Əzilmiş fotoşəkillər [7]

 
Əzilmiş fotoşəkillər [7]



Sevgi və ayrılıq...Bir-birini məhz tamamlamağa xidmət edən həyat səhnələri. Bir halda ayrılıq sevgini məhv edir, digər halda onu xilasın yeganə yoluna çevrilir...
Uşaqlıqdan İnarə eşitmişdi ki, sevginin gözü kordur, qulağı da kar. İlahə o ağılsız hərəkəti edib Ramilə ömür-gün yoldaşı olanda bu məsəli ata-anasının, əmi və bibilərinin dilindən də tez-tez eşitmişdi. Onlar bir ağızdan deyirdilər ki, sevgi - insanı uçuruma aparan menasız bir şeydir. Ata-anası bir-birilərini toylarına qədər heç tanımamışdılar da. Valideyinlərinin təhrikiylə ailə qurmuşdular. Bu faciəyə qədər bütöv bir ömrü xoşbəxtcəsinə yaşamışdılar.
Rais böyük qızının xoşbəxt olacağına o qədər əmin idi ki... O İlahəni əvvəlcədən planlaşdrılmış kürəkənlə görəcəyinə əmin idi. Xalası nəvəsi Ayaz ailəcanlıydı, İlahədən beş yaş böyük idi, pis vərdişləri yoxuydu, böyük-kiik sayan idi. Ən əsası, evi var idi. Amma bütün bu imtiyazları qoyub Sumqayıtın ucqar bir qəsəbəsindəki ,,mal tövləsi,,nə yaşamağa gedən qızının qəfil hərəkəti onunçün gözlənilməz və anlaşılmaz olmuşdu...
Düzdür, İnarə sevgiyə inanırdı, onun müqəddəs bir duyğu olduğuna ğmin idi. Özü ötəri bir sevgi yaşamışdır, hələ altıncıda oxuyanda Azərbaycan dili-ədəbiyyat müəlliminə vurulmuşdu. Braziliya seriallarının qəhrəmanlarına bənzəyən müəllimini özlüyündə o qədər ideallaşdırmışdıki... Məktəbə yalnız onu görməyə gedir, onun dərslərini böyük həyəcan və həsrətlə gözləyirdi..
Cəmi bir dərs ilini onlara dərs keçən Elşad müəllim növbəti sentyabrda sinif otağına daxil olmadı. İnarə ürək döyüntülərinin müşayiəti ilə Azərbaycan dili dərsini başlanmasını gözləyərkən sinfə gözü eynəkli qadın daxil oldu, tələsik nitqiylə İnarəni tam məyus etdi..
-Salam. Mən Elşad müəllimi əvəz edəcəm. Məsmə Cavadovayam.

