Şükür

 
Şükür

Səbirin qarşısında səbirsizlik, qərarsızlıq durduğu kimi, şükürün də qarşısında küfr (nankorluq) dayanır
Allah-Taala şükür barəsində buyurur: "Şükür edənləri, əlbəttə mükafatlandıracağıq!” ("Ali-İmran”, 145.)
"Şükür” lüğətdə, nemət sahibinə, onun verdiyi nemətləri müqabilində qədirdanlıq, təşəkkür mənasındadır. Ən böyük nemətlər, bəlkə onların hamısı Allah tərəfindən olduğu üçün, ən yaxşı iş də Allaha şükürlə məşğul olmaq olacaqdır. Şükür etmək üç surətdə olur:
Şükür.
1. Nemətin dərki ki, afaq (dünya) və ənfusa (insan) şamil olur.
2. O nemətlərin əldə edilməsindən hasil olan şadlıq və sevinc.
3. İmkan daxilində nemət sahibinin razılığını əldə etməyə səy etmək. Bu razılığın əldə edilməsi, qəlbdə Ona olan məhəbbətlə, dildə və əməldə Allaha layiq şəkildə şükür etməklə, istər ibadətlə, istər itaətlə və istər də öz acizliyinə etiraf etməklə olsun, nemət sahibinin razılığını cəlb etməyə çalışmaqla hasil olur. Allah-Taala buyurur: "Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam.” ("İbrahim”, 7.) Rəvayətdə deyilir ki: "İmanın yarısı səbir, o biri yarısı şükürdür.” Çünki salik həmişə iki haldan xaric deyil, ya xoşagəlməz bir işlə qarşı-qarşıyadır, ya da xoşagəlimli bir işlə üz-üzədir. Deməli xoşagəlimli işə görə şükür etməli, xoşagəlməz işə görə isə səbir etməlidir. Səbirin qarşısında səbirsizlik, qərarsızlıq durduğu kimi, şükürün də qarşısında küfr (nankorluq) dayanır. Küfr, küfranın bir növü sayılır:"Əgər nankorluq etsəniz, (unutmayın ki,) Mənim əzabım, həqiqətən şiddətlidir!” ("İbrahim”, 7.)
Şükür.
Buradan məlum olur ki, şükürün dərəcəsi, səbirin dərəcəsindən üstündür; çünki, şükür həm ürəklə, həm dillə, həm də başqa bədən üzvləri ilə olur və bütün bunların özü də Allahın nemətləridir. Şükür etmək üçün bu nemətlərdən istifadə edə bilmənin özü də başqa bir nemətdir. Beləliklə, əgər, hər bir nemətə şükür etmək istəsə, həmin nemətə şükür edə bildiyi üçün də başqa bir şükür etməlidir ki, [bu minvalla] söz uzunluğa çəkər. Elə ən yaxşısı budur ki, şükürün əvvəli və axırı acizliyə, zəifliyə etirafla yanaşı olsun. Şükürü yerinə yetirməkdə aciz olduğuna etiraf etməyin özü böyük bir şükürdür, necə ki, sitayiş etməkdə acizliyə etiraf etmək böyük sitayişdir. Buna görə də demişlər: "Sənə sitayişi saymaq imkansızdır, Sən elə bilirsən ki, Özün-Özünü sitayiş etmişsən və Sən, Sənin haqqında deyilənlərdən üstünsən.” ("Bihar”, c. 97, səh. 87, rəvayət 13.)
Təslim əhli üçün şükür tamamlanmışdır, çünki şükür, ilahi nemətlərin əvəzini ödəməyə şamil olur. O kəs ki, bəndəlik məqamında özünü görmür, bəs, necə ola bilər ki, hər şeyin Özü olan Allahın qarşısında zahir olsun?! Buna görə də şükürün ən son nöqtəsi odur ki, şükür edən həm özünü, həm də nemət sahibini vücuda malik bilsin.


Geri dön

Ayşəgül

  • 10 sentyabr 2015 19:11
  • Məqalə: 3
  • Şərh: 240
  • Bal:
Allah razı olsun

Banned549678

  • 7 sentyabr 2015 18:37
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun sağolun

ヅ Bad Girl ヅ

  • 7 sentyabr 2015 17:23
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 7 sentyabr 2015 15:26
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH Razı Olsun

✯ AliKo ✯

  • 7 sentyabr 2015 15:09
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Deyerli meqale ucun tewekkurler

вคɴค iкiмizi คɴlคт ❤

  • 7 sentyabr 2015 14:48
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Allah razi olsun...

Rəbbim Allah

  • 7 sentyabr 2015 14:13
  • Məqalə: 52
  • Şərh: 398
  • Bal:
{awards}
Sukur dilimizden Iman ise qelbimizden eksik olmasin. smile

--------------------


KeNDiMi

PércyDarkMoon

  • 7 sentyabr 2015 14:11
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun =)

--------------------

Nergiz__Sirinova

  • 7 sentyabr 2015 14:03
  • Məqalə: 394
  • Şərh: 3410
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

Səssiz

  • 7 sentyabr 2015 13:49
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Səssiz'liyim
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 81
Cəmi: 117

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}