Allahın nuru heç zaman sönməz

 
Allahın nuru heç zaman sönməz



Allahın nuru heç zaman sönməz


يُرِيدُونَ لِيُطْفِؤُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu (dinini) tamamlayacaqdır.
(Səf surəsi, ayə 8)

İmam Hüseyn (ə)-ın ziyarətlərinin birində İmam (ə)-a xitab edərək deyirik:
وَ اَشْهَدُ اَنَّكَ نُورُ اللهِ الَّذِى لَمْ يُطْفَأْ وَ لاَ يُطْفَأُ اَبَدًا
"Şