Qeyb Aləmi

 
Qeyb Aləmi



Dindarlar arasında həm canlı, həm də virtual şəkildə aparılan müzakirələr zamanı şübhələrə səbəb olan mövzulardan biri də qeyb mövzusudur. Qeyb yalnız Allaha məlumdur, yoxsa bəşər də müəyyən qeyb xəbərlərinə sahib ola bilər? Bəşərin qeyb haqqında bilikləri hansı həddə qədərdir? Həqiqətənmi, insan qiyamət gününün vaxtını bilmədiyi halda, öz ölümünü qabaqcadan öyrənə bilər?

Gözlə görülən, hissiyyat orqanları ilə duyulan hadisə və görüntülərin əksinə olaraq, bu yollarla dərk edilməsi mümkün olmayan məfhumlara qeyb (ğayb) deyilir. Qeyb hazırın ziddidir. Ümumilikdə keçmişdə və gələcəkdə, həmçinin, insanın olduğu məkandan çox-çox uzaqlarda baş verən hadisələrlə, bu dünyadan kənardakı aləmlərin vəziyyəti ilə, axırət, qiyamət kimi mövzularla bağlı biliklər qeybə aiddir. Bu bilik və məlumatlar qeyb aləmi adlanan aləmdə toplanıb. Qurani-kərimin onlarla ayəsində qeybdən danışılır və qeybin yalnız Allaha məlum olduğu vurğulanır: "De: "Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!” (Nəml, 65). "Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki onu bilməsin” (Ənam, 59). "Qeyb ancaq Allaha məxsusdur” (Yunus, 20). Hətta Həzrət Mühəmməd Peyğəmbərin (s) də qeyb aləmindəki bəzi məlumatlardan xəbərsiz olduğu Quranda təkid edilir: "De: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri var. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram” (Ənam, 50).

Qurani-kərimdə qeybi biliklərin bir neçəsi xatırlanır: "Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır” (Loğman, 34). Qeyd edək ki, əksər alimlər bətnlərdə olan deyilərkən, doğulacaq körpənin gələcəkdə mömin ya kafir olacağını nəzərdə tuturlar. Bəzi alimlər isə bətndəki körpənin oğlan ya qız olacağını da bura aid edirlər. Bu fikrə qarşı çıxanlar müasir tibbi avadanlıqlarla da rüşeymin cinsini təyin etməyin mümkünlüyünü söyləyərək, ayəni şübhə altına salmağa çalışırlar. Amma məlum olan budur ki, hətta bu məsələdə də ən dəqiq və doğru cavab Allaha məxsusdur. Tibbi müayinələrin verdiyi proqnozun səhv olmasının dəfələrlə şahidi oluruq.

Ayədə danışılan yağış mövzusunda da müasir elmin qabaqcadan proqnozlar verə bildiyini söyləyənlər var. Həqiqətən, metereoloqlar yağış yağmasını bəzən qabaqcadan xəbər verə bilirlər. Hətta insan texniki vasitələrdən istifadə edərək istədiyi yerdə yağış da yağdıra bilir. Amma bütün bunlar nisbi məfhumlardır. Verilən proqnozlar səhv də çıxır, elmin aciz qaldığı məqamlar da olur.

Alimlər qeybi bilikləri iki hissəyə bölürlər. Mütləq qeyb qisminə aid biliklər yalnız və yalnız Allaha məlumdur. Məsələn, Allahın zatının mahiyyəti, qiyamətin vaxtı və s.

İzafi qeyb adlandırılan ikinci növ qeybi xəbərləri isə Allah istədiyi sevimli bəndələrinə verə bilər. Quranda belə məlumatların bir qisminin peyğəmbərlərə ötürüldüyü bildırilir:"Qeybi bilən ancaq Odur (Allahdır) və öz qeybini heç kəsə əyan etməz; bəyənib-seçdiyi peyğəmbərdən başqa” (Cin, 26-27). Qeyb aləmindən bəzi xəbərlər vermək peyğəmbərlərin möcüzəsi sayılır. Allah bu bilikləri ona görə peyğəmbərə verir ki, insanlar onun həqiqi peyğəmbər olduğuna inanıb Allaha iman gətirsinlər və düzgün yola istiqamətlənsinlər.

Bəzi mömin şəxslər (övliyalar) da qeyb aləmindən müəyyən biliklər əldə edə bilərlər. Buna "kəramət” deyilir. Bəzi Allah dostları gələcəkdə baş verəcək hadisələr barədə qabaqcadan məlumat vermiş, tamam başqa ölkədə olanlardan danışmış, hətta özlərinin və başqalarının ölüm vaxtını dəqiq şəkildə bildirmişlər. Bütün bunlar izafi qeybə aid olan məsələlərdir. Qeyb aləmindən verilən xəbərlər ilahi və şeytani ola bilər. Bəzn cinlər də mələklərdən eşitdikləri qeyb xəbərlərini insanlara ötürürlər. Amma bu xəbərlər yalan da ola bilər, doğru da. Allah tərəfindən ilham yolu ilə övliyalara ötürülən qeyb xəbərləri isə həmişə doğru olur.


Qeyb Aləmi


Geri dön

Sıla Rəsulova

  • 24 sentyabr 2015 15:37
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
Cox deyerli bir meqaledir cox sagolun Allah razi olsun

✯ AliKo ✯

  • 23 sentyabr 2015 19:21
  • Məqalə: 85
  • Şərh: 1067
  • Bal:
{awards}
deyerli meqale ucun tewekkurler

♔ sinყσriτα ♔

  • 23 sentyabr 2015 18:00
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
Allah Razi Olsun....!

Nergiz__Sirinova

  • 23 sentyabr 2015 17:18
  • Məqalə: 505
  • Şərh: 4560
  • Bal:
{awards}
Allah Razii olsun.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 44
Cəmi: 67

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 152
 
ραყιȥ
Xəbərləri: 52
Cəmi: 132
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 241
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 505
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}