Əzilmiş fotoşəkillər [13]

 
Əzilmiş fotoşəkillər [13]


Hansısa rus şairinin belə bir misraları var. İntihar - taledən ölümü oğurlamaqdır....
Üç fotoşəkil idi. İlahə üzü görünməyən bir kişi ilə yataqdaydı...
Görəsən bu rüsvayçı şəklləri çəkmək kimə və nəyə lazım idi? Əlləri əsə-əsə şəkilləri çevirib arxasına baxdı. birinin arxasında yazılmışdı. ,,Ay qız, mənimlə qçdı-tutdu oynayırsan? Başa düşə bilmirsən ki, səndən ayrı qala bilmirəm? Səhər şəkillərivin bir-ikisin göndərdim ki, bəlkə həyatı başa düşüb mənimlə yenidən görüşəsən...,,
İnarə oxuyur, titrəyir, hönkürürdü...
,,...Ancaq gəlmədin. İndi bunları göndərirəm. Bax sabah mütləq gəl. Gözləyəcəm...,,
Oxuduqca elə bilirdi ki, bu saat ürəyi yerindən qopub düşəcək. ,, Bu dəfə də, gəlməsən, şəkillərivi ərivə, atava göstərəcəm...,,
Şəkillərə bir daha diqqətlə baxdı. Hiss olunurdu ki, kadrlar video çəkilişindən götürülüb. Deməli belə... Demək bacısının ölüm sirri bu imiş. Bu oğraş hasısa şəraitdə onunla yatmış, gizli vidokamera ilə bunları lentə almış, sonra da fotoya köçürməklə bədbəxti şantaj etmişdir.
Həyəcanla çantasını götürdü, ayaqqabısını geyindi.
Deməli, buymuş onları bağlayan tellər. Yalnız bu. Alçaq, dünyanın ən axırıncı alçağı...
Qapını açıb var gücü ilə bu ,,cəhənnəmdən,, qaçmağa başladı. Bir qədər aralanan kimi ovcunda sıxdığı şəkilləri cırıq-cırıq edib küləyə verdi... Sonra yenidən qaçmağa başladı. Hıçqırtısı, təngənəfəsliyi onu boğsa da, bircə an belə ayaq saxlayıb nəfəsini dərmir, hey qaçırdı...
Eynən beləcə , o pozğun bacısıyla birgə İlahəni də evlərinə gətribmiş... Beləcə içirib haldan çıxarmış yatağına salmışdı... Dünən ona içirdiyi o içki nə idi elə? Qəfildən dizləri büküldü, gözünə qaranlıq gəldi... Bir anda tappıltıyla yerə getdi... Alçaq. Şantajçı...
Ayaqqabısı bərk qaçmağa mane olurdu, çıxarıb əlinə götürdü... Ətrafdakılar maraqla, təəccüblə ona baxırdılar... Ancaq o heç kəsi görmürdü...

Dəniz kənarındakı bu qəsəbə, yüz il sonra da öz adi axarı ilə yaşayacaqdı. Ancaq bu adiliyi düz Ramilgilin evinin qarşısında tikilən nəhəng üçmərtəbəli mülk pozdu.
Həyatı cansıxıcı keçən, günlərini Rmilə ilə söhbətlə və uzaqdan-uzağa Xəzəri seyr etməklə keçirən İlahənin görüm çərçivəsi xeyli genişləndi... Bütün qəsəbə bu binanı tikdirən Ağayarovlardan danışırdı... Onları bura çəkib gətirən toxuculuq fabriki idi..

