gəldi..
Güllü əməllicə qiiya çəkdi.
- Ay İlahə, Reyhan gəldi üstüvə, Reyan!!!
Qucaqlaşıb ağlaşdılar.
İnarə Reyhanı tanımamasına təəccübləndi. Bacısının ən yaxın rəfiqəsi idi. İlahədən bir ay sonra ərə getmişdi...
Ailə həyatı onların get-gəllərini kəsmişdisə də, hər ikisi İnarəni görəndə bir-biri üçün burunlarının ucunun göynədiyini söyləyərdilər...
Reyhan dəfnə gəlməməsini rayona getməsiylə izah edib uzrxahlıq dilədi...
Güllü isə dil deyirdi...

- İlahəylə həmişə bəhsə girərdiz. Biriniz təzə geyinəndə, o birinizdə geyinərdiz. Biriniz beş alanda, o birinizdə istəyərdiz. Sənin qismətin yaxşı gətirdi. Qızımsa bədbəxt oldu...
Xəbər çatan kimi ata anası gedib meyiti gətirmişdilər. Ramillə anası Məleykə qızı orada dəfn edib ehsan vermək istədikləri üçün etiraz bildirdikdə Güllü qadının saçlarından tutub onu sürümüşdü. Çığırmışdı ki, qızımı urvatsız elədiz, indi də ölüsünü urvatsız eləmək istəyirsiz..
Rais isə başını yerə vurub ağlayan Ramili təpikləmiş, ürəyini ovuşdura-ovuşdura onu söymüşdü. Sısqa ovurdları çıxmış Ramilin yöndəmsiz görkəmi kişini lap özündən çıxarmışdı.İndiyə kimi heç şəkilini belə görmədiyi kürəkəninin barı hündürboy, enlikürək, gözəl-göyçək olmaması ona əlavə əzab vermişdi, iç dünyasını darmadağın etmişdir...
Gör bir İlahə onun başını yerə soxaraq kimə qoşulub qaçıbmış, İlahi...
Meyit gətriləndə dili tutulmuş İnarə bayılmışdı. Dəfndə isə tabutdan zorla qoparmışdılar onu.
...İnarəyə bir şey də yer eləyirdi ki, bacısından heç bir yadigar qalmamışdı. Övlad yadigarı bir yana ona günlərinin heç bir əşyası, əmanəti yox idi. Ata anası meyiti gətirəndə qızın əşyasını tələb etməmişdilər nədənsə Ramilgildən... Görünür həmin an onların gözlərinə heçnə görünmürmüş... Əşya deyəndə ki, qızlarına cehiz vermədiklərindən, onun əşyası bir iki paltar, xırda-para məişət şeyləri ola bilərdi. Amma nə olursa olsun, heç olmasa təsəlli olardı..
Dünyada ən sirli-sehirli an intihar qərarı verən insanın son anıdır. Elədiyi son söhbət, yazdığı son məktub, xatırladığı son adam, baxdığı son mənzərə və ən nəhayət, beynindəki son düşüncə...
İlahəni Yasamal qəbristanlığında dəfn etmişdilər. Dəfnə gələn Məleykəylə Ramili Güllü həyətlərindən də qovmuşdu. Camaatın içində olmazın sözlərlə təhqir etmişdi...
İnarə baxışlarını anasına zillədi. Anası Reyhanın yanında oturmuşdu, başını yelləyə-yelləyə ağlayırdı. İnarə bilirdi ki, indi anasının qəlbindən nələr keçir..



Əzilmiş fotoşəkillər [1]


Geri dön

Banned549678

  • 7 sentyabr 2015 22:38
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
Məqalə üçün təşəkkürlər

ヅ Bad Girl ヅ

  • 6 sentyabr 2015 13:08
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Məqalə ücün təşəkkürLər

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 4 sentyabr 2015 13:53
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Solmuş çiçək, sönmüş çıraq... Və ölmüş insan...

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Səssiz

  • 4 sentyabr 2015 10:34
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Ellerine salig balim

--------------------
Səssiz'liyim

ZuZuM__

  • 3 sentyabr 2015 17:55
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
Hekayeye gore cox saol

--------------------

Banned549678

  • 3 sentyabr 2015 14:10
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
TəşəkkürLər məqaləyə görə

Ř҉₳₱ʊ₦ʐɛL

  • 3 sentyabr 2015 13:27
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
TəşəkkürLər Maraqli Idi

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

ヅ Bad Girl ヅ

  • 3 sentyabr 2015 13:09
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəşəkkürLər məqaləyə görə

--------------------

ZAC EFRON

  • 3 sentyabr 2015 12:55
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
teshekkurler smile

PércyDarkMoon

  • 3 sentyabr 2015 11:18
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
təşəkkürlər serhlere gore :)

--------------------

♔ sinყσriτα ♔

  • 3 sentyabr 2015 10:37
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Hekayeye gore cox saol dunyam

ღKiRaZ MeVsİmCiღ

  • 3 sentyabr 2015 09:00
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
təşəkkürlər balım maraqlı hekayədi

--------------------

✯ AliKo ✯

  • 3 sentyabr 2015 08:51
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Maraqli idi meqaleye göre tewekkurler

Allahi_Unutma

  • 3 sentyabr 2015 08:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Solmuş çiçək, sönmüş çıraq... Və ölmüş insan...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}