Cəhənnəm

 
Cəhənnəm




Cəhənnəm

Qur’an:
«Həqiqətən Cəhənnəm puşquda dayanıb və (itaətdən) boyun qaçıranların yeridir.»
Hədis:
1270. Imam Əli (ə):«Cəhənnəm odunun kükrəyən alovundan, yandırıb-yaxan hərarətindən və daim təzələnən əzabından qorxun.»
1271. İmam Əli (ə) (Cəhənnəmi təsvir edərkən): «Elə bir alovdur ki, qaynayıb coşan şölələri bərk sancar, yandıran dilləri qəzəbli, sönməyi gec və uzaqdır, alovlu hərarəti hər şeyi bürüyür və qorxusu dəhşətəsalandır.»
393. Cəhənnəm alovunun odunu

Qur’an:
«Bu işi görə bilməsəniz – heç vaxt da görə bilməzsiniz- qorxun, kafirlər üçün hazırlanmış, odunu insanlar və daşlar olan Cəhənnəm atəşindən.»

«Ancaq, haqqdan uzaq olanlar Cəhənnəmin odunu olacaqlar»

394. Cəhənnəm zəncirləri və qandalları

Qur’an:
«Onu tutun və zəncirləyin, sonra Cəhənnəm atəşinə aparın. Onu yetmiş zirə uzunluğu olan zəncirə çəkin.»
Hədis:
1272. İmam Sadiq (ə) (Cəbrayılın (ə) Allahın Peyğəmbərinə (s) söylədiklərindən): «Əgər yetmiş zirə uzunluğunda olan bu zəncirin bir həlqəsi yer üzünə qoyulsa, dünya onun istiliyindən əriyər.»


395. Cəhənnəm əhlinin libasları

1273. İmam Sadiq (ə): («Cəbrayılın (ə) Allahın Peyğəmbərinə(s) söylədiklərindən): «Əgər Cəhənnəm əhlinin libaslarından birini göylə yer arasında assalar, dünya əhalisinin hamısı onun iyindən ölər.»
396. Cəhənnəm əhlinin yeməyi

Qur’an:
«Cəhənnəm əhlinin zəridən (quru tikan) başqa yeməyi yoxdur. Bu yemək nə kökəldir, nə də aclığı aradan aparır.»
«Həmin gün onun orada heç bir dostu olmayacaq. Onun yeməyi Cəhənnəm əhlinin çirkindən başqa bir şey deyil.»
Hədis:
1274. Allahın Peyğəmbəri (s):«Əgər Cəhənnəm əhlinin çirkindən bir vedrə dünyanın şərqinə töksələr, onun təsirindən dünyanın qərbində olanların beyinləri qaynamağa başlayar.»
1275. İmam Sadiq (ə): (Cəbrayılın (ə) Allahın Peyğəmbərinə (s) söylədiklərindən): «Əgər zərin (quru tikan) bir damcısı dünya əhalisinin içməli suyuna düşsə bütün insanlar onun iyindən ölər.»

397. Cəhənnəm əhlinin içdikləri şeylər

Qur’an:
«Və orada zəqqum (qaynar su) içəcəksiniz. Təşnə dəvələr içən kimi.»
Hədis:
1276. Imam Əli (ə):«Zəqqum və quru tikan Cəhənnəm əhlinin qarnında qaynayan su kimi qaynamağa başlayanda onlar su istəyərlər. Bu zaman onlara ğəssaq (Cəhənnəm əhlinin bədənindən axan çirk və qan) və sədid (çirk və irin) verərlər. Onlar əziyyətlə onu qurtum-qurtum içərlər və hər tərəfdən ölüm onları haqlayar, amma ölməzlər.»
398. Cəhənnəmə birinci daxil olan şəxs

1277. Peyğəmbər (s):«Cəhənnəmə birinci daxil olan ədalətlə hökm çıxarmayan qüdrətli hökmdar, sərvətinin haqqını (xümsu, zəkatı) ödəməyən var-dövlət sahibi, təkəbbürlü yoxsul olar.»
399. Ən az əzab çəkən Cəhənnəm əhli
1278. Allahın Peyğəmbəri (s):«Əzabı ən az olan Cəhənnəm əhlinin ayaqlarında alovdan ayaqqabı olar və onun hərarətindən beyinləri qaynayar.»
400. Ən şiddətli əzab çəkən Cəhənnəm əhli

1279. Allahın Peyğəmbəri (s):«Qiyamət günü ən şiddətli əzabı dadacaq

kəs, elmindən fayda görməyən alimdir.»