O gündən Məsmə müəllim İnarənin gözünün düşməninə çevrildi. Beləcə, birdə heç vaxt İnarə Elşad müəllimi görə bilmədi. Maraqlıdı ki, indiyə qədər orta məktəbdəki, həyətlərindəki, qohum-əqrabalarındakı, universitetlərindəki saysız-hesabsız oğlan ona ürəyini açmışdı. Amma İnarə hamıya ağız büzmüşdü, heç kəsi bəyənməmişdi. Bu günün özündə də, sevgi etiraflarını dalbadal eşidirdi... Bezmişdi bu sırtıq oğlanlardan...
Nədənsə ona elə gəlirdi ki, sevgi limiti Elşad müəlimlə tükənib, bir də heç kimi sevməyəcək..
Bəzən buna sevinirdi də. İlahə kimi son dərəcə imkansız, həyat yoldaşına bədbəxtlik gətirən birisini sevib neyləyəcəkdi ki?!
Elə bu cür yaxşı deyilmi, heç kəsi sevməyəsən. Öz romanını kulminasiyası yazasan... Cəhənnəmə ki, darıxdırıcı olacaq. Olsun da! Bu hər halda,əzab çəkməkdən daha yaxşıdır...
İlahənin Ramilə qoşulub qaçmasından cəmi bir neçə gün sonra - onda ki, atası qızın cer-cehizini, şəxsi əşyalarını evdən çıxartmışdı, çox gərgin ab-hava hökm sürürdü, qəfildən belə bir söhbət başladı evdə.. Eybi yox, İlahə olmadı, qoy İnarəsə Ayazın həyat yoldaşı olsun. Rəsmən nişanlanmasalar da, hamı İlahəylə Ayazı nişanlı hesab edirdi. Ayaz bu evə gəlib -gedir, evin bir üzvü hesab olunurdu. Raisin də, Güllünün də üz-gözü ona öyrəşmişdi.
İlk dəfə söhbət açılanda İnarə şoka düşmüşdü. Valideyinlərinə qəti etirazını bildirmiş, yüz il öncənin ,,O olmasın, bu olsun,, filminin müasir dövürdə təkrarını gülünc, ağlasığmaz adlandırmışdı. Sonradan bu mövzu vaxtaşırı ailə söhbətlərinin mərkəzində dayanırdı.
İnarə bacısı tərəfindən əzaba düçar edilmiş valideyinlərinə təkrar əzab verilməsini istəmədiyindən çıxılmaz vəziyyətdə qalsa belə, ən azından etiraz etməməyi qərarlaşdırdı...
Bu gün günorta İnarənin boynuna qoymuşdular ki, onu universitetdən məhz Ayaz gətirəcək. İnarə ,,uşaq deyiləm ki, özüm gələrəm,, demiş, ancaq atasının sifətinin ifadəsini görəndə çar-naçar razılaşmışdı... Universitetdən çıxarkən, Ayaza yaxınlaşanda nədənsə içindən gözləmədiyi bir hiss keçdi. Ağ ,,07,, onun gözlərində parıltılı qapqara ciplə əvəzləndi, Ayazı isə, avtomobilə dirsəklənərək onu gözləyən hündür yaraşıqlı Rzaya çevirdi...
... Ayazın salamına salamla cavab verib sonrakı ,,necəsən,, sualını cavabsız qoydu. Onunçün açılmış arxa qapıdan keçib əyləşdi, qapını da çırpıb bağladı.
Ayaz mühərriki işə salıb universitet yolunda əsl tıxac yaradan sürücülərin dalıycan gileyləndi. Sonra salon güzgüsündən İnarəni süzdü..
- İmtahan idi, zaçot?
İnarə mızıldandı..
- Zaçot.
- Qiymət ala bildin?
- hm.
- Çətindir dərslərin?
- Hm.
- İxtisasın nədir, müəllim olacaqsan?
- Nç
- Bəs nə?
- ...
- Sizdə də qiymət almaq pulnandı?
- Nç.
- Yəni sizdə biliyə qiymət verirlər?
- Hm...

Ayaz İnarənin danışmaq istəmədiyini utancaqlığı ilə bağladı. Yadına İlahəni saldı, İlahə də beləydi, kəlmə kəsmirdi adamla... Yüz suala bir cavab verərdi, ya verməzdi...
Universitetin qabağında İlahənin həmişəkindən xeyli artıq gözləməli olmuşdu. Nəhayət, qız ona yaxınlaşıb demişdi ki, siz çıxın gedin, mən qızlarla gedəcəm. İlahə də, İnarə kimi onunla həmişə ,,siz,,lə danışırdı, amma o, ,,sən,, deyə müraciət edərdi İlahəyə...
İlahə maşına oturmaq istəməyəndə Ayaz dirəniş göstərmişdi, demişdi, necə yəni qızlarla gedəcəm, olmaz qızlarla getmək!
Belə olduqda Ayaz bu dəqiqə gedib Rais dayısına zəng edəcəyini, İlahənin dərsdən çıxarkən bir saata yaxın yubandığını, söyləcəyini demişdi.
Ayaz indiyə kimi İlahəyə içində yığılıb qalan sözləri də söyləmişdi..
- Bu nədir, gah dar şalvar geynirsən, gah gödək yupka... Hələ bir dodağıvın kraskasına bax! ona görə gədə-güdələr marıtlayıb sənə baxırlar. Yığışdır bunları.
Sonra da, qızın əlindən tutaraq onu zorla maşına oturtmağa cəhd etmişdi.
- Ay qız məni cin atına mindirmə. İstəyirsən dalaşaq, aramız dəysin?
- Hə, istəyirəm! Valideyinlərin deyiblər bu qızı al, sən də gəlib yapışmısan xirtdəyimdən. Öz istəyinlə get özünə tay birini tap, məni rahat burax. Xahiş edrəm əl çək məndən! Mənim istədiyim var!
Bəlkə də, o vaxt dayısına hər şeyi açıb desəydi, İlahənin üstünə düşərdilər, ona asudəliyini qadağan edərdilər, qoşulub qaçacağıgədəni də, cəzlandırardılar ki, camaatın nişanlısını niyə yoldan çıxarırsan...
Avtomaqnitolanın səsini qaldırdı. İki meyxanaçı xırıltılı səslə deyişirdi. İnarə istədi ki, bu bayağı musiqini eşitməmək üçün qulağını qapasın.
Sınıq kravata sən bənzəyirsən,
Dominoya şahmata sən bənzəyirsən...
Bu da insanın zövqü... Bu əttökənlikdən həzz almaq olar?
Ayaz lap cuşa gəlib çırtma da, vururdu arada...
İnarə arzuladı ki, bircə ata-anası Ayazın nə dinlədiyini eşidəydi, hansı zövq olduğunu, səviyyəsini görəydilər..
- Onun səsini kəsə bilərsiz?
İnarənin bu sözündən Ayaz diksindi..
- Bəyənmirsən? Super meyxanadı ki.
- Başım ağrıyır.
- Kəs deyirsən, kəsim də.

