8 Martın Tarixi

 
8 Martın Tarixi

8 Martın Tarixi

Qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda verdiyi mübarizənin təmsili başlanğıcı olaraq,
8 Mart 1857 -ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa,
uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir.

Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının
qurultayında 1957-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi
və qadın həmrəyliyinin simvolu olaraq hər il Qadın günü olaraq qeyd olunması qərarlaşdırıldı.

1975-ci il, dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili
olaraq tarixə keçdi. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT, 1975-ci ilin 8 martını
ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirtdi. İki il sonra isə BMT-nin ümumi qurultayında 8 mart,
qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.

Beynəlxalq Qadınlar Günü, eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının
daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.
Bir çox inkişaf etmiş ölkədə qadın azadlıq və hüquqları ön planda olsa da , ölkəmizdə və inkişaf
etməkdə olan digər ölkələrdə qadın hüquqlarına münasibət istənilən səviyyədə deyil.
Heç olmasa ildə bir dəfə 8 mart münasibəti ilə qadın hüquqlarının ölkəmizdə xatırlanması bizim üçün əhəmiyyət daşıyır.
Bütün dünya səviyyəsində də qadına göstərilən qayğı, yetəri qədər deyil.

Dünyadaki ən yoxsul insanların böyük bir qismi qadınlardır. Hər hansı bir təhsil almamış insanların da
böyük əksəriyyətini qadınlar təşkil edir. Bu gün ölkəmizdəki qadınlar,
qarşı cinsə nisbətdə 25-50 faiz arasında daha az maaşla çalışmaqdadırlar.

Bu gün Beynəlxalq Qadınlar Günü olmasına səbəb olan Tarixi hadisələri ardıcıllığla veririk:

1857-ci il Nyu-York: Qadınlar, 12 saatlıq günlük çalışma saatına və aşağı maaşa etiraz olaraq
nümayiş keçirdilər. Polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.

1908-ci il Nyu-York: 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səs vermə hüququ üçün nümayiş keçirdi .
Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi.
Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini infadə edirdi.

1909-cu il: Avropadaki qadınlar, Fevral ayının son bazar gününü, Fevralın 28-ini ilk qadın günü olaraq keçirdi..

1910-cu il: Clara Zetkin isimli bir alman sosialist qadın, Qadın Sosialist İnternasiyonalında
Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.

1911-ci il: Kophenagen qərarından sonra ilk dəfə 19 Martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də qeyd edildi.

1917-ci il: Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı ” çörək və sülh” adlı nümayiş keçirdilər.
8 Martda olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.

1977-ci il: Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart,
Qadın hüquqları və Dünya Barışı günü olaraq qəbul edildi.

Hörmətli Xanımlar! Sizi 8 Mart münasibətilə Təbrik Edirik!


Geri dön

_RONALDO_

  • 3 may 2011 20:33
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
cox saxolun

--------------------

Ulya

  • 12 mart 2011 20:14
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
winked

::..ONSLAUGHT::..

  • 8 mart 2011 23:42
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
maraqli xeberdi thanks

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

marlin

  • 8 mart 2011 23:32
  • Məqalə: 221
  • Şərh: 1616
  • Bal:
{awards}
maraqli xeberdi thanks

--------------------

YazYamuru

  • 8 mart 2011 13:56
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Sitat: AYSE17
Çox sagolun


--------------------



Lexikon

  • 8 mart 2011 13:35
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
cox sag olun

gul_93

  • 8 mart 2011 13:14
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
cox sag olun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 81
Cəmi: 119

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 54
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 48
Cəmi: 871
 
Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
aytc.sza
Xəbərləri: 20
Cəmi: 21
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 18
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}