"Çocuklar duymasın"la "Aramızda qalsın"ın məhkəmə çəkişməsi olarsa

 
"Çocuklar duymasın"la "Aramızda qalsın"ın məhkəmə çəkişməsi olarsa

Problem iki telekanalın arasında qalacaq, yoxsa... hamı duyacaq?

Bir az əvvəl xəbər verdiyimiz kimi, Türkiyənin ATV telekanalının sevilən filmlərindən olan “Çocuklar Duymasın” serialının Azərbaycanda çəkilən bənzəri - "Aramızda qalsın" serilalı Türkiyə tərəfindən narazılıqla qarşılanıb. Türkiyə mətbuatının yazdığına görə, “Çocuklar Duymasın”ın rejissoru Birol Güven Azərbaycandakı serialın onlardan icazəsiz çəkildiyini iddia edib. O, “Twitter” vasitəsilə Azərbaycan istehsalı olan “Aramızda qalsın” adlı serialın bir seriyasını paylaşıb və açıqlama ilə çıxış edib: "“Çocuklar Duymasın”ı Azərbaycanda yenidən çəkiblər. Həm də icazəsiz. Adını da “Aramızda qalsın” qoyublar. Bu barədə məlumatı “Twitter”dəki bir dostumdan almışam. Ona təşəkkür edirəm. “Çocuklar Duymasın”ı azərbaycanlı aktyorların ifasında izləmək mənim çox xoşuma gəldi. Amma vəkillərimizin xoşuna gəlmədi. Lazım olan tədbirləri görəcəklər...” - deyə türkiyəli rejissor
bildirib.

Bu məsələyə Azərbaycanda çəkilən serialın yaradıcılarının münasibəti necədir?

Serialın çəkildiyi Xəzər Televiziyasına müraciət etdik.

"Bunlar ayrı-ayrı filmlərdir və 100 %-lik eynilik yoxdur"

"Ümumiyyətlə, "Çocuklar duymasın" serialı ATV-nin layihəsi deyil. Bu, bir İngiltərə telekanalının layihəsidir. Buna bənzər layihə Rusiya telekanalında da var. Dünyanın bir sıra telekanallarında da buna bənzər fimlərə, seriallara rast gəlmək mümkündür. İndi Birol Güvənin bizi onlardan icazə almadan «Çocuklar duyması»nı başqa ad altında yenidən çəkməkdə ittiham etməsi əsassızdır». Bu fikirləri açıqlamasında «Xəzər» telekanalının Proqramlar Departamentinin redaktoru, «Həyata baxış» proqramının aparıcısı Ramal Hüseynov deyib.

Onun sözlərinə görə, «Aramızda qalsın»la «Çocuklar duymasın» serialları arasında ilk baxışda tamaşaçı üçün oxşar cəhətlər ola bilər. Amma bunlar tamamilə ayrı-ayrı filmlərdir. «Əgər biz həmin filmin adını, dizaynını, ssenarisini, filmdəki adları olduğu kimi saxlamış olsaydıq, onda, «Çocuklar duymasın»ın yaradıcı heyəti bizi oğurluqda ittiham edə bilərdi. Amma bizdə filmin adı, dizaynı başqadır, ssenarini də özümüz yazırıq. Onlar bu iki film arasında yüzdə-yüz üst-üstə düşən heç nə tapa bilməzlər. Hər kəs ideyanı götürür, özünə uyğunlaşdıraraq çəkir və efirə verir. Biz də belə etmişik və düşünürəm ki, heç bir yanlışlığa yol verməmişik» - deyə R.Hüseynov bildirib.

"Tamaşaçılar həm əylənir, həm də tənqiddən nəticə çıxarırlar"

«Xəzər» TV-nin bu layihəyə üstünlük verməsinin səbəblərinə də aydınlıq gətirən R.Hüseynov bunları deyib: «Bu tip layihələr böyük pullar tələb edir. «Xəzər» kimi kiçik büdcəli telekanallar belə riskli layihələrə maliyyə qoymağa ehtiyat edirlər. Ona görə də biz artıq sınanmış, tamaşaçılar arasında müəyyən reytinq toplamış layihələrə üstünlük veririk. Həm də çalışırıq ki, üstünlük verdiyimiz layihədə milli-mənəvi dəyərlərə zidd olmayan mesajları cəmiyyətə çatdıra bilək. Hər bir ölkədə onun ailə və məişətinə yaxın olan bu tip seriallara önəm verilir. Biz də bu layihəni Azərbaycan ailəsində, məişətində baş verən olaylara yönəltmişik ki, bundan həm cəmiyyət zərər görməsin, həm də seyrçiyə müsbət enerji bəxş edə bilək. Tamaşaçılar buna həm baxırlar, həm əylənirlər, həm də özləri üçün tənqidi olan nələrisə götürürlər».

