Şanslı insan olmağın dörd sirri

 
Şanslı insan olmağın dörd sirri



Siz heç düşünmüsünüzmü ki, niyə çoxlu sayda yaxşı əməkdaşlar illərlə işlərində yüksəlmədən qalırlar? Bunu anlamaq çox sadədir: uğurlu karyera üçün ancaq peşəkar olmaq azdır. Kifayət qədər təvazökar olmamaq lazımdır.

LeGeNd.Az sputnik-ə istinadən sizə şanslı olmağın sirlərini təqdim edir.

Şanssız insanlarla əlaqəni kəsin

Öz ünsiyyət dairənizə diqqət yetirin. Əgər siz daim həyatın ədalətsizliyindən, həmkarlarından və rəhbərlikdən şikayətlənməyə öyrəşmiş ofis planktonu əhatəsində çalışırsınızsa, sizin ərtafınız özünüzə verdiyiniz qiymətə və müvafiq olaraq sizin karyera nailiyyətlərinizə neqativ təsir göstərə bilər. Bəlkə də bu, bir qədər qeyri-etik səslənir, lakin uğursuzluqlarla ünsiyyətdən imtina etmək lazımdır, əks halda bu, sizi də gec və ya tez bataqlığa çəkəcək.

Şanslı insanlarla ünsiyyətdə olduqda və yeni kontaktlar əldə edərək, siz onların müsbət təcrübələrini qötürə bilərsiniz. Yeni insanlarla tanışlıq sizə özünüzü azad hiss etməyə və komplekslərinizə üstün gəlməyə kömək edə bilər.

Bundan başqa, "yox" deməyi öyrənin? Rədd etməyi bacarmamaq qüsurdur, yaxşı hal deyil. Özünüzə və öz vaxtınıza hörmət edərək, siz başqalarına sizə hörmət etməyi öyrədirsiniz, bu isə karyera üçün vacibdir.


Hər gün qalib gəlin

Özünə inam əldə etmək üçün qələbələr və nəticələr lazımdır. Kiçik qələbələr nə qədər çox olsa, o qədər yaxşıdır. Əgər sizin işiniz gündəlik nəticəyə yönəlməyibsə, bu halda sizin yolunuz idman zalından keçməlidir. İdmanla və fitneslə məşqul olmaq sizə öz üzərinizdə qələbə çalmaq hissi verə bilər və eləcə də bu, gələcəkdə peşə sahənizdə ciddi qələbələrin rəhni olacaq.

Təqdim etməyi öyrənin

Nəticə əldə etmək azdır. Nəticənizi diqqətsiz rəhbərinizə göstərmək, onun mühümlüyünü sübut etmək lazımdır.

Öz təqdimetmə bacarığınızı dərk etmək üçün, kiçik bir eksperiment etməyə çalışın.

"HR-ekspert" proyektinin rəhbəri Andrey Sidelnikov hər şeyi bildiklərini və bacardıqlarını düşünən skeptiklər üçün belə bir sadə çalışmanı yerinə yetirməyi məsləhət görüb: "Bir ay gördüyünüz işin nəticələrinin təqdimatını kamera qarşısında edin, sonra isə öz təqdimetmə bacarığınıza obyektiv baxın. Ekranda olan insanı irəli çəkərdiz? Hətta cuzi şübhə varsa sizə təqdim etmə və natiqlik qabiliyyəti kurslarına baş çəkmək lazımdır".

Əlbəttə, siz sərbəst də öyrənə bilərsiniz. Bu mövzu üzrə kifayət qədər ədəbiyyat var. Lakin təcrübəni unutmayın. Natiqlik bacarığınızı isə doslarınız və tanışlarınız arasında təkmilləşdirə bilərsiniz.

İşarə edin

Əgər siz rəhbərin yanına gəlib, öz niyyətinizi açıq bildirməyi düzgün hesab etmirsinizsə, bunu dolayı yolla etmək olar.

Əgər sizin vəzifədə yüksəlmək iddianız varsa, bu halda siz başa düşməlisiniz ki, idarəetməni öyrənmək lazımdır. Bu halda, lider keyfiyyətləri olmadıqda rəhbərlik etmək çox çətindir: təvazökarlıqdan siz ancaq öz işinizi yox, öz tabeçiliyinizdə olanların vəzifə borclarının yarısını da yerinə yetirəcəksiniz. Bununla belə, sizin idarəetmə üzrə kurslara getməyiniz gizli məna daşıyacaq: bu sizin rəhbərə açıq işarə olacaq. Andrey Sidelnikov şərh edir ki, sizin bu təlimi keçməyiniz faktı artıq rəhbərliyə siqnaldır: "O, artıq daha ciddi işlər üçün yetişib!"

Öz rəhbərinizlə şirkətdə yüksəlmək barəsində tez-tez söhbət edin, hətta konkret öz şəxsiyyətinizə aid etmədən, onun diqqətinə çatdırın ki, sizin yüksək səviyyədə həll edə biləcəyiniz yüksək səmərəli məsələlər var. Bu öz nəticəsini verər və siz layihəni reallaşdırmaq imkanı əldə edərsiniz. Sonra isə təcrübənizə arxalanaraq növbəti layihəyə əl ata bilərsiniz və burada sizə köməkçilər lazım olacaq.


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 2 oktyabr 2015 18:55
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
marali meqaledi winked

Banned549678

  • 12 sentyabr 2015 13:13
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlər məqaləyə görə feel

Ayşəgül

  • 12 sentyabr 2015 11:26
  • Məqalə: 3
  • Şərh: 240
  • Bal:
{awards}
Təşəkkürlər

Səssiz

  • 12 sentyabr 2015 01:08
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox sagolun

--------------------
Səssiz'liyim

Banned549678

  • 11 sentyabr 2015 20:50
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlərrrrr

PércyDarkMoon

  • 11 sentyabr 2015 19:59
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Tesekkurler meqaleye gore =)

--------------------

✯ AliKo ✯

  • 11 sentyabr 2015 19:56
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Maraqlı idi tewekkürler

Awk bir hayal

  • 11 sentyabr 2015 16:53
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
Öz rəhbərinizlə şirkətdə yüksəlmək barəsində tez-tez söhbət edin, hətta konkret öz şəxsiyyətinizə aid etmədən, onun diqqətinə çatdırın ki, sizin yüksək səviyyədə həll edə biləcəyiniz yüksək səmərəli məsələlər var. Bu öz nəticəsini verər və siz layihəni reallaşdırmaq imkanı əldə edərsiniz. Sonra isə təcrübənizə arxalanaraq növbəti layihəyə əl ata bilərsiniz və burada sizə köməkçilər lazım olacaq.

Nergiz__Sirinova

  • 11 sentyabr 2015 15:30
  • Məqalə: 331
  • Şərh: 3139
  • Bal:
{awards}
Tesekurler...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}