Qadının vəzifələri

 
Qadının vəzifələri




Qadının vəzifələri

Ərinin evə gəlişindən qabaq onu qarşılamağa hazırlıq görməsi, üz-üzə gələrkən onunla təbəssümlə salamlaşması və onun yanında oturaraq deyib-gülməsi, şadlıq və xoşhallıq yaratması qadının ümdə vəzifələrindən sayılır.


Qadın itaətsizlik edəndə kişinin vəzifəsi

Qurani Kərim bu barədə belə buyurur:
"İtaətsizlik və özbaşınalıqlarından qorxduğunuz qadınlara nəsihət və moizə edin.” ("Nisa” surəsi, ayə:34)
Moizə (nəsihət) olunan sözlər mehribanlıq və məhəbbətlə dolu olmalıdır. Moizə günəş təki ona nur və istilik saçıb dəlil-sübut əsasında olmalıdır.
Camaatın ruhiyyəsi müxtəlif və bir-birindən fərqlənir. Məsələn, qadınlarla söhbətdə atifəli, zərif dəlillərdən istifadə etmək lazımdır, təkcə dəqiq əqli dəlillərin lazımlı təsiri yoxdur. Belə ki, Qurani Kərim də dostluq və mehribanlığa işarə edərək buyurur:
"Allah-Taala sizin aranızda məhəbbət və dostluq yaratdı.”
Buna əsasən əgər qadın vəzifələrinin yerinə yetirilməsində süstlük etsə, onu məhəbbətli və mülayim nəsihətlə moizə etmək lazımdır. Məsələn, evə daxil olub yoldaşınızı kədərli və yorğun görsəniz, özünüzdən çıxaraq onu danlamayın, əksinə mülayim və məhəbbətlə rəftar edib, bu cür rəftarın ailə münasi- bətlərinin soyuqluğuna səbəb ola bilməsini xatırladın.

Bir psixoloqun nəzəri

Psixoloqlardan biri bu barədə belə deyir: "Yaxşı kişi odur ki, evə daxil olmazdan əvvəl ayaqqabısına palçıq yapışmış olarsa onu təmizləyib sonra evə daxil olsun. Qəm-qüssə və narahatlıq da ayaqqabının altına yapışmış palçıq misalına bənzəyir ki, evə daxil olmazdan gərək təmizlənsin. Eləcə də ləyaqətli qadın evi süpürüb zibili otaqdan çıxartdığı kimi, ailə mühitindəki qəm-qüssə və narahatlığı da bir zibil kimi təmizləməlidir.”

İslami davranışdan nümunə

Təsəvvür edin ki, evə daxil olduğunuz vaxt evin səliqəsiz olduğunu görür və belə ev mühitini İslama uyğun yaşayış üçün münasib hesab etmədikdə, yoldaşınızı nəsihət edərək mehribanlıqla çatışmazlıqları ona göstərib "təmizlik iman nişanəsidir”-söyləmək borcunuzdur.
Daha sonra ev mühitinin təmiz olmasının uşaqların düzgün tərbiyəsində, böyüməsində və sağlamlığında göstərdiyi müsbət təsirə işarə edib ata-ananın bu zəminədə olan vəzifələrini xatırladın və buna bənzər mülayim sözlər söyləyin ki, həyat yoldaşınız nəsihətinizi qəbul edib öz səhvini düzəltsin. Nəsihət məhəbbətlə başlayıb düzgün dəlil ilə sona yetərsə mütləq öz müsbət təsirini göstərəcəkdir.
Bəzən mətləbin müxtəlif sözlərlə, müxtəlif şəkillərdə təkrar edilməsi sözün düzgün təsir göstərməsinə səbəb olur. Amma nəsihət və onun dəfələrlə təkrar olunması möhkəm əsəb sistemi və ürək genişliyi tələb edir, ki, qüssə və dad-fəryad etmək lazım gəlməsin. Əgər insan geniş ürəkli olub öz əsəblərini tam surətdə ələ ala bilərsə, böyük bir qələbəni ələ gətirmişdir. Necə ki, Musa Kəlimullah (əleyhissalam) öz peyğəmbərlik vəzifəsini yerinə yetirmək üçün Allah-Taaladan qəlbinin genişliyini istədi:
"Ey Allah, mənim sinəmi geniş və işimi asan elə, dilimin düyününü aç və sözümü onlara düşündür.”("Taha” surəsi, ayə:25-28.)
Bu ayədən məlum olur ki, əgər insan geniş ürəkli və öz əsəblərini tam surətdə ələ ala bilsə, çətinlikləri aradan qaldırar, işləri asan edib, sözünü qəbul etdirər, nəticədə isə başqalarının ürəyinə nüfuz edər.


Qadının vəzifələri


Geri dön

Banned549678

  • 17 sentyabr 2015 22:02
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
ALLAH razi olsun sağol can dəyərli məqalə üçün

Favorit Girl )

  • 17 sentyabr 2015 18:57
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
GozeL'im Cooox SaoL....ALLah Razi oLsun love

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

(_Ayla_)

  • 17 sentyabr 2015 17:28
  • Məqalə: 0
  • Şərh: 138
  • Bal:
{awards}
Allah razi olsun

Xediwka Musulmanka

  • 17 sentyabr 2015 17:16
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
Təsəvvür edin ki, evə daxil olduğunuz vaxt evin səliqəsiz olduğunu görür və belə ev mühitini İslama uyğun yaşayış üçün münasib hesab etmədikdə, yoldaşınızı nəsihət edərək mehribanlıqla çatışmazlıqları ona göstərib "təmizlik iman nişanəsidir”-söyləmək borcunuzdur.

--------------------
Məhv edir cismimi bu kədər, bu qəm,
Bilir bu eşqimi büs bütür aləm.
Çatmaz eşqimizə, göz yaşıma heç su- Abi zəm-zəm,
Gəl mənim qəlbimi kövrəltmə, gülüm.

__S.M_ova__

  • 17 sentyabr 2015 15:39
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Sag gozelim ellerine sagliq

Nergiz__Sirinova

  • 17 sentyabr 2015 15:09
  • Məqalə: 333
  • Şərh: 3147
  • Bal:
{awards}
Tesekkurler meqaleye gore.

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 17 sentyabr 2015 14:05
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
- Allah razı oLsun şəkərm.. smile

--------------------

Səssiz

  • 17 sentyabr 2015 13:55
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
buyurun. Oxumaginizi meslehet gorurem

--------------------
Səssiz'liyim
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}