Axşamüstü artıq həyətdə iri manqal qalanmışdı. Kbab ətri nə vaxtdan bəri bu ətri yadırğamış qəsəbə camaatını bihuş edirdi.
Az qala səhərə kimi vur-çatlasın, çal-oynasın ara vermədi. İlahə artırmada otrub həsədlə o həyətə baxırdı. Dizdən yuxarı geyinmiş Aynurəyə lap paxıllığı tuturdu. Aynurə arada maraqla ona tərəf baxan İlahəyə əl eləyib onu yola çağırdı. Yolda görüşüb tanış oldular.
Aynurə o qədər ünsiyyətcil, mehriban idi ki, bir qədər danışdıqdan sonra neçə ilin rəfiqələri kimi bir-birilərinə isinişdilər...
Qəfildən yanlarında əlində sellofan torba olan Rza peyda oldu. Maraqla İlahəyə göz gəzdirdi..
- Ooo. Mən heç bilməzdim bu cəngəllikdə belə gözəl qızla rastlaşacam.
Gözündə gün eynəyi var idi. Eynəyi çıxarıb lap müştəri baxışlarıyla İlahəni bütün bədəni boyunca süzdü...
İlahə utanıb başını aşağı dikdi... Aynurə, öncə qardaşına tərəf baxdı..
- Rza bu, İlahədir. Qonşumuzdur. Mənimlə yaşıddır. Ailəlidir.
Rza.. -Nə, ailəlidir?! - dyib təəccübünü bildirdi. Ardınca da.. - Görəsən evdə qalıb un çuvalına tay olmuşdu ki, belə tez ərə gedirdi? deyərək məyus olduğunu bildirdi..
Aynurə bu dəfə üzünü İlahəyə çevirdi..
- İlahə bu Rzadır, qardaşım. Subaydı 25 yaşı var. Universitetin hüququnu bitirib. Həm papanın biznesinə kömək edir, həm də, şəxsi biznesi var. Bu arada Rzanın telefonuna zəng gəldi..
- Yox gələ bilməyəcəm, nu ladno da, Soniçka, beynimi xarab eləmə. Dedim , vsyo!
Telefonu qapayıb cibinə qoydu. Sellofan torbadan iki dondurma çıxarıb qızlara uzatdı. İlahə tərəddüd etdi, bu vaxt dondurma yeməyin hələ tez olduğunu söylədi. Ancaq, Rza onu inandırdı ki, hökmən dondurmanı yemək lazımdı...... Qızlar dondurma yedikcə o hey üyüdüb tökürdü. Gəzdiyi xarici ölkələrdən, gördüyü möcüzəli yerlərdən, xərclədiyi pullardan, dostluq etdiyi top-modellərdəndanışırdı...
Ertəsi gün də üçlükdə xeyli söhbət etdilər. İlahə nə qədər sıxılırdısa, bir o qədər də içinə sabahkı xoş günə umid, inam dolurdu... İnanırdı ki, gec-tez tale Ramillə onun da üzünə güləcək. Onlar da xoşbəxtliyin dadını görəcəklər...
Tanışlıqlarının növbəti, üçüncü günündə axşamüstü üçlükdə darvazanın ağzında dondurma yeyib qurtardıqdan sonra tum çırtlayırdılar. İlahə qəfildən Ramilin yaxınlaşdığını gördü. Bu gün nəsə tez qayıdırdı evə. Ramil çirkli fəhlə altarında idi. İlahə həyat yoldaşını görəndə lap xəcalət çəkdi ,,Nə pis oldu Ramili bu görkəmdə gördülər,, deyə üzüldü...
Aynurənin ,,harada işləyir ki yoldaşın?,, Ranın ,, Deyəsən hardasa fəhləlik edir hə?,, sualları sanki iynə kimi vücudunu deşdi...
Evə keçəndə Ramilin - sən niyə onlarla otrub-durursan? Onlar hara biz hara! - sözlərinə əhəmiyyət vermək istəməsə də, az keçmiş, dolmuş bulud kimi boşaldı. Ailə həyatında ilk dəfə idi ki, göz yaşı içində qınadı..
- Heç olmasa əyin başına fikir ver,hamı fəhləliyə gedə bilər. Ancaq bu o demək deyil ki, küçəyə zibilin içində çıxasan. Niyə işləmək üçün özünlə ayrıca paltar aparmırsan?! Niyə adamı başqalarının yanında rüsvay edrsən?!
Hər cümlə bir şillə, yumruq kimi dəydi Ramilə. Sonda İlahə lap hönkürdü..
- Heç qazandığın da bir şey deyil. Yalandan gedib axşama kimi yol ölçürsən...
Məleykə arvad səs-küyə gəlib nə baş verdiyini öyrənməyə çalışanda İlahə üzüstə yatağa uzandı. Hey ağladı, ürəyini boşaltdı.
Ancaq qadın da oğlunu danladı. Dedi, ali təhsilin var, kimdən əskiksən ki, küçəyə bu görkəmdə çıxırsan? Belə etməklə bizi də urvatsız edirsən....
... İlahə heç cür özünə yer tapa bilmirdi. Axşam saat 10- da ürəyi o qədər sıxıldı ki, Famildən xahiş elədi, onu dəniz kənarına aparsın...
Evləndiklərindən bəri ilk dəfə olaraq Ramilə imkan vermədi ki,onu qucaqlasın...
...Rza, Aynurə, qara cip, traylerlərdən boşaldılan ev əşyaları onun gözünün qabağından çəkilmirdi ki, çəkilmirdi... Rzanın vurduğu ətir burnunda qalmışdı sanki. Dondurmanın tamı isə ağzında. Yox belə olmaz... Olmaz belə...