1280. Allahın Peyğəmbəri (s):«Qiyamət günü ən şiddətli əzabı dadan şəxs peyğəmbər qatili, ya peyğəmbərin əli ilə öldürülən, xalqı (haqq) yolundan azdıran rəhbər və heykəltəraş olacaq.»

1281. İmam Əli (ə):«Ən şiddətli cəza, yaxşılığın müqabilində pislik edən şəxsə çatacaq.»

1282. Imam Əli (ə):«Qiyamət günü ən şiddətli əzabı Allahın qəzavü- qədərinə qəzəblənən və narazılıq edən şəxs görəcək.»
401. Təkəbbürlülərin dərəsi

1283. İmam Sadiq (ə):«Cəhənnəmdə təkəbbürlülər üçün bir dərə var, onun adına «səqər» deyərlər. Həmin dərə istiliyin şiddətindən Allaha şikayət edir və bir qədər nəfəs almaq üçün izn istəyir. Dərə nəfəs alan kimi, Cəhənnəmi alov bürüyür.»

402. Cəhənnəmdə əbədi qalanlar


1284. İmam Kazim (ə):«Allah-taala kafirlər, münkirlər (Allahın varlığını inkar edənlər), yolunu azanlar və müşriklərdən başqa heç kəsi əbədi odda saxlamayacaq. Böyük günahlardan çəkinən möminlər, kiçik günahlarına görə sorğu-sual olunmayacaqlar.»
403. Cəhənnəmdən çıxarılan kəslər

1285. Allahın Peyğəmbəri (s):«Qəlbində zərrə qədər imanı olan kəs Cəhənnəm odundan çıxarılacaq.»

1286. İmam Baqir (ə):«İnsanların bir qismi Cəhənnəm odunda yanar və əriyəndən (saflaşandan) sonra şəfaət onların dadına yetişər.»
404. Cəhənnəmdə əbədi qalmağın səbəbi


1287. İmam Sadiq (ə):«Cəhənnəm əhlinin Cəhənnəmdə əbədi qalmasının səbəbi budur ki, dünyada əbədi qalacaqları halda daim Allaha itaətsizlik edəcəklərini niyyət etmişdilər. Cənnət əhlinin Cənnətdə əbədi qalmasının səbəbi isə dünyada əbədi qalsalar həmişə Allahın itaətində olacaqlarını niyyət etmələridir. Beləliklə, hər iki tayfanın əbədiliyi onların niyyətinə görədir.» Həmin vaxt Həzrət (ə) bu ayəni oxudu:«De ki, hər kəs öz şakiləsinə uyğun əməl edir» Buyurdu:«Yəni, öz niyyətinə uyğun.»



Cəhənnəm


Geri dön

Xediwka Musulmanka

  • 18 sentyabr 2015 16:15
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
Allah hamimizi Cenete girenlerden eylesin

--------------------
Məhv edir cismimi bu kədər, bu qəm,
Bilir bu eşqimi büs bütür aləm.
Çatmaz eşqimizə, göz yaşıma heç su- Abi zəm-zəm,
Gəl mənim qəlbimi kövrəltmə, gülüm.

Banned549678

  • 12 sentyabr 2015 21:07
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun sağolun

Səssiz

  • 11 sentyabr 2015 14:09
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cumlemizden insAllah

--------------------
Səssiz'liyim

✯ AliKo ✯

  • 11 sentyabr 2015 13:00
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Maraqlı ve deyerli meqaledir sağolun

Ř҉₳₱ʊ₦ʐɛL

  • 11 sentyabr 2015 12:48
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Allah hamini Cehenem Ezabindan Qorusun Amin
Allah Razi Olsun

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

PércyDarkMoon

  • 11 sentyabr 2015 12:44
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun canim=)

--------------------

Ayşəgül

  • 11 sentyabr 2015 12:43
  • Məqalə: 3
  • Şərh: 240
  • Bal:
{awards}
ALLAH razi olsun

Nergiz__Sirinova

  • 11 sentyabr 2015 12:03
  • Məqalə: 372
  • Şərh: 3275
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler.

--------------------

Banned549678

  • 11 sentyabr 2015 11:54
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun sağolun

__S.M_ova__

  • 11 sentyabr 2015 09:04
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Cox maraqli idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}