Qaranquş

 
Qaranquş

Əsdi vədə yeli...yaz müjdəsilə
Qondun eyvanıma yenə, qaranquş!
Mən sənin eşqinlə gəlirkən dilə,
Uçmağın dərd oldu mənə, qaranquş!

Bir zaman yuvanı uçurmuşam mən,
Bəlkə də, bəlkə də o yadındadır.
Dilin yox, dərd açıb söz söyləyəsən,
Dilin də, sözün də qanadındadır.

Bəzən əlində şiş, çiynində yaba
Uşaqlar yanıma yığıldı, ay quş!
On günə, bir aya tikdiyin yuva
Bircə an içində dağıldı, ay quş!

Yelləmi, selləmi keçdi ötən gün?
O, bəlkə ötəri şimşək səsiydi.
Sənin öz yuvandan ayrı düşməyin
Mənimçün bir uşaq əyləncəsiydi.

Bəlkə bu halımdan incidi dağ-daş
Bunu öz vaxtında duya biləydim.
Bir günlük uşaqlıq günahmı, kaş
Bütün ömrüm boyu yuya biləydim.

Bilmədim o günün ani nəşəsi
Mənə dərd olacaq ömrüm uzunu.
Bəlkə ev qayğısı, övlad nəfəsi
Olmasa indi də duymazdım bunu.

Eh, xəyal nələri gətirir yada...
Yeni müjdən ola mənə, qaranquş!
Körpəlik gülüşüm qanadlarında
Bircə gün geriyə dönə, qaranquş!

Vaxt olur cansızdan can umur insan-
Adi təsəllidir, bunlar da ancaq.
Uçan körpəliyim, uçulan yuvan
Onsuz da geriyə qayıtmayacaq.

Gəl yenə yuva qur doğma yerində,
Könlüm həsrətinlə dindi, qaranquş!
Ta uçma, çəkinmə məni görəndə,
Mən uşaq deyiləm indi, qaranquş!

Qaranquş


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 4 oktyabr 2015 14:37
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
Vaxt olur cansızdan can umur insan-
Adi təsəllidir, bunlar da ancaq.
Uçan körpəliyim, uçulan yuvan
Onsuz da geriyə qayıtmayacaq.

Banned456

  • 13 sentyabr 2015 10:24
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Təşəkkürlər məqaləyə görə feel

Sıla Rəsulova

  • 12 sentyabr 2015 18:15
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Seire gore cox sagolun..

Nergiz__Sirinova

  • 12 sentyabr 2015 17:55
  • Məqalə: 506
  • Şərh: 4574
  • Bal:
{awards}
Seir ucun tesekkurler.

--------------------

Awk bir hayal

  • 12 sentyabr 2015 14:06
  • Məqalə: 137
  • Şərh: 2757
  • Bal:
{awards}
Gəl yenə yuva qur doğma yerində,
Könlüm həsrətinlə dindi, qaranquş!
Ta uçma, çəkinmə məni görəndə,
Mən uşaq deyiləm indi, qaranquş!

Ř҉₳₱ʊ₦ʐɛL

  • 12 sentyabr 2015 13:02
  • Məqalə: 132
  • Şərh: 2746
  • Bal:
{awards}
Bir zaman yuvanı uçurmuşam mən,
Bəlkə də, bəlkə də o yadındadır.
Dilin yox, dərd açıb söz söyləyəsən,
Dilin də, sözün də
qanadındadır

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

✯ AliKo ✯

  • 12 sentyabr 2015 12:48
  • Məqalə: 85
  • Şərh: 1067
  • Bal:
{awards}
teşekkür edirem yazdığınız şerhler üçün

PércyDarkMoon

  • 12 sentyabr 2015 11:49
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Tesekkurler gozel seirdi =)

--------------------

Banned456

  • 12 sentyabr 2015 11:33
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Təşəkkürlər şeirə görə feel

jasmin022

  • 12 sentyabr 2015 11:21
  • Məqalə: 1
  • Şərh: 3155
  • Bal:
{awards}
Eh, xəyal nələri gətirir yada...
Yeni müjdən ola mənə, qaranquş!
Körpəlik gülüşüm qanadlarında
Bircə gün geriyə dönə, qaranquş!

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Ayşəgül

  • 12 sentyabr 2015 10:32
  • Məqalə: 3
  • Şərh: 239
  • Bal:
{awards}
Şeir üçün təşəkkürlər

__S.M_ova__

  • 12 sentyabr 2015 08:50
  • Məqalə: 90
  • Şərh: 1398
  • Bal:
{awards}
Cox gozeldi şeire görə sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 49

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 155
 
NIGAR
Xəbərləri: 46
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 506
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}