"Salam sevgilim"

 
"Salam sevgilim"



Bu gün mən danışacam..!
Salam sevgilim salam
Salam başıma gələn
Bal kimi şirin bəlam
Soruşsam ki,necəsən?
Sən soruşma necəyəm
Sən günəşdin ömrümə

İndi zülmət gecəyəm
Sanki sözlər tükənib
Salam çıxır dilimdən
Kilidlənib əllərim
Heçnə gəlmir əlimdən
Səni sevdiyim gündən
Səhv olubdu məhəbbət
Sevgilim gör heçnədən
Məhv olubdu məhəbbət

Ürək çıxır yerindən
Dilim hələki susur
Hər küncdə,hər bucaqda
Gözlərim səni pusur
Ən çətin,dar günümdə
Yoldaş oldu şeirlər
Çoxu oxuyub gülür
Mənə dəli deyirlər
Bəlkə də düz deyirlər
Sənsiz dəli olmuşam
Fərz et,sən su,mən çiçək
Susuz qalıb solmuşam
Mən unuda bilmərəm

Yaddan çıxmaz gülüşün
İlk sevgi heç yaddaşdan
Çıxarmı,sən bir düşün?
Özümüzdə bilmədən.
Gözdən itdi sevgimiz
Hər şeyin bir sonu var
Budur bitdi sevgimiz
Mən yazdığım şeirlər
Çox ağlayıb, üzülüb
Kəlmələrə bir bax sən
Gör necə də düzülüb
Bəlkə xəbərin yoxdur
Bunlar kimə yazılıb
Indi ki, oxuyursan
Bu da sənə yazılıb
( Müəllif: Rəvan Nişançı Məmmədli)



"Salam sevgilim"


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 4 oktyabr 2015 14:34
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
beyendim gozel weirdi

Banned549678

  • 13 sentyabr 2015 20:47
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlər məqaləyə görə

Səssiz

  • 13 sentyabr 2015 20:23
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
İndi zülmət gecəyəm
Sanki sözlər tükənib
Salam çıxır dilimdən
Kilidlənib əllərim

--------------------
Səssiz'liyim

PércyDarkMoon

  • 13 sentyabr 2015 19:47
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər gozel seirdi =)

--------------------

Nergiz__Sirinova

  • 13 sentyabr 2015 18:17
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Seire gore tesekkurler.

--------------------

__S.M_ova__

  • 13 sentyabr 2015 17:41
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
cox sagol gozel seirdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 65

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}