Öyrəndiklərimi sizinlədə paylaşmaq istəyirəm

 
Öyrəndiklərimi sizinlədə paylaşmaq istəyirəm


Autizm
Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindənmi yoxsa, nadir görülən mutasiyalardanmı qaynaqlandığı çox açıq deyil. Nadir hallarda, doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələrin razı salıcı elmi dəlilləri yoxdur. Yaxın dövr araşdırmaları autizmin prevalansını 1.000 adama bir ya da iki halda olaraq təxmin edər, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1.000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm hadisələrinin sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı aydın deyil.
Autizm beyinin bir çox qisiminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar qazanmasına köməkçi ola bilər. Autizmin çarəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda, bunda müvəffəq ola bilməkdədir.
Autizmin adı qoyulmadan çox əvvəl autistik simptomlar və müalicəsi təyin olunmuşdur. Martin Luterin əsərlərində şiddətli dərəcədə autistik ola biləcək olan 12 yaşında bir oğlanın əhvalatı vardır. 1798-ci ildə tutulmuş yabanı bir uşaq olan Aveyronlu Victor, autizmin müxtəlif əlamətlərini göstərmişdir; tibb üzrə oxuyan tələbə Jean Itard, ictimai bağlar qurmasına və təqlid yoluyla danışmasını təmin etməyə yarayan davranış üsullu bir proqramla uşağı müalicə etmişdir.
Neo-Latın autismus sözcüyü İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən şizofreniyanın əlamətlərini tərif edərkən 1910-cu ildə törədilmişdir. Bleuler sözcüyü Yunanca autos (αὐτός, öz mənasında) sözcüyündən törətmiş və adamın özünə olan xəstəlikli heyranlığı mənasında istifadə etmişdir: "Çöldən gələn hər hansı bir təsirin dözülməz bir rahatsızlıq verməsinə qarşı xəstənin fantaziyalarına autistik çəkilməsi. "
Autizm sözcüyü bugünkü mənasında ilk dəfə 1938-ci ildə Vyana Universitet Xəstəxanasından Hans Asperger tərəfindən uşaq psixologiyası üzərinə apardığı Almanca bir dərsdə Bleulerin "autistik psixopatlar" terminologiyası ilə istifadə edilmişdir. Asperger, hal-hazırda Asperger sindromu olaraq bilinən bir ASP növünü araşdırırdı, ancaq bu sindrom müxtəlif səbəblərə görə 1981-ci ilə qədər ayrı bir diaqnoz olaraq tanınmamışdır. Johns Hopkins Xəstəxanasından Leo Kanner 1943-cü ildə təəccüblü davranış bənzərliklər göstərən 11 uşaq haqqında yazdığı hesabatında ilk olaraq erkən infantil autizm terminini istifadə etmişdir. Kannerin ilk məqaləsində təyin olunan, xüsusilə "Autistik yalnızlıq""dəyişməməkdə israr" kimi xüsusiyyətlərin az qala bütünü hələ autistik spektrum pozuqluqlarının tipik xüsusiyyətləri olaraq görülməkdədir. Kannerin, termini Aspergerdən asılı olaraq istifadə edib, etmədiyi bilinməməkdədir.
Kannerin autizm sözcüyünü təkrar istifadə etməsi illərcə "infantil şizofreniya" kimi terminologiya qarışıqlığına gətirib çıxardı və 20-ci əsrin ortalarında uşaq psixiatriyasının ana məhrumluğu üzərinə sıxlaşması, autizmin, "soyuducu analara" uşağın reaksiyası olduğu kimi səhv mövzulara gətirib çıxardı. 1960-cı illərin sonundan başlayaraq autizmin, həyat boyu sürdüyünü, zəka geriliyi, şizofreniya və digər inkişaf pozuqluqlardan fərqini və valideynləri aktiv müalicə proqramlarına qoşmağın gətirdiyi faydaları göstərərək ayrı bir sindrom olduğu qəbul edildi. 1970-ci illərin ortalarına qədər autizmdə genetikin rolu üzərinə çox az dəlil var idi. Ancaq indiki vaxtda autizmin bütün psixiatrik vəziyyətlər içində ən irsi olanı olduğu hesab edilir. Valideynlər təşkilatlarının ortaya çıxışı və uşaqlıq ASP haqqındakı ictimai stigmanın(utanc verici) yıxılması ilə birlikdə ASP təsirləri, sərhədləri və müalicəsi haqqında görüşlər böyük ölçüdə təsirlənmişdir. Ümumi Şəbəkə, autistik fərdlərlə bacarma, çətinlik çəkdikləri sözsüz işarələrdən və romantik paylaşmadan ayrıca olaraq ayıq qruplara qatılmalarına və uzaqdan işlərinə köməkçi olmuşdur. Autizmin sosioloji və mədəni istiqamətləri inkişaf etmişdir; birlik içində bəziləri bir çarə axtarmaqda, digərləri isə autizmin mövcudluğun yalnız başqa bir yolu olduğuna inanmaqdadır.




P.S:Autizm haqqında ümumi məlumatdir...Autizm xəstəlik deyildir yalniş bir qavrayiş formasidir...Məlumatda fikir verdinizsə xəstəlik sözünün altindan xətt çəkdim...indiki dövrdə beynəlxalq aləmdə artiq Autizm xəstəlik kimi götürülmür...Qeyri-adi bacarağa malik olmuş olurlar,düzdü beynləri ləng inkişaf etsədə ancaq normal insanlardan dahada yaddaşlidir və dəqiqliyi sevirlər..."Beyinlərində dəlik var" cümləsi işlədilir bu sadəcə fizioloji deyil bənzətmədir...yəni dediyimiz sözün çatma sürəti ilə əlaqəli olara bənzədilirki həmin dəlikdən deyilənlər çixir və qayitmasi ilə əlaqəlir...
Uzun sözün qisasi elə insanlari uzaqlaşdirmaq,fərqləşdirmək lazim deyil üstünlük olsa bəlkədə "normal insan" dediklərimizdən dahada üstündürlər...
Və bu məqaləni oxuduqdan sonra bu kinoya baxmanizi tövsiyə edirəm...Bəlkədə çoxunuz baxmisiniz amma dərk edərək yox sadəcə kino olduğu üçün...xahiş edirəm baxin...Həm Müsəlmanliq,həmdə autizm çox mənali,ifadəli şəkildə əks etdirilib...
Buyurun "Mənim adim Xandir"


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 2 oktyabr 2015 18:44
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
maraqlidi tewekkur

Favorit Girl )

  • 17 sentyabr 2015 19:04
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
Shahruk'u Sevireeem.. love TeshekkurLer love oyRendikLerini BizimLe PayLashdigin ucun ayri'ca teshekkurLer

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

★Love World★

  • 17 sentyabr 2015 18:04
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Melumat üçün ÇooX SAğolun..

--------------------

Nergiz__Sirinova

  • 17 sentyabr 2015 15:17
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

--------------------

Səssiz

  • 17 sentyabr 2015 14:08
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Canim oxudum cox sagol ellerine salig biricigim. Ayrica oyrendiklerini bizimle paylasdigin ucun coox sagol bacim sonsuz minnetdaram elerine salig

--------------------
Səssiz'liyim

♔๑.Şaнzadəм.๑♔

  • 17 sentyabr 2015 14:00
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
-Aydaa bu kinoya baxmışam bidəfə..Lap yerinə düşdü.. recourse
bitanəm məLumatLandırdığın üçhün çhox sağ oL.. smile

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 59

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}