Qulaqlarda küy-təhlükəli simptom

 
Qulaqlarda küy-təhlükəli simptom



Bir çox insanlar qulaqlarda, başda küy eşidir. Bəziləri bu küyü yalnız sakitlikdə eşidir, digərlərini isə küy bütün gün ərzində narahat edir, daha sakit və ya daha güclü olur.
Bu xoşagəlməz simptom bəzi insanların iş qabiliyyətinə və həyatına xeyli mənfi təsir edir, bəzilərini isə bu heç narahat etmir.
Hal hazırda tibdə belə küyü adlandırmaq üçün xüsusi termin "tinnitus" istifadə olunur. Araşdırmalara görə, dünyada yaşayan insanların təxminən 5%-i xroniki tinnitusdan əziyyət çəkir. Əvvəl küy daha zəif olur, vaxt keçdikcə artır, insan buna daha çox fikir verməli olur, onun diqqəti, yuxusu və istirahəti pozulur, müxtəlif qorxular, depressiya inkişaf edir.
Qulaqlarda xroniki küyün səbəbləri müxtəlifdir - adi yorğunluqdan, stresdən başlayaraq beyin şişlərinə kimi.
Qulaqlarda küy bu səbəblərə görə ola bilər:
- Baş və qulaq travmaları.
- Qulaqda iltihabi proseslər.
- Beyin qan damarlarının ateroskleroz nəticəsində patoloji daralması. Bu çox təhlükəli simptomdur. Belə daralma baş beyində qan dövranının pozulmasına gətirib çıxardır. Beyin damarlarının ateroskleroz xəstəliyi insult kimi ağır pozulmanın inkişafına səbəb ola bilər. Bu səbəbdən əgər sizi daim nəbz kimi vuran küy narahat edirsə, mütləq həkimə müraciət edin.
- Vestibulyar apparatının fəaliyyətində pozulmalar.
- Boyun osteoxondrozu. Bu xəstəlik zamanı fəqərə arası disklərdə pozulmalar yaranır - disklər nazilir, dağılır. Nəticədə fəqərələr arasında keçən damarlar və sinirlər sıxılır. Damarların sıxılması isə beyin qan dövranının pozulmasına səbəb olur.

- Nevroz, stress, həddən artıq yorğunluq.
- Eşitmə apparatında yaşla bağlı olan dəyişikliklər.
- Beyin şişləri (xoş və bədxassəli).
- Nevroloji və psixiki pozulmalar.
- Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu
- Meningit (qulaqlarda küy bu xəstəliyin ilk simptomu ola bilər).
Beləliklə, əgər sizi qulaqlarda küy narahat edirsə, bu küy artır və s. mütləq həkimə müraciət edin. Hətta belə cüzi simptom bəzən çox ciddi xəstəliyin simptomu ola bilər


Geri dön

♔๑.Şaнzadəм.๑♔

  • 3 oktyabr 2015 13:16
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
- uşaq vaxtı məndə bəzən oLurdu e..ama həkimLərdən qoxduğumçün heç kimə demirdim.. wink

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 2 oktyabr 2015 15:36
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
meqaleye gore coox sagol...

♔ sinყσriτα ♔

  • 25 sentyabr 2015 21:47
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
Mənə aid xəbərdi fellow ama boş verirəm wassat təşəkkür xəbər üçün



Nergiz__Sirinova

  • 24 sentyabr 2015 20:06
  • Məqalə: 549
  • Şərh: 5040
  • Bal:
{awards}
Xebere gore tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 57
Cəmi: 73

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 875
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}