"Meqapolis"

 
"Meqapolis"


"Meqapolis"

Metroda, avtobusda,
Və ya evdən uzaqda,
Şəhərin yad küncündə.
Yüzlərlə özgə adam.
Bəzisi orta yaşlı,
Bəzisisə lap qoca.
Gəzirlər asta-asta,
Söykənərək ağaca.
Digərisə gənc nəsil,
Yarı oğlan, yarı qız,
On beş qızsa, biri sən,
Heç o bir də deyilsən.
Hər dəfə qarşıma çıxan,
Sən o sən deyilsən..
Oxşarlıq var azacıq,
Cizgilər və baxışlar,
Gözlər və siyah saçlar,
Ola bilməz tanışıq.
Mən bildiyim, tək varlıq..
Düzü hazır deyiləm,
Səninlə illər sonra,
Hardasa rastlaşmağa,
Yerimdəcə donmağa,
Səssizcə udqunmağa.
Hələ hazır deyiləm,
Qarşında dayananda,
Bircə cümlə qurmağa.
Başımı yerə dikib,
Utanıb, qızarmağa..
Qoy bir qədər vaxt keçsin,
Hələ gözlə bir az da,
Bir qədər də unudum,
Öyrəşim yoxluğuna.
Hələ çıxma qarşıma,
Arxanca qaçmayanda,
Çıxacaqsan darıxma,
Cəsarət toplayanda..
Belə laqeyid, vecsiz,
Danışmağıma baxma.
Səninçün darıxmışam,
Deyiləm ki ürəksiz,
Mən də axı insanam.
İndi dəqiq anladım,
Heç imişəm mən sənsiz..
Mənim kimi deyilsən,
Səni sevdiyim qədər,
Sən məni sevməyirsən.
Bəlkə də görsən məni,
Üzünü çevirərsən.
Yaxud da səhvən baxıb,
Tez özünə gələrsən.
Əslində tam fərqliyik..
Mən kölgənin xəstəsi,
Sözlərinə heyranam.
Sən balaca uşaqsan,
Mən lazımsız oyuncaq.
Sən gecələr tez yatan,
Dərdsiz, sərsiz adamsan.
Mən gecələr ağlayan,
İçkilərə qonağam.
Sən xoşbəxtlik hakimi,
Çoxlarını qurtaran.
Mən ömürlük məhbusam,
Sən əksimə çıxırsan.
Canımı çox yaxırsan..
Şəhər də bir yandan,
Sən də bir yandan,
Sənintək gülənlər, sənə bənzərlər,
Gəzmişəm gör neçə, hər cürə şəhər,
İnan ki, yerini heç vermədilər..
Yenə yollarında səni gəzəcəm,
Başqa bir şəhərə etsəm də səfər,
Özümü tərk edib sənə gələcəm,
Sənin olduğunu dərk etsəm əgər..


Müəllif: Nicat Babaşov



Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 4 oktyabr 2015 14:08
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
Düzü hazır deyiləm,
Səninlə illər sonra,
Hardasa rastlaşmağa,
Yerimdəcə donmağa,
Səssizcə udqunmağa.
Hələ hazır deyiləm,
Qarşında dayananda,
Bircə cümlə qurmağa.
Başımı yerə dikib,
Utanıb, qızarmağa..
Qoy bir qədər vaxt keçsin,
Hələ gözlə bir az da,
Bir qədər də unudum,

Səssiz

  • 27 sentyabr 2015 01:31
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox sagolun gozeldir

--------------------
Səssiz'liyim

♔ sinყσriτα ♔

  • 25 sentyabr 2015 19:12
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Maraqlı şeir idi təşəkkürlər

Nergiz__Sirinova

  • 25 sentyabr 2015 18:36
  • Məqalə: 412
  • Şərh: 3538
  • Bal:
{awards}
Seire gore tesekkurler.

--------------------

__S.M_ova__

  • 25 sentyabr 2015 18:30
  • Məqalə: 90
  • Şərh: 1403
  • Bal:
{awards}
Cox sagolun maraqli weirdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 44
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}