Cavanlığı və gözəlliyi qoruyan 8 faydalı içki

 
Cavanlığı və gözəlliyi qoruyan 8 faydalı içki


- İnsan orqanizminin təxminən 70-75%-ini su təşkil edir. Su bizim bütün hüceyrələrimizin əsas tərkib hissəsidir.
Sağlamlığını qorumaq istəyən insan hər gün kifayət qədər təmiz su içməlidir. Susuzlaşma ilk növbədə beyində pozulmalara səbəb olur. Susuzlaşma həmçinin dərinin vəziyyətinə də çox mənfi təsir edir - dəri cansız olur, tez qocalır.
İnsan yaşa dolduqca orqanizmin suya olan tələbatı azalır və insan susuzluğu hiss etməyə bilər. Həkimlər yaşlı insanlara daim yanında 1 stəkan və ya butulka təmiz su saxlamaq və vaxtaşırı olaraq bir neçə qurtum su içmək tövsiyə edirlər. Su qurtaranda növbəti stəkan doldurun və belə gün ərzində 1,5-2 l təmiz su için (buna əks-göstərişlər yoxdursa). Zorla, birdən çoxlu miqdarda su içmək olmaz.
- Qəhvə xərçəng əleyhinə təsirə malikdir. Qəhvə orqanizmi tonusda saxlayır. Lakin nəzərə almaq lazımdır ki, yalnız təbii keyfiyyətli qəhvə insan orqanizmi üçün faydalı ola bilər. Gün ərzində 1-2 fincan qəhvə içmək kifayətdir.

- Yaşıl çay Şərqdə qədim zamanlardan cavanlığı və gözəlliyi qoruyan içki kimi tanınır. Həqiqətən də yaşıl çayın tərkibində çoxlu miqdarda xüsusi maddələr "antioksidantlar" var ki, bu maddələr orqanizmin hüceyrələrini qocalmaqdan və dağılmaqdan qoruyur. Gün ərzində 4 fincan yaxşı təbii yaşıl çay içən insan özünü bir çox xəstəliklərdən (xüsusilə ürək-damar sistemi xəstəliklərdən) və pozulmalardan qoruya bilər.
- Kakao flavonoidlərlə zəngindir. Bu maddələr qan damarları qoruyur, hipertoniyanın, aterosklerozun, şəkərli diabetin riskini azaldır, orqanizmə xərçəng əleyhinə təsir edir. Kakao sümüklərimiz üçün də çox faydalıdır. Yaşlı insanlarda (xüsusilə qadınlarda) sümük kütləsinin itirilməsi ilə müşayiət olunan osteoporoz xəstəliyinin ən yaxşı profilkatik üsullarından biri kakonun qəbuludur.
- Qreypfrut şirəsi növbəti faydalı içkidir. Qreypfrutun tərkibində çoxlu miqdarda xüsusi maddə "likopin" var ki, bu maddə hüceyrələri qocalmaqdan qoruyur, xərçəng əleyhinə təsirə malikdir və həmçinin dərinin elastikliyinə cavabdeh olan zülalın sintezini (hasilini) stimullaşdırır.
- Kök şirəsi orqanizmə antioksidant, iltihabəleyhinə, şişəleyhinə təsir edir, immun sistemini stimullaşdırır.
- Portağal şirəsi lütein maddəsi ilə zəngindir. Bu maddə göz üçün olduqca vacibdir. Lütein göz sağlamlığını qoruyur, gözləri yaşla əlaqədər olan pozulmalardan qoruyur, yaxşı görmənin saxlanılmasına kömək edir.

- Çuğundur şirəsi antioksidantlar mənbəyidir. Çuğundur şirəsi qan damarları genişləndirir, orqanizmin qanla təmin olunmasını yaxşılaşdırır, hipertoniya xəstəliyinin inkişafının riskini azadır, beyinin fəaliyyətinə müsbət təsir edir.


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 9 oktyabr 2015 16:14
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
- İnsan orqanizminin təxminən 70-75%-ini su təşkil edir.

lamiye21

  • 25 sentyabr 2015 18:53
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
tesekkurler

Nergiz__Sirinova

  • 17 sentyabr 2015 01:19
  • Məqalə: 349
  • Şərh: 3202
  • Bal:
{awards}
Tesekkurler meqaleye gore

--------------------

Səssiz

  • 17 sentyabr 2015 00:59
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox sagol canim melumata gore

--------------------
Səssiz'liyim

(_Ayla_)

  • 16 sentyabr 2015 22:29
  • Məqalə: 0
  • Şərh: 138
  • Bal:
{awards}
Teshekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 38
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}