Asayiş və arxayınçılıq

 
Asayiş və arxayınçılıq

Bəşər, səs-küy və qalmaqal ilə dolu olan həyatda hər şeydən daha çox «asayiş və rahatlığa» ehtiyac duyur. Həyat adlı mübarizə meydanında kim bu silaha yiyələnmədən döyüşə atılarsa tezliklə məğlubiyyətə uğrayar. Həyat yükü ağırlaşdıqca insanın asayiş və rahatlığa duyduğu ehtiyac daha da artar. Bəs həyəcan və iztirab əsarətindən yaxa qurtarıb, rahat bir həyata necə nail olmaq olar?
Buna nail olmaq üçün insanın özünü oda-közə vuraraq var-dövlət, şan-şöhrət və qüdrət əldə etməsi olduqca əbəs bir işdir.
İnsanın rahatlıq və asayişi üçün göstərdiyi bütün sə’ylər tez bir zamanda hədərə getmiş olur. Çünki, bədbəxtçiliklərin mənşəyi insanın batini dünyasında olduğu kimi, rahatlıq və asayişi də onun öz vücudundadır. Rahatlıq və asayiş üçün xərc olunan var-dövlət və istifadə olunan vasitələr ümumiyyətlə müvəqqəti və azömürlü olur. Onların vasitəsilə insanın asayişə nail olması qeyri-mümkündür. İnsanı qeyri-sabit şeylərdən ehtiyacsız edən və onu daim mənən ucaldan isə onun şüur və gözəl əxlaqıdır.
Məşhur Yunan filosofu Epiktetus deyir: «Camaata başa salmaq lazımdır ki, onlar səadət və xoşbəxtliyi kor-koranə axtardıqları yerlərdə əldə edə bilməyəcəklər. Həqiqi səadət güc və qüdrətdə deyildir. Çünki «Merod» və «Aqliyus» böyük qüdrətə malik olmalarına baxmayaraq xoşbəxt deyildilər. Səadət, var-dövlətdə də deyildir. Çünki, «Krosus» külli miqdarda var-dövlətə sahib olmasına baxmayaraq xoşbəxt deyildi. Səadət və xoşbəxtlik hakimiyyət və siyasi iqtidara malik olmaqda deyildir. Çünki «Rum konsulları» geniş iqtidara malik olmalarına baxmayaraq xoşbəxt deyildilər. Bütün bunlara sahib olmaq yenə də xoşbəxtlik demək deyildir. Çünki «Nero», «Sardenapal» və «Akamnen» həm qüdrət, həm var-dövlət, həm də iqtidara sahib olmalarına baxmayaraq heç də xoşbəxt olmamışlar və daim baş vermiş hadisələrin qarşısında aciz qalaraq ömürlərini iztirab və nigarançılıq içində başa vurmuşlar. Səadət, elə bir həqiqətdir ki, insan onu öz vücudunda axtarmalıdır.
Təbiətin bir çox əsararəngiz sirlərinin açılması, məişət ləvazimatlarının daha da təkmilləşdirilməsi rahat həyat tərzi sürmək üçün heç də kifayət deyildir. Bu sahədə görülən sə’ylər nəinki çətinlikləri aradan qaldırmamış, bəlkə əksinə olaraq özü ilə yeni-yeni iztirab və nigarançılıqlar meydana gətirmişdir. Bunun üçün də həyatın daimi iztirab və nigarançılığından yaxa qurtarmaq və ruhumuzu özündə həbs edən qara buludları üzərimizdən qovmaq üçün açıq şüur və təfəkkürə yiyələnməliyik. Elə bir şüur və təfəkkür ki, vücudumuzda dünyanı hərəkətə gətirir. Necə ki, bəşəri maddi dünyaya hakim etmiş və həyatın bütün sahələrində heyrətamiz dəyişikliklər meydana gətirmişdir. Onun vasitəsilə insan asayişini də təmin etməyə nail olur. Beləliklə, şüur və təfəkkürün oynadığı rol və qoyduğu heyrətamiz izlər bəşəriyyətin həyatında özünü büruzə verir.