Öz filmlərimiz çəkilməlidir

Ramal Hüseynov bu tip layihələrə medianın qısqanclıqla yanaşmasını da başa düşmədiklərini söylədi. «Biz yerli telekanallara öz serialımızı gətirmək istəyirik. Biz bu filmin çəkilməsindən daha az vəsait tələb edən başqa bir yola da baş vura bilərdik. Həmin layihəni ya Türkiyədən, ya İngiltərədən, ya da Rusiyadan ala, tərcümə edə və efirə verə bilərdik. Amma biz öz televiziya serialımızı yaratmağa, öz məişətimizi gündəmə gətirməyə üstünlük vermişik. Bu məsələdə də hər kəsdən dəstək gözləyirik» - deyə «Xəzər»in yetkilisi bildirib.

«Türkiyədən gələn məhkəmə hədələrinə «Xəzər»in adekvat reaksiyası necə olacaq?» sualına cavabında isə R.Hüseynov belə cavab verdi: «Hər halda «Aramızda qalsın» ideyası gündəliyə gələndə telekanal rəhbərliyi bunun hüquqi aspektlərini düşünüb. ATV-nin hədəsinə gəlincə, əgər bu məsələ danışılaraq həll olunacaq məsələdirsə, təbii ki, danışıb həll edəcəyik. Başqa yola üstünlük veriləcəksə, biz də müvafiq addımları atacağıq».

Telekanal əməkdaşı hər halda onlar üçün bir məsələnin hələlik açıq qaldığını ifadə edib:
«Görəsən, «Çocuklar duymasın»ın yaradıcı heyəti bu layihəyə başlayarkən İngiltərənin televiziyasından icazə istəmişdimi?»


Geri dön

::..ONSLAUGHT::..

  • 15 mart 2011 13:47
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
Təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 12 mart 2011 21:46
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
fellow

_RONALDO_

  • 10 mart 2011 23:48
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekkurler

--------------------

::..ONSLAUGHT::..

  • 10 mart 2011 20:25
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 10 mart 2011 17:12
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
oxudum təşəkkürlər

oxudum təşəkkürlər

--------------------

kristal

  • 10 mart 2011 17:10
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
{awards}
duzdu,o kinonun kopyasidi

Nihad

  • 10 mart 2011 10:40
  • Məqalə: 3
  • Şərh: 140
  • Bal:
{awards}
seher saat 7-de qirmizi 07-de dal qapini acdilar qizi goturub qacdilar

--------------------
Həyatda ən gözəl şey elə həyatın özüdür:)

Inciciceyi

  • 10 mart 2011 09:05
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk amaki maraqlidi eee men baxiram

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ReNaT

  • 10 mart 2011 02:48
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
Ewii bu adu haldi onsuzda Azerbaycan vecni verliwde secende kinoda secende acirlar Raiya Turkiya kannlarin vso bir wey gorduler bir balaca adlarinda deyiwiklik edib buraxillar ekrana

YazYamuru

  • 10 mart 2011 00:18
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: -=EFSANE-XANIM=-

WEXSEN MENIM XOWUMA GELIR,UWAQLAR DA BAXIR,YAXWI,PISI OYRENIRLER.


--------------------



Jackson_fanatı

  • 9 mart 2011 23:59
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
Sitat: фея
hele kino bir qiraqa aktyorlar aktrisalar nece hereket edirler onlarida qoturubler eh

Mencede duz deyirsen

-=EFSANE-XANIM=-

  • 9 mart 2011 23:56
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
WEXSEN MENIM XOWUMA GELIR,UWAQLAR DA BAXIR,YAXWI,PISI OYRENIRLER.

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

aliye

  • 9 mart 2011 23:37
  • Məqalə: 0
  • Şərh: 127
  • Bal:
{awards}
mence senarisi ozumuzun olsa maraqli olardi.original olmasi yaxwi olardi mence

Lexikon

  • 9 mart 2011 22:44
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
twk bu xeberi esitmisdim

фея

  • 9 mart 2011 22:11
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
hele kino bir qiraqa aktyorlar aktrisalar nece hereket edirler onlarida qoturubler eh

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}