Yataqdan durub həyətə - vanna otağına qaçdı. Üzünü, burnunu, ağzını hey yudu. Sonra evlərinə üçmərtəbədən düşən işığını pərdə ilə kəsdi...
Sonra da, öz-özünə pıçıldadı.. ,,Mənim ailəm var. Mənim Ramilim var. Mən onu sevirəm. Subay deyiləm ki təzədən nəsə tərəddüd edəm. Mən ailəliyəm,,
Ramilə baxdı. Həyat yoldaşı bu dəfə onun gözünə başqa cür göründü.... Əlbəttə, axı hər qaranlıq gecənin bir səhəri olmalıdır...
Ancaq hər halda , bağlı pərdənin arxasındakı o mülkdən, nəsə bir xof, qorxu, narahatlıq gəlirdi...
Növbəti gün İlahə evdən çıxmadı. Axşam baş verənlərə görə uzrxahlıq edib qaynanasına ev işlərinə kömək etməyə başladı..
Məleykə arvad hey dil-ağız eləyirdi, Ramilin əvəzinə İlahədən üzr istəyirdi....
Evdə gözəgəlim nə varsa , Məleykə arad Ramillə İlahənin otağına yığmışdı.
Ev işlərini bitirdikdən sonra, İlahə nahar hazıtlamaqda da, qaynansına kömək etdi. Yemək yedilər. Günortadan sonra vaxt sanki tamam dayandı.Əvvəllər pəncərədən dənizə baxmağı xoşlayırdı. Ama indi
pəncərədən dənizə baxmaq mümkünsüz idi. Qonşuların mülkü onların dənizə görüntülərini əllərindən almışdı...
Bir maraqlı kitab da yox idi ki, oxumağa vaxtı öldürsün...
Nazik cildli ,, Sumqayıt hadisələri,, kitabı sataşdı gözünə. Götürüb vərəqləməyə başladı...
Kitab onda əməlli başlımaraq oyatmışdı. Yerinə uzanıb vərəqi çevirdi...
- İlahə səninləyəm. Səni çağırırlar.
- Kim?
,,Təzə qonşu,, dedikdə dalağı sancdı. Əvəlcə istədi getməsin. Ancaq qeyri-ixtiyari yola çıxası oldu.
Aynurə gülümsəyərək onu avtomobilə dəvət etdi. İlahə öncə boyun qaçırtsa da, sonradan salona çıxdı. Aynurənin yanında əyləşdi. Ömründə belə rahat, gözəl avtomobilə minməmişdi.
- Rzadır də xəsislik edir, mənə maşın sürməyi öyrətmir... Köhnəfikirlinin biri köhnəfikrli.. Deyir qız maşın sürməz...
- Ay nə sürərdim bu cipi...
Nəhayət qiyqacı baxışlarla İlahəyə baxdı..
- Sən öz canın nə qaçaqaç düşmüşdü ərə gedirdin?

