Əzilmiş fotoşəkillər [14]

 
Əzilmiş fotoşəkillər [14]


Aprelin biri idi. Aldatma günü. Tezdən Ramil onu aldatmışdı, İlahə də çox pis olmuşdu. O da Ramilə acıqlanmışdı. Üstündün xeyli keçmişdi Ramilənin səsi gəldi..
- İlahə! İlahə! Anan gəlib, səni çağırır, nə qədər eləyirəm içəri gəlmir, - dedi...
Doğrudanda anası gəlmişdi. Bulud kimi doluydu, sanki yağış tökməyə məqam gözləyirdi.
İlahə.. - Canım anam, - deyib anasının boynuna sarıldı, öpdü onu. Bu axır günlərdə doğmalarına elə ehtiyac duyurdu ki...
Qapının ağzındaca söhbət etdilər, İlahə atasını, bacısını soruşdu. Evlərindən ötrü burnunun ucunun göynədiyini dedi.Anası isə onun suallarını cavabsız qoydu.
- Ay qız, heç sənin özündən xəbərin var? Bu nə görkəmdi düşmüsən? Rəngin sapsarıdır.İnsafsız köpəyuşağı diri-diri öldürürlər axı səni!
Anası çox danışdı. Onu da dedi ki İnarəni nişanlamışıq. Ozüdə kimə, kimə... Məhz Ayaza...
Anası qızına heç cür təsir edə bilmədiyini duyanda, ona yanıq verirmiş kimi, İnarənin çehiz siyahısını da sadaladı.
İndi anası danışdıqca onsuz da dərdə batmış İlahəni daha da üzürdü...

...Bu qəsəbəyə hələ indiyə qədər bu sayda avtomobil gəlməmişdi. Rzanın atasının 55 illiyi qeyd edilirdi. Həyətin tən ortasında yüz əli nəfərlik stol-stul qurulmuşdu. Məcid kişi muğamat həvəskarı olduğundan Ağaxan Abdullayevinifası ilə rövnəqləndirmişdi. Aynurənin istəyi ilə Aygün kazımova da məclisə dəvət edilmişdi....
Məclis get-gedə qızışırdı. Rza arabir baxışlarını İlahəgilin evi tərəfə yayndrmaqla hər şeyə göz qoyurdu.
Rzanın gözü növbəti dəfə İlahənin yaşadığı evə sataşdı. Nə fikirləşdisə, uşaqlardan birini çağırıb, onu İlahəgilin qapısına göndərdi.
- Get orda Ramil yaşayır, ona de ki, Rza əmim səni çağırır, gəlsin. İş var, iş verəcəm ona...
Ramil işə getməmişdi, uşaq gəlib çağıranda dərhal, elə ev paltarında Rzagilin qapısına tələsdi.
Axşamdan canı ağrıyan İlahə qonşu evdən gələn vur-çatlasını eşitməsin deyə, otağa girib qulağınada pambıq tıxamışdı. Arxası üstə çarpayıya uzanıb ,,Sumqayıt hadisələri,, kitabını vərəqləyirdi...
Süfrənin aşağı tərəfində gənclər əyləşmişdilər. Rza onlarla arada qədəh-qədəhə vururdu. Ramil işində fasilə yarandığını görüb evin arxasından aralandı, masalara tərəf gəldi.
Rza onu görcək yanına çağırdı. İri kompot stəkanını ağzına kimi araqla doldurub uzatdı..
- Qonşu cərimədəsən vur!
Ramil üzrxahlıq etdi..
- İçən deyiləm.
Rza səsini qaldırdı.
- Qonşu, dedim vurmalısan. Kişinin yubileyidir. Vurmasan olmaz.
Ramil çar-naçar stəkanı başına çəkdi. Rza ona bir dilim xiyar şorabası verib yola saldı.
Yanındakı oğlan.. - Yazığa əziyyət verdin e, lap, -deyəndə Rza ona ikibaşlı cavab verdi..
- Odur yazıq?! Onun necə bir canana əziyət verdiyin görsən, heç belə deməzsən..
Məclis get-gedə qızışırdı. Hamı tost demək, yubilyarı tərifləmək istəyirdi.
Rza yenidən Ramili yanına çağırtdırdı. Yanındakı oğlan Rzanın qoluna toxunaraq, - Rza lazım deyil qoy çıxıb getsin, - söylədi.
Rza başını buladı.
- Sənlik deyil!
Rzanın bir gözü qonşu evdə qalmışdı. İlahəni görmək istəyir, içinin bu istəkdən alışıb yandığını hiss edirdi. Aynurəyə yaxınlaşdı, onun qulağına pıçıldadı ki, get İlahəni öz artırmalarına çıxart, de ki, sənə sözüm var. Aynurə ,,Bu sənin nəyinə lazımdır axı,, soruşanda dedi lazımdı. Ancaq elə et ki, mütləq bura baxsın, - söyləyib bacısını az qla darvazaya tərəf itələdi də.
Aynurənin gedib İlahəni artırmaya çıxarması ilə, Rzanın Ramili ortada oynatmağı eyni vaxta düşdü. Çılğın musiqi sədaları altında hamı əl çalır, sərxoş Ramilin tullanıb-düşməkdən ibarət rəksini alqışlayırdı. Hərdən onun başına şabaş da yağdırırdılar. Ramil səndələyərək əyilib pulları xışmalayır, cibinə basırdı.
İlahə artırmada donub qalmışdı. Rza bir əlliminliyi düz öz qabağına atdı. Ramil bunu görcək dərhal Rzanın qabağında əyildi...
Elə bu vaxt Ramilgilin həyətindən dəhşətli çığırtı eşidildi. Məclis əhlindən bu səsi eşidən olmadı. Yalnız bir gözü İlahədə qalan Rza onun bayıldığından xəbərdar oldu.
Məleykə arvad arxası üstə uzanmış İlahəni silkələyirdi. Ramilə İlahənin başını qucaqlayıb hönkürtü ilə ağlayırdı. Aynurə isə, nə edəcəyini bilmirdi...

Həyət balaca olsa da, kiçik bir guşədə xeyli qızılgül əkilmişdi. Bu guşəni Ramilin rəhmətlik atası salmışdı. İlahə çox xoşlayırdı buranı. Qızılgülləri özü sulayır, onları qoxulamaqdan doymurdu.
Özünü nə qədər məcbur edirdi Ramili bağışlaya bilmirdi. Hətta bir-iki dəfə qərara gəldi ki, çıxıb getsin. Ancaq hara? Ailələri onu qəbul edərdimi? Anası ha desin qayıt gəl, atası buna razılaşardımı?
Birdə ki Ramili sevirdi, dəlicəsinə sevirdi.İndi özünü qınayırdı, danlayırdı. Bu axmaq sevgiyə tuş olduğu üçün bəxtinə söyürdü. Nə olsun! Sevgisi ki azalmırdı.
Başının üstündə xışıltı eşidəndə diksindi, Aynurəni gördü...
Xəstə yatdığı günlərdə bir neçə dəfə onu yanına gəlmişdi. Amma İlahə heç bir dəfə də Aynurəylə nə kəlmə kəsməmiş, nə də, üzünə belə baxmamışdı.
- Miçurin ölüb gedəcəksən e bir azdan. Az oyna da bu güllərlə.
Yenə də Aynurəni danışdırmaq istəmədi. Aynurə isə elə danışırdı, Rza adını eşitcək İlahə üzünü yana çevirdi, doluxsundu. Bunu hiss edən Aynurə saçlarına sığal çəkməyə başladı.
- Ay canım uşaqsan e, elə bil. O söhbət oldu, keçdi də. Rza səni sevir çox sevir. Papa canı vicdan əzabı çəkir. Deyir yoldaşın stəkanların dibindən araqları içib sərxoş olmuş, ortaya düşüb...
İlahə onun sözünü kəsdi..
- Bəsdir, qurban olum, bəsdir! Sus danışma!
Aynurə gileyləndi, ki çox soyuqsan mən sənə bacılıq etmək istəyirəm. Amma sən dala çəkilirsən. Aynurə durmadan danışırdı....