İnarə Rzanı fikirləşirdi. Görəsən, onun cipinin avtomaqnitolasında hansı musiqi səslənir? Görəsən, İlahəylə birgə yol gedəndə hansı musiqini dinləyirdilər?
Yox, nə illah eləsə də, Rzanı beynindən çıxara bilmirdi...
...Evə çatan kimi bütün diqqətini telefona yönəltdi. Rza bu gün zəng etmişdimi? Bəlkə, bundan sonra zəng edəcəkdi?
Atası işdən gəlməmişdi,anası mətbəxdə oturmuşdu, gözləri yol çəkirdi. Gəlib ehmalca anasını qucaqladı, başından öpdü. Onun ,,yemək qızdırım,, sualına ,,Yox, nəsə iştahım yoxdu,, cavabını verərək öz otağına keçdi, əynini dəyişib üzü üstə çarpayısına uzandı...
Sabah Rzayla görüşməli idi... Həm Rzanı, həm də İlahənin yaşadığı evi, həyət-bacalarını görmək həyəcanı bədəninə bir üşütmə gətirdi...
Görəsən, İlahəni Rzayla nə bağlamışdı? Görəsən, İlahə doğrudanmı Rzanı sevmişdi?
Əgər sevmişdisə, sevgi onun ömrünə yenilik gətirməli idi. Ümidləri, arzuları aşıb-daşmalı, məcrasına sığmamalıydı... Tam adiləşmiş, bayağılaşmış həyatına bunca rəng qatıldıqdan, hər şeyi yarıda qırıb intihar etməyə axı adamı nə sövq edə bilərdi?



Əzilmiş fotoşəkillər [7]


Geri dön

Ayşəgül

  • 10 sentyabr 2015 19:12
  • Məqalə: 3
  • Şərh: 239
  • Bal:
Təşəkkürlər

Banned456

  • 7 sentyabr 2015 18:42
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
❤ Təşəkkürlər məqaləyə görə ❤

ヅ Bad Girl ヅ

  • 7 sentyabr 2015 17:24
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
TəşəkkürLər məqaləyə görə

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 7 sentyabr 2015 15:31
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
maraqlıdı can təşəkkürlər

✯ AliKo ✯

  • 7 sentyabr 2015 15:25
  • Məqalə: 85
  • Şərh: 1067
  • Bal:
{awards}
Maraqlı hekayedir teşekkurler

Nergiz__Sirinova

  • 7 sentyabr 2015 14:17
  • Məqalə: 473
  • Şərh: 4177
  • Bal:
{awards}
Tesekkurler...

--------------------

PércyDarkMoon

  • 7 sentyabr 2015 14:13
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Buyurun Tesekkurler serhlere gore =)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 59

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}