İlahə gözləmədiyi bu suala cavab axtarırdı ki, başqa bir sual gəldi..
- Gözün bağlanmışdı ki, bu gözəllikdə qız gəlib belə bir xarabalığa düşürdün?
Cəmi üç-dörd gündü tanış olduğu bir adamın onunla belə danışmağına imkan yaratdığı üçün İlahə özünü qınadı.
- Biz bir-birimizi istəyirik.
- İstək. Başına söz qəhətdi? Səni o istəmir e, səni bu zir-zibil, bu cır-cındır, bu şor-çörək istəyir...
Aynurənin növbəti sözü isə, elə bil başına bir vedrə qaynar su ələdi..
- Xəbərin var, Rza sənə vurulub...
İçindəki qorxu və şübhələr bu üç-dörd gündə fasiləsiz cövlan etmişdi.
Aynurə dil boğaza qoymurdu...
- Az, şəhərdə, Molokan bağının yanında beşotaqlı evimiz, Milyonerlər məhəlləsində bir villamız, Bilgəhdə bir bağımız... Rzadan yaxşısını tapacaqsan?
....Nəhayət, İlahə dili topuq vura-vura.. ,,Sən dəlisən, nəsən? mən ərli qadınam,, deyə bildi. ,,Lütün birindən nə ər?,, sualı avtomobildən düşüb evə qaçarkən arxadan kürəyinə bıçaq kimi saplandı...
Həyətə girdi, qapını bərk-bərk bağlayıb bir müddət qapıya söykənmiş halda qaldı...
Son vaxtlar həyətdə özünəməxsus bir guşə seçmişdi, ən çətin vaxtlarında qaçıb orada hönkür-hönkür ağlayırdı... Bura adicə, ancaq olduqca səliqəli tövlə idi..
İlahə təzə gələndə, tövlədə iki inək və dord qoyun var idi. İndi isə tövlə boş idi.
[left]Bu tövlənin hər güşəsi maraqlı idi. Bir ovuc dəniz mənzərəsi görünən dəftər vərəqi boyda balaca pəncərəsi vardı. Bu həyət-bacadan yeganə yer idi ki, buradan Rzagilin mülkü görünmürdü..



Əzilmiş fotoşəkillər [13]


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 9 oktyabr 2015 16:42
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
minatdaram...

Banned549678

  • 12 sentyabr 2015 21:07
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
çhσσχ ѕαğσℓυη

Səssiz

  • 11 sentyabr 2015 14:08
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox sagol canim ellerine salig

--------------------
Səssiz'liyim

✯ AliKo ✯

  • 11 sentyabr 2015 12:56
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Hekaye ucun tewekkurler

Ř҉₳₱ʊ₦ʐɛL

  • 11 sentyabr 2015 12:49
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Hansısa rus şairinin belə bir misraları var. İntihar - taledən ölümü oğurlamaqdır....

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Ayşəgül

  • 11 sentyabr 2015 12:45
  • Məqalə: 3
  • Şərh: 240
  • Bal:
{awards}
tesekkurler

PércyDarkMoon

  • 11 sentyabr 2015 12:45
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Tesekkurler serhlere gore =)

--------------------

Nergiz__Sirinova

  • 11 sentyabr 2015 12:12
  • Məqalə: 331
  • Şərh: 3139
  • Bal:
{awards}
Meqaleye gore tesekkurler.

--------------------

Banned549678

  • 11 sentyabr 2015 11:55
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Çooooox sağolun

__S.M_ova__

  • 11 sentyabr 2015 09:03
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Meqale ye gore sagol,

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}