8 Mart Beynəlxalq Qadınlar Günüdür

 
8 Mart Beynəlxalq Qadınlar Günüdür

8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bu günün ilk dəfə bayram edilməsindən 100 il keçir.
Qadın hüquqları uğrunda beynəlxalq hərəkatın banisi Klara Setkin 1910-cu ildə Kopenhagendə,
Sosialist Qadınların Beynəlxalq Konfransında 8 Mart Beynəlxalq Qadınlar Günü təsis edilməsi təklifi ilə çıxış edib.
O vaxt həmin tarix əməkçi qadınların kişilərlə bərabər hüquqlar uğrunda mübarizədə beynəlxalq
həmrəylik günü adlandırılıb. Bu yeni bayram ilk dəfə 1911-ci ildə dörd ölkədə - Avstriya, Almaniya, Danimarka və İsveçrədə qeyd edilib.

Sovet İttifaqında 8 Mart Beynəlxalq Qadınlar Günü ən sevimli və populyar bayramlardan biri idi.
Müasir dövrdə 8 Mart bayramı MDB üzvü olan ölkələrin demək olar ki, hamısında dövlət
səviyyəsində qeyd edilir. Bu dövlətlərin çoxunda 8 Mart iş günü deyil.

Lakin belə ehtimallar da var ki, bu bayramın tarixi daha qədimdir. Bir sıra qədim xalqlarda mövcud
ənənələrə görə təbiətə və qadınlara xas olan gözəllik və bərəkət kimi keyfiyyətlər qışın son
və baharın ilk ayında pərəstiş obyektinə çevrilirdi. Bütpərəstlər martın ilk günlərində ilahələrə dua edir,
onlardan bol məhsul, ailə səadəti və firavanlıq diləyirdilər. Mart ayının birinci həftəsi başa çatandan sonra qurbanlar kəsilirdi.

Dövlət Statistika Komitəsindən bize verilən məlumata görə, Azərbaycanda qadınlar 2011-ci ilin
mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,4 faizini və ya 4 milyon 602 min nəfərini təşkil edir.
Qadınların 59,4 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya
2,3 uşaq gətirib. Ötən il doğulmuş 165,6 min körpənin 46 faizi qızlardır.

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri qadınların sağlamlığıdır.
Hazırda ölkədə 31 doğum evi, 316 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası
qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən
ömür uzunluğu kişilərdən 5,3 il yüksək olaraq 76,2 yaşa bərabərdir.

Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul
əhalinin ümumi sayında xüsusi çəkisi 48,6 faizdir. Ümumtəhsil və orta ixtisas təhsil müəssisələrində
müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin 63 faizi qadınlardır.
Ümumtəhsil məktəblərində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66 faizi,
ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızlardır. Elmin inkişafında da qadınların müstəsna rolu var.
Hazırda doktorantların 46 faizini, bütün elmi işçilərin isə 51 faizini qadınlar təşkil edir.
Son 5 ildə doktorluq dərəcəsi olan qadınların sayı 22 faiz artıb. Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır.

Milli Məclisdə qadın millət vəkillərinin də sayı artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini,
2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16,0
faizə qədər artıb. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə
nisbətən 4,9 dəfə artaraq 4081 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,2 faiz olub.


Geri dön

_RONALDO_

  • 29 may 2011 18:58
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Xanimlari tebrik edirem

--------------------

only-girl

  • 3 aprel 2011 11:56
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Sitat: Lexikon
Xanimlari tebrik edirem


--------------------

Ulya

  • 12 mart 2011 20:24
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
winked

Inciciceyi

  • 9 mart 2011 09:56
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Cox sag olun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 8 mart 2011 23:35
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
butun qizlari tebrik edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 8 mart 2011 23:20
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Awk~boceyi

--------------------

marlin

  • 8 mart 2011 23:17
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
butun qizlari tebrik edirem

--------------------

gul_93

  • 8 mart 2011 14:12
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
cox sag ol.

Jackson_fanatı

  • 8 mart 2011 13:55
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
Thanks

Sevinc_Keder

  • 8 mart 2011 13:49
  • Məqalə: 0
  • Şərh: 443
  • Bal:
{awards}
dusunceli davrandiginiza gore coxsagol
butun LEGEND qizlarini tebrik edirem

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!

::..ONSLAUGHT::..

  • 8 mart 2011 13:47
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
BUTUN QADINLARIS SEMIMI QELBDEN TEBRIK EDIREM

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

YazYamuru

  • 8 mart 2011 13:45
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HƏƏƏƏƏƏ BELƏ DEEEEEEEEE bully SAĞOL AAYY MÜƏLLİİİFF

--------------------



Lexikon

  • 8 mart 2011 13:41
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
ilk serh menden

Xanimlari tebrik edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 41

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}