Əzilmiş fotoşəkillər [5]

 
Əzilmiş fotoşəkillər [5]


Yəni, doğurdanmı, həyat eləcə üç mərhələdən ibarətdir? Gəldin, gördün və getdin?
Abbasovlar ailəsinin mənzilinin qızlara ayrılmış otağı... Daha bu otaqda İlahəni xatırladacaq heç nə qalmamışdı... Yalnız fotoalbomdakıailəvi şəkillər idi, vəssalam...
Raislə Güllü indi qan ağlayır, qızları ilə barışmadığına görə özlərini qınayırdılar. Vaxtilə bu otaq ağzına kimi İlahə üçün alınmış cehizlə dolu idi. İynə-sapından tutmuş hələ qurulmamış, qablaşmış vəziyyətdə yumşaq mebelinəcən hər şey İlahəylə Ayazın toy gününü gözləyirdi....
İlahənin gözlənilməz hərəkətindən sonra Rais bircə günə evi boşaltdırmış, aldiqlarının bəzilərini geri qaytarmış, xırda-xuruşları qonum-qonşuya vermişdi...
İlahənin öz əşyalarını da evdən çıxartdırmışdı.
Güllü öncə buna razılıq verməsə də, Raisin qan daman gözlərini görəndə çar-naçar razılaşmışdı... Qızın bezi şeylərini, ətri, nazik boyunbağısı, təkqaş üzüyü, kosmetik vasitələri, kitab-dəftəri və diş fırçası, Güllü heç olmasa bunları qorumaq istəmişdi, bir torbaya yığıb baş verənləri hıcqıraraq seyr edən İnarəyə verdi ki, gizlətsin, ancaq Rais xəbər tutmuş, bu torbanı da, yük maşınına tullamışdı...
İlahə ,,İris,, konfetlərini çox sevərdi. Hər dəfə özünə ,,İris,, aldırardı, ciblərinə doldurub bütün günü yeyərdi. Evin hər küncündən, hətta döşəyinin altından konfet kağızları yığışdıran anası onu hey danlayardı...
Mətbəxdəki iri qənddan onunku idi, həmişə içi ,,İris,,lə dolu oardı. Həmin gün Rais qəzəblə həmin qənddanı götrüb atmışdı.
İndi onların yeganə təsəlliləri bir qəbir idi, birdə fotoşəkillər. İnarə ağlaya-ağlaya onları əlindən yerə qoymurdu. İlahə bütün şəkillərdə gülümsəyirdi... Ölümünə gülümsəyirmiş kimi...
Bu şaxta babayla olan şəkli bacılar sirkdə çəkdirmişdilər. Şaxta baba ən yaxşı şeir söyləyənə, rəks edənə, mahnıoxuyana hədiyyə verəcəyini elan edəndə İnarə dərhal səhnəyə qaçmış ,,Kukla,, mahnısını oxumuşdu.. O hədiyyəsini alıb çıxandan sonra səhəyə o qədər uşaq cummuşdu ki, Şaxta baba müsabiqəni dayandırmalı olmuşdu. İnarə öz hədiyyəsini bacısıyla bölüşdürmüşdü...
Bu ailəvi şəkli 3 il əvvəl, Sərvinaz bibilərinin böyük oğlunun toyunda çəkdirmişdilər. Baho, necə də hazırlaşmışdılar o toya. Yeni paltar almaq, salona getmək...
Hələ bu şəkil... Bulvara ailəvi gəzintiyə getmişdilər. Ağ atlı faytonu görəndə, qızlar cumdular ki, biz faytonda gəzmək istəyirik. Onda İlahə universitetə yeni qəbul olunmuşdu.
Telefonun zəngini eşidib şəkilləri masanın üstünə qoydu, dəhlizə keçdi. Dəstəyi qaldıranda, öncə sükut, sonra da kəsik siqnal səsləri eşidib onu yerinə qoydu. Ata-anası evdə yoxuydular.Gecə Raisin ürəyi necə sancmağa başlamışdısa, təcili yardım gəlib onu xəstəxanaya aparmışdı. İlahənin tutduğu iş kişini yaman sarsıtmışdı... Qoşulub qaçmağıyla atalarını sanki daş qalağının altında qoyduqdan sonra yazıq kişi birtəhər bu bir ildə oradan çıxa bilmişdi. İntiharı ilə isə bacısı qayanı atalarının başına uçurtdu...
Güllü də həyat yoldaşı ilə birgə getmişdi.
Səhər ertə İnarə onlarla zəngləşmişdi, anası demişdi kişi nisbətən babatdır. Bircə kişiyə bir şey olmayaydı...
İnarə pəncərəyə yaxınlaşıb həyətə boylamdı. Baxışları qeyri-ixtiyari dünən gördüyü yaraşıqlı avtomobili və onun yaraşıqlı sahibini axtardı. Kim idi o, görən? İlahəylə tanışlığı necə baş tutmuşdu? Bircə bu sirri bilsəydi... Bütün gecəni nədənsə fikirlər onu tərk etməmişdi. Hətta o oğlan yuxusuna da girmişdi. Şırıltı ilə axan şəlalənin altında dayanıb onu yanına səsləyirdi...
Telefon yenidən zəng çaldı. Xəttin o üzündən tanımadığı kişi səsi gəldi..