Sağlam şüur və düşüncə insanı maddi ehtiyaclarından da yüksəklərə qaldırır və onu başqa bir dünya ilə tanış edir. Dərin düşüncəyə malik olan hər bir şəxs heç vaxt ruhi düşüncəyə və ümidsizliyə qapılmayır. Möhkəm iradəyə yiyələnən, şüur və tərzi-təfəkkür baxımından əsaslı dəlil və məntiq əsasında tərbiyə olunan bu şəxslər xoşagəlməz hadisələrlə qarşılaşdıqda möhkəm qaya tək hər bir çətinliklərə sinə gərib azacıq da olsun, süstlük və zəiflik göstərməyirlər.
Həyəcan və iztirab əsarətindən yaxa qurtarmaq və həyat gəmimizi iftar və təfrit tufanlarından qorumaq üçün sağlam tərzi-təfəkkürə arxalanmalıyıq. Belə olduqda düzgün və əsaslı bir təfəkkür, rəhbərliyi öz üzərinə götürər və əldə etdiyimiz güclü ruhiyyə bütün ziyanverici amillərin qarşısında müqavimət göstərməyə tam surətdə hazır olar.
Avropa alimlərindən biri deyir: «Bəlkə də əxlaq və digər xüsusiyyətləri ilə bizə oxşar olan şəxsləri özümüzə dost seçə bilməyək. Lakin şüur və təfəkkür baxımından biz tamamilə azadıq və müstəqilik. Çünki, şüur və təfəkkür dünyasında biz tam ixtiyar sahibiyik və orada xarici aləmdən olan şüur və təfəkkürümüzə hakim olacaq və ya istəmədiyimiz bir şeyi qəbul etməyə vadar edəcək hər hansı bir şey mövcud deyildir. Bunun üçün sağlam və məntiqi tərzi-təfəkkürə yiyələnməli və bütün ideoloji nöqsanlardan uzaq olmağa çalışmalıyıq. Biz insanlar daim şüurumuzun istiqamətləndirdiyi tərəfə üz tuturuq. Başqa sözlə desək, bizi öz istədiyi tərəfə yönəldən ağıl və şüurumuzdur. Bunun üçün də nifrət etdiyimiz şeylərə sövq etməməli və mənfi tərzi-təfəkkürlərdən uzaq olmağa çalışmalıyıq. Çünki, bizi özünə əsir edən də məhz bunlardır. Daim nöqsan və çatışmamazlıq yox, təkamül və irəliləyiş fikrində də olmalıyıq. Gərək qarşımıza ali məqsədlər qoyub ona nail olmağa çalışaq. Çünki, bütün uğur və müvəffəqiyyətlərin sirri yalnız sağlam düşüncədədir.


Geri dön

Ř҉₳₱ʊ₦ʐɛL

  • 4 sentyabr 2015 13:51
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
ALLAH Razı Olsun

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Səssiz

  • 4 sentyabr 2015 10:38
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cumlemizden insAllah....

--------------------
Səssiz'liyim

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 sentyabr 2015 23:24
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Allah razi olsun

PércyDarkMoon

  • 3 sentyabr 2015 22:38
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun bidene`m

--------------------

ZuZuM__

  • 3 sentyabr 2015 17:53
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Nergiz__Sirinova

  • 3 sentyabr 2015 16:30
  • Məqalə: 376
  • Şərh: 3338
  • Bal:
{awards}
Allah razi olsun tesekkurler

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 3 sentyabr 2015 15:06
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH Razı Olsun

Banned549678

  • 3 sentyabr 2015 14:05
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun çox sağolun...

ヅ Bad Girl ヅ

  • 3 sentyabr 2015 13:35
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəşəkkürLər məqaləyə görə

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 49

 

Top 10 Müəllif

♔Hе важно∞
Xəbərləri: 2
Cəmi: 44
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 480
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}