Afiyət (sağlamlıq) duası

 
Afiyət (sağlamlıq) duası



Afiyət (sağlamlıq) duası


Ərəbcə

يَا عَلِيُّ يَا عَظيمُ، يَا رَحْمَانُ يَا رَحيمُ يَا سَميعَ الدَّعَوَاتِ، يَا مُعْطِيَ الْخَيْرَاتِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَاَعْطِني مِنْ خَيْرِ الدُّنْيَا وَالْآخِرَةِ مَا اَنْتَ اَهْلُهُ، وَاصْرِفْ عَنّي مِنْ شَرِّ الدُّنْيَا وَالْآخِرَة مَا اَنْتَ اَهْلُهُ، وَ اَذْهِبْ عَنّي هَذا الْوَجَعَ
فَاِنَّه قَدْ غَاظَني وَ اَحْزَنَني
اللَّهُمَّ اِنَّكَ عَيَّرْتَ اَقْوَاماً في كِتَابِكَ، فَقُلْتَ قُلِ ادْعُوا الَّذينَ زَعَمْتُمْ مِنْ دُونِهِ فَلا يَمْلِكُونَ كَشْفَ الضُّرِّ عَنْكُمْ وَ تَحْويلاً، فَيَا مَنْ لا يَمْلِكُ كَشْفَ ضُرّي وَ لا تَحْويلَهُ عَنّي اَحَدٌ غَيْرُهُ، صَلِّ عَليَ مُحَمَّدٍ وَ آلِهِ، وَاكْشِفْ ضُرّي وَحَوِّلْهُ اِلَى مَنْ يَدْعُو مَعَكَ اِلَهاً آخَرَ، فَاِنّي اَشْهَدُ اَنْ لا اِلَهَ غَيْرُكَ
وَ نُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفـآءٌ وَ رَحْمَةٌ لِلْمُؤْمِنينَ، وَلا يَزيدُ الظَّالِمينَ اِلاََّ خَسَاراً


Oxunuşu

Ya əliyyu ya əzimu ya rəhmanu ya rəhim, ya səmiəd dəəvat, ya mu`tiyəl xəyrat, səlli əla Muhəmmədin və alih, və ə`tini min xəyrid dunya vəl axirəti ma əntə əhluh, vəsrif ənni min şərrid dunya vəl axirəti ma əntə əhluh, və əzhib ənni hazəl vəcə`.
Fə innəhu qəd ğazəni və əhzənəni.
Əllahummə innəkə əyyərtə əqvamən fi kitabik, fəqultə qulid`ulləzinə zəəmtum min dunihi fəla yəmlikunə kəşəfəz zurri ənkum və la təhvila, fəya mən la yəmliku kəşfə zurri və la təhviləhu ənni əhədun ğəyruh, səlli əla Muhəmmədin və alih, vəkşif zurri və həvvilhu ila mən yəd`u məəkə ilahən axər, fəinni əşhədu ən la ilahə ğəyruk.
Və nunəzzilu minəl Qur`ani ma huvə şifaun və rəhmətun lil mu`minin, və la yəziduz zaliminə illa xəsara.

Tərcüməsi

Kəfəmi "Mütəhəccid” kitabından belə nəql etmişdir: Hər kəs düçar olduğu dərdin sağalmasını istəsə, gecə namazının birinci iki rükətinin iki səcdəsində desin:
Ey uca, ey böyük, ey bağışlayan, ey mehriban, ey duaları eşidən, ey yaxşılıqlar əta edən! Məhəmməd və onun Əhli-beytinə salam yetir, mənə Sənə layiq olduğu tərzdə dünya və axirət xeyrini əta et, dünya və axirət şərini məndən uzaqlaşdır və bu dərdimi aradan qaldır!
bura çatdıqda, həmin dərdin və xəstəliyin adını çəksin və desin:
Çünki o məni incidir və narahat edir.
Sonra dua haqqında fikirləşsin, inşaallah, tezliklə sağalar.
"Uddətud-dai” kitabında İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, hər kəs bir dərdə, ağrıya düçar olsa, səmanın altında dursun və əllərini göyə qaldırıb belə desin:
İlahi, Sən Öz kitabında insanları danlayıb buyurmusan: De: "(Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizdən nə bir möhnəti uzaqlaşdırmağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!” Elə isə, ey Səndən başqa möhnəti məndən uzaqlaşdırıb, dəyişdirməyi bacarmayan! Məhəmməd və onun Əhli-beytinə salam yetir, möhnətimi aradan qaldır və Səninlə birgə başqa tanrını köməyinə çağıran şəxsə tərəf yönəlt! Çünki mən şəhadət verirəm ki, Səndən başqa heç bir tanrı yoxdur.
Rəvayət olunmuşdur ki, xəstəliyə düçar olan hər bir mömin əlini ağrılıq hiss etdiyi yerə çəkib, xalis niyyətlə:
Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların ancaq ziyanını artırır.
ayəsini oxusa, ayədə qeyd olunan "möminlər üçün şəfa və rəhmətdir” cümləsinə əsasən, həmin xəstəlikdən sağalar.


Geri dön

__S.M_ova__

  • 16 sentyabr 2015 17:59
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
Allah Razi olsun winked

Səssiz

  • 16 sentyabr 2015 15:51
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cumlemizden insAllah

--------------------
Səssiz'liyim

Nergiz__Sirinova

  • 16 sentyabr 2015 15:37
  • Məqalə: 331
  • Şərh: 3139
  • Bal:
{awards}
Allah Razi olsun

--------------------

Banned549678

  • 16 sentyabr 2015 14:24
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun sağol can =)

Səssiz

  • 16 sentyabr 2015 13:46
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Buyurun canlar

--------------------
Səssiz'liyim
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 12
Cəmi: 26

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}