Ənənəni bu il də pozmadılar. İlahəgilin bütün sinif yoldaşları mayın 25-də filarmoniyanın qarşısında toplaşdılar Azərlə Reyhan ilk dəfə bir ailə kimi gəlmişdilər. Hər ikisi çox gözəl, zövqlə geyinmişdi.
O, İlahəyə açıq-aşkar acıq verərək Arzunun ,,Nə gözəl kostyumun var,, sözlərinə ,,altı yüz dollara Amaydan almışam, məncə qadın nimdaş içində olanda özüdə nimdaşlaşır,, cavabını vermişdi...
Azər hərdən gizlin-gizlin baxırdı. Deyəsən sevgisini hələ də içində öldürə bilməmişdi.
Birdən İlahə Rzanın cipini gördü. Ani olaraq bədənindən cərəyan keçdi sanki...
Birdən Reyhan dedi..
- Uşaqlar, cipə baxın, bombadır e. Bayaq da filarmoniyanın qabağında idi.
- Sürən özü də bomba oğlandır, - deyə Nərminə də ona qoşulub tərif dedi.
Bir qədər sonra oğlanlardan biri - İsmayıl ,,Ay İlahə, niyə dinib danışmırsan, niyə belə dilxorsan,, sualını verdi. Rüfət də dedi ki, sən axı qızlarımızın ən gözəli idin, indi yaman sınıxmısan.
Reyhan guya zarafat edirmiş kimi, ,,Zato indi hamımızdan çirkindir,, - dedi,gülüşdülər..
İlahə bu mühitdən qopmaq istəyir, əzildiyini, sıxıldığını hiss edirdi. Arada Rzaya tərəf boylanırdı. Rza əliylə ona işarələr etməkdə idi...
Uşaqlardan hansı idisə, ,,Gül kimi oğlanları bəyənmirdin, yoluğun birinə getdin,,
İlahə ayaq saxladı..
- Hər şeyə görə çox sağolun. Heç gözləməzdım sızdən, - söylədi, həçqıraraq bərabərində dayanmış cipə tərəf qaçdı.
Uşaqlar nə qədər səsləsələrdə İlahə dayanmadı.
...Avtomobil asta sürətlə irəliləyirdi. Heç biri dinib danışmırdı. Rza haradan bilib onun bura gələcəyini ?Məqsədi nədir axı? Rza isə bir qalib ədası ilə salon güzgüsündən İlahəyə baxır, bu gözəli axır k, ram etdiyinə sevinirdi.
İlahə isə maşına minməyinin peşmançılığın çəkirdi... Çox böyük səhv etdim...İndi hamısı düşünür ki,mən pozğunam. Yəqin Rzayla yatıram..
İlahə tutduğu hərəkətin peşmaçılığından boğulmağa başladı.
Qəhər dolu səslə qəfildən, - saxlayın, düşürəm, - söylədi.
- Niyə minmişdin ki, niyə də düşürsən, cəngəllik gözəli, heç elə şey yoxdur!
Avtomobilin sürətini artırdı.
- Xahiş edirəm, saxlayın düşüm!
-...Bu gün gedirik düz ,,Neapol,, kafesinə.
- Saxlayın qurban olum, saxlayın!
-...İçimdəki hisləri, sənə olan sevgimi əvvəl axır bilməliydin. Sənə dünyanın malını verəcəm. Bilmirəm o maygülüdə nə görmüsən?, səni gör nə vəziyyətdə saxlayır...
- Saxlayın qışqıracam!
- Kimdi səsivi eşidən?
- Qapını açıb özümü atacam!
- Mənim ərim var.
- Qələt eləyir sənin ərin...

İlahə hönkürə-hönkürə ,,Saxlayın!,, deyib hıçqırmaqla yanaşı, arxadan onun çiyninə döyəcləməyə başlayanda, avtomobil tükürpədici səslə əyləcləri sıxılaraq dayandı...
Rza arxaya çevrilib, ağlayan İlahəyə. - Mən indiyə qədər kimi istəmişəm onunla olmuşam. İstəmirəm zorla olsun hər şey. İstəyirəm ki,sən o murdardan qopub mənimki olmağa özün razılaşasan...
- ...
- Sənin üçün nə desən edərəm. Al, al burda min dollar var! Al götür! Gedib özünə əyin baş alarsan...
-...
- Niyə dinmirsən, niyə hey ağlayırsan? Məni başa düşmək istəmirsən.
- ...
- İstəyirsən, ondan boşan səni alım. Bilirəm ondan iyrənirsən, nifrət edirsən ona...
Nəhayət ki, İlahə dilləndi, göz yaşları içində ,,Mən onu sevirəm,, - söylədi...
Rza çöndü, məyus halda siqaret yandırdı, maşının dolabını açıb xeyli orda qurdalandı. Nəhayət qapıdakı ümumi kilid sistemini açdı. İlahəyə baxmadan.. ,,Düş get,, - dedi.
İlahə çölə atıldı. Elə bil, havasızlıqdan bol havalı yerə düşdü. Vıyıltı ilə yerindən qopan cipin arxasınca xeyli baxdı...