- Alo, İnarədir danışan?
- Bəli kimdir ki?
- Bilirsiz... Mənim adım Rzadır. Mən dünən bacınızın yasına gəlmişdim. Sizi gördüm... Və...
İnarə əvvəlcə söhbətin nədən getdiyini anlamadı. Ancaq zəng edənin səsindəki təkəbbür sövq-təbii ona anlatdı ki, bu, onun düşüncələrini alt-üst edən, ona rahatlıq verməyən həmin şəxsdir.
Oğlan danışmaqda idi..
- Sanki bir almasız, yarı bölüblər sizi... Mən heç vaxt...
İnarə hiss etdi ki, içinə sevinc doldu..
Tanıdım sizi, qara cipdə gəlmişdiz, hə? Çıxanda da atam ötürdü sizi.
- Hə, hə. O mən idim. Şadam ki, diqqətinizi cəlb etmişəm... Necəsiz, nə var, nə yox?
- ...
- Deyəsən, evdə təksiz, hə?
- ...
- Nə əcəb evdən çıxmırsız, dörd divar arasında dərd adamı öldürər e, lap.
- İnarə ürəyinin döyüntüsnü eşidirdi. Dünən onu görəndə bir də heç vaxt görə bilməyəcəyi qənaətindən məyus olmuşdur.
Düşünmüşdü ki, son dərəcə qapalı olan, oğlanlarla heç vaxt dostluq münasibəti qurmayan, onlardan daim uzaq qaçan, bacısının ərə getdikdən sonra kiminləsə yaxın əlaqəyə girməsi, hətta onun maşınına oturması müəmması heç vaxt açılmayacaq.
Amma budur, Rza adlanan o oğlan zəng eləmişdi. Dil-boğaza qoymadan danışırdı..
Bilirsiz, çox ağır dərtdir. Sizi başa düşürəm. İlahə kimi bacını itirmək sizinçün çox ağırdır. Onunçün də indi kəlmə kəsmək istəmirsiz.
- ...
- Ancaq mənimlə bölüşə bilərsiz, ürəyiniz boşalar, dərdiniz yüngülləşər.
- ...
İnarənin aləmində bu adam kim idisə, yalnız var-dövlət üstünlüynə malik deyildi. Çünki bacısı dünya malına baxan olsaydı, heç Ramilə getməzdi.
- Alo. Yaxşı. İstəmirsizsə, daha zəng edib sizi narahat etmərəm. Mən sadəcə, zəng etmişdim ki...
İnarə qorxdu. Qorxdu ki, birdən Rza dəstəyi atar, daha zəng eləməz. Həyəcanla ,,Siz İlahəylə dostluq etmisiz?,, deyə soruşdu.
Rza təəccübləndi..
- Bunu siz hardan bilirsiz ki?
İnarənin cavabı ani gəldi..
- İlahənin sinif yoldaşı Reyhan dedi.
Rza İlahəgilin ailəsinin onların münasibətlərindən xəbər tutmalarını heç istəməzdi. İlahə münasibətləri danışmışdı görəsən? Nələri söyləmiş, nələri gizlətmişdi?
Amma İnarə Reyhanın adını çəkəndə Rza nisbətən sakitləşdi. Demək ailələri bunların münasibətləri barədə heç nə bilmirmiş... Yaxşı bəs Reyhan kim idi? O hardan bilirdi bu gizlinləri?
Odur ki, dərhal soruşdu..
- Yaxşı, bəs o hardan bilir ki?
İnarənin səsi də İlahənin səsinin bənzəri idi. Azacıq cingiltisi var idi ki, bu da nisbətən gənc olmasıyla, yaşıyla, bəlkə də subaylığı ilə bağlıydı, yəqin.
-... Onlar son zəng günü həmişə yığışırlar axı. Bu il yığışanda siz İlahəni cipinizə mindirib aparmısız. Reyhan görüb. O bunu mənə deyəndə mən çox təəccübləndim...
- Niyə ki?
- İlahənin sizinlə tanışlığı, münasibətdə olması mənə çox təəccüblü gəldi. O mənim bacım idi, beş barmağım kimi tanıyrdım onu. Subay vaxtı oğlanlardan qaçan birinin ərdə ola-ola kiminləsə otrub-durmasını heç ağlıma belə gətirməzdim... Axı bu necə olmuşdu?
- Nə?
- Sizin tanışlığınız.
- Bizim tanışlığımız deyəndə ki... Nə bilim, olmuşdu da.
- Harda tanış olmuşduz ki?
- Harda deyəndə... Biz axı qonşu idik.
- Qonşu idiz?
- Əlbətdə, hasar qonşusu idik. Onların evinin yanında mənim villam var.
- Siz orda qalırsız ki? Anam bir-iki dəfə ora gedib, deyir ucqar bir yerdir.
- Bakıda da iki evimiz var. Əsas evimiz də - Molokan bağının yanındakında papa, mama və bacım qalır. Bu qəsəbədə villanı ona görə tikdirmişik ki, ordakı toxuculuq fabriki bizimdir. Ancaq mamanız düz demir. Bura mənzərəli yerdir, dənizin bir addımlığındadır. Bu ev mənim ürəyimə daha çox yatır.
Həm də burda asudəlikdir. Bir də ki....
- Bir də nə?

