İtburnunun möcüzələri

 
İtburnunun möcüzələri



İtburnu ən zəngin C vitamini qaynaqlarından biri hesab edilir. Payız və qış aylarında soyuqlama və qripdən əziyyət çəkməmək üçün təbiətin bəxş etdiyi bu möcüzəvi bitkidən faydalana bilərsiniz.

itburnunun yararlı və faydalı cəhətlərini, həmçinin ondan istifadə qaydalarını araşdırıb:

İtburnu dəri xəstəliklərindən xərçəngə, ürək xəstəliklərindən revmatizmaya qədər bir çox problemin çarəsidir.

C vitamini anbarı

Yuxarıda da qeyd etdiyimiz kimi, itburnu külli miqdarda C vitamini ehtiva edir. C vitamini immunitet sistemini gücləndirir, infeksiyalara qarşı qalxan rolunu oynayır. C vitamini güclü antioksidantdır. Orqanizm üçün zərərli hüceyrələrin çoxalmasını önləyir. Orqanizmin daha çox kollagen istehsal etməsinə kömək edir.

İtburnu yaraları sağaldır

Bədənin harasında olmasından asılı olmayaraq, yaraların tez sağalmasını təmin edir. Bunun üçün 4 xörək qaşığı itburnunu sıxıb şirəsini çıxarın və ya 1 stəkan suda bişirin. Yumşalmış itburnunu əzib yaranın üzərinə yaxın.

Xərçəngə qarşı

Son illər xərçəngə qarşı mübarizədə ən çox istifadə edilən vasitələrdən biri də itburnudur. Buna səbəb itburnunun ehtiva etdiyi güclü antioksidantlardır.

Böyrəklər

İtburnu çayının tərkibindəki meyvə turşuları sidikqovucudur və həmin xüsusiyyəti ilə böyrəklərin vəziyyətini yaxşılaşdırır.

Qəbizlik

İtburnu həm də qəbizliyə qarşı güclü vasitədir. Bunun üçün 1 xörək qaşığı əzilmiş itburnunun üzərinə bir stəkan qaynar su tökün. Bir neçə dəqiqə gözlədikdən sonra həmin çayı için. İstəsəniz, çaya bal da əlavə edə bilərsiniz.

İtburnunun əks-təsirləri

İtburnudan həddən artıq istifadə etdikdə ürəkbulanma, qusma və ishal müşahidə edilə bilər. Şəkər xəstələrinin, böyrəklərində daş olanların itburnudan istifadə etmələri məsləhət deyil.


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 5 oktyabr 2015 18:42
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
it burnun heqiqeten cox xeyri var

♔๑.Şaнzadəм.๑♔

  • 4 oktyabr 2015 21:06
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
MaraqLıdır..
çσσχ ѕαğσℓυη

--------------------

Səssiz

  • 21 sentyabr 2015 01:42
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Melumata gore tesekkur canim

--------------------
Səssiz'liyim

Nergiz__Sirinova

  • 19 sentyabr 2015 22:15
  • Məqalə: 409
  • Şərh: 3528
  • Bal:
{awards}
Tesekkurler meqaleye gore

--------------------

... Deryam ...

  • 19 sentyabr 2015 21:10
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
COX GOZEL VE DOGRU MELUMATLARDI. ISTIFADE EDIB XEYRINI GORMUSEM,MESLEHETLIDI

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 90

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}