Dünən evə elə halda gelmişdi, Məleykə arvad onu buraxdığına peşman olmuşdu. Heç nə yemir, dinib-danışmırdı... İlahə yeni sığınacaq yerinə gəlmişdi. Qara quzunu sinəsinə sıxıb hönkür-hönkür ağlayırdı.
Yaxşı idi ki, buranın pəncərəsindən Rzagilin mülkü görünmürdü.İlahə dərdini quzuya anlatmağa başladı. Rzanın maşınına mindiyinə peşman olduğunu, elə sinif yoldaşlar ilə görüşdüyü üçün də.
Birdən həyətdə səs-küy eşitdi. Tövlədən çıxanda gördü ki, iki polis Ramilin qolunu burub UAZ avtomobilinə salır.
Məleykə arvad hay-haray salmışdı..
- Yalan dyirsiz! mənim oğlum narkotik nədir bilmir, şər atırsız ona!
İlahə həyəcanla Ramilədən .. - nə olub,nə baş verib, - soruşanda UAZ yerindən tərpəndi...
Bircə bu əskik idi, sən demə, Ramili narkotik istfadəçisi olduğu üçün tutub aparmışdılar...
İlahə küçə tərəfdən darvaaya söykənmiş halda qalmışdı. İçində o qədər dərd var idi ki.
UAZ-ın getməsindən nə qədər vaxt keçmişdi, bilmirdi... Əslində, tək bədəni yox, bütün beyni, düşüncələri donmuşdu...
- İliş nə olub burda niyə durmusan?
- ...
- Səninlə deyiləm ay qız?
-...
Haçandan-haçana silkələndiyini duyanda Aynurəni gördü qarşısında.
- Nəsə baş verib?
- Hə,yoldaşımı tutub apardılar.
- Niyə, nə səbəbə?
- Guya narkotik satır..
- Elə durduğu yerdə heç nədən gəlib tutdular?
- Hə.
Aynurə səsini qaldırdı.
- Ay qız, dərəbəylikdi bəyəm? Camaat göbələk zaddı yerdən çıxıb? Gəl, gəl gedək bizə, Rzaya deyim, aləmi bir-birinə qatsın.
İlahə ümidlə ona baxdı.
- Yəni Rzanın əli çatar?
- Rzanın əli hər yerə çatır. Gəl! Gəl gedək!
- Gəl gedək. Mən bilirəm də.Rzadan o qədər şey soruşacaqlar ki. Özün yaxşısan. Sənsiz alınmayacaq. Narkotik maddəsiylə ilişmək heç bilirsən nə deməkdir? Gedək deyrəm gedək də..
Sonra darvazadan içəri boylandı. Artırmada əyləşərək gözləri yol çəkən Familə dedi..
- Qaqaş, İlahə bizə gedir. Görək bu işi necə aşırırıq.
Qara cipin? yanından keçib valehedici mülkün içəri qapsının düyməsini basdılar. Qapını xidmətçə qdın açdı.
Yalnız indi titrək səslə Aynurədən soruşdu.
- Ata ananız evdədir?


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 9 oktyabr 2015 16:41
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
gozelll...............

♔๑.Şaнzadəм.๑♔

  • 5 oktyabr 2015 16:02
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
- minnətdaramm.. winked

--------------------

Banned549678

  • 12 sentyabr 2015 13:09
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlər məqaləyə görə feel

Ayşəgül

  • 12 sentyabr 2015 11:23
  • Məqalə: 3
  • Şərh: 240
  • Bal:
{awards}
Təşəkkürlər

Banned549678

  • 11 sentyabr 2015 20:49
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlərrrrr

Səssiz

  • 11 sentyabr 2015 20:29
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Ellerine salig balim

--------------------
Səssiz'liyim

PércyDarkMoon

  • 11 sentyabr 2015 19:53
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Tesekkurler serhlere gore=)

--------------------

✯ AliKo ✯

  • 11 sentyabr 2015 19:34
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Tewekkurler hekaye ucun

Nergiz__Sirinova

  • 11 sentyabr 2015 17:42
  • Məqalə: 331
  • Şərh: 3139
  • Bal:
{awards}
meqaleye gore tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}