Bir ömür yolunda

 
[/center]
Bir ömür yolunda


"Bir ömür yolunda"... bu başlıq nədi?
Bir köhnə xalçada bir köhnə yelən.
Köhnə söz bir əldə təzəcə dəndi,
Bir əldə min illik boz qumdu elə.

İllərim qum oldu, dən oldu harda? -
Gərək unudam da, gərək yazam da.
Zamanın nəfəsi divarlarımda,
Zamanın addımı yazı masamda!

Xatirə bitəndi ürəklə əksən,
Yaddaş itirəni kağız itirmir,
Yaxşılar yol çəkən, pislər yol sökən,
Miyanə adamlar yuxuma girmir.

Ötən gün yaxşıdı ötən gün kimi,
Geriyə baxmaqla sağalmaz yaram.
Dönsə, heç demirəm pis günlərimi,
Yaxşı günlərimə yiyə durmaram.

Kimlər cilovunu tutdu atımın,
Dalımca daş atdı kimlər bu yolda -
Kimin sapandında dağdan atıldım,
Kimlər hənirimi dinlər bu yolda?..

Yüz dərdim dağılıb dost nəfəsiylə,
Zülmətdə işaran ağı görmüşəm.
Doğruluq, əyrilik tərəzisində
Yaxşını yamandan ağır görmüşəm.

Qəlbimin səsindən sözüm doğulub,
Külək olmamışam yanan şamlara.
Olsa da pislərin özündən olub -
Pislik eləmişəm pis adamlara.

Dağda yıxılanda dağdan yapışdım,
Enmədim kiçiyin kiçik dizinə.
Əldən yapışanda haqdan yapışdım,
Əldən yapışmadım əlim isinə!

Hər fikir yolçusu yollara sığmaz,
Yol adlı çəhlim də, şimşək də gördüm.
Heç yoldan başlamaz, heç yola çıxmaz
Yolları həmişə yedəkdə gördüm...

Ömrümə kibrit çək dost əlləriylə,
Ömürdü, - bir çəngə küləşdi, - deyim!
Döşümə düymə tik dost əlləriylə,
Sinəmdən göyərən günəşdi, - deyim!

Müəllif: Məmməd Araz

[center]Bir ömür yolunda


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 4 oktyabr 2015 14:20
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
Ömrümə kibrit çək dost əlləriylə,
Ömürdü, - bir çəngə küləşdi, - deyim!
Döşümə düymə tik dost əlləriylə,
Sinəmdən göyərən günəşdi, - deyim!

Səssiz

  • 21 sentyabr 2015 15:26
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Seire gore cox sagolun

--------------------
Səssiz'liyim

Nergiz__Sirinova

  • 20 sentyabr 2015 14:39
  • Məqalə: 331
  • Şərh: 3139
  • Bal:
{awards}
Tesekkurler.

--------------------

Allahi_Unutma

  • 20 sentyabr 2015 14:33
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
"Bir ömür yolunda"... bu başlıq nədi?
Bir köhnə xalçada bir köhnə yelən.
Köhnə söz bir əldə təzəcə dəndi,
Bir əldə min illik boz qumdu elə.

Tesekkur edirem

ARCUN

  • 20 sentyabr 2015 14:18
  • Məqalə: 52
  • Şərh: 375
  • Bal:
{awards}
Menali Ver Maraqli weyirdi Ömrümə kibrit çək dost əlləriylə,
Ömürdü, - bir çəngə küləşdi, - deyim!
Döşümə düymə tik dost əlləriylə,

--------------------
Çirpma Divarlara gəlməsin Əllərin Saatdan Acığını Çıxma İllərin Ailədə Qurdun Ancaq Şəkillərin Saxladin İllər Boyu Telefonda Sonda Nə Tapdin Onda
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}