Əvvəllər bura tək bu dediklərimə görə mənə əziz idi. Amma indi İlahəyə görə də burdan aralana bilmirəm. Hər addımda onun xatirəsidir. İndi sizinlə danışıram, pəncərədən isə onların həyətinə baxıram. Elə bilirəm ki, indicə onu görəcəm...


Geri dön

Ayşəgül

  • 10 sentyabr 2015 19:30
  • Məqalə: 3
  • Şərh: 240
  • Bal:
Təşəkkürlər

Banned549678

  • 7 sentyabr 2015 22:01
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Məqalə üçün təşəkkürlər

вคɴค iкiмizi คɴlคт ❤

  • 7 sentyabr 2015 21:22
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
tesekkurler...

Banned549678

  • 7 sentyabr 2015 19:12
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
❤ Təşəkkürlər məqaləyə görə ❤

✯ AliKo ✯

  • 6 sentyabr 2015 19:23
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Hekaye ucun tewekkurler

ヅ Bad Girl ヅ

  • 6 sentyabr 2015 17:05
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəşəkkürLər məqaləyə görə

--------------------

Səssiz

  • 6 sentyabr 2015 15:54
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Ellerine sagil balim

--------------------
Səssiz'liyim

PércyDarkMoon

  • 6 sentyabr 2015 15:15
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Tesekkurler serhlere gore :)

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 6 sentyabr 2015 15:02
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
maraqlidi tesekkurler.

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

TURUSH64

  • 6 sentyabr 2015 14:58
  • Məqalə: 1
  • Şərh: 77
  • Bal:
{awards}
Maraqli idi) Tesekkur winked

ZuZuM__

  • 6 sentyabr 2015 14:48
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
Meqaleye gore tesekkur

--------------------

Nergiz__Sirinova

  • 6 sentyabr 2015 14:18
  • Məqalə: 372
  • Şərh: 3299
  • Bal:
{awards}
Meqaleye gore tesekkurler.

--------------------

♔ sinყσriτα ♔

  • 6 sentyabr 2015 13:42
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Hekayeye gore minnetdaram canim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 52
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}