Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

 
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü
münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Hörmətli xanımlar! Sizi, bütün Azərbaycan qadınlarını
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı,
ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Builki qadınlar bayramı ölkəmizin dövlət müstəqilliyinin bərpasının iyirmi illik yubileyinə hazırlaşdığımız
günlərə təsadüf edir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq
Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından
iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə
sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək
ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları
öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.


Dövlət müstəqilliyimizin bərpasından sonra ötən iyirmi il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu
prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının
artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə
qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu
istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik və demokratik
mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını
tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir.

Ümidvaram ki, siz, Azərbaycan qadınları gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə
bağlılıq ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirəcək, dinamik inkişaf edən ölkəmizin
gələcəyi naminə qüvvənizi, bilik və bacarığınızı əsirgəməyəcəksiniz.


''Bayramınız mübarək olsun!''.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 25 noyabr 2011 19:47
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
tesekkurler xebere gore

mirkamal97

  • 9 avqust 2011 23:49
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
{awards}
tesekkurler

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

::..ONSLAUGHT::..

  • 5 aprel 2011 22:20
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur eziyyete gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 23:44
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur eziyyete gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 15 mart 2011 13:50
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 12 mart 2011 20:24
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur!!!

::..ONSLAUGHT::..

  • 8 mart 2011 23:35
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
sagolsun twk xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

marlin

  • 8 mart 2011 23:17
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
sagolsun twk xebere gore

--------------------

_RONALDO_

  • 8 mart 2011 23:16
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------

Lexikon

  • 8 mart 2011 14:58
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
cox sag ol twk

gul_93

  • 8 mart 2011 14:11
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
cox sag olsun

feel love

Sevinc_Keder

  • 8 mart 2011 13:59
  • Məqalə: 0
  • Şərh: 443
  • Bal:
{awards}
COXSAGOLSİN

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!

YazYamuru

  • 8 mart 2011 13:48
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
AYYY SAĞOLLL feel

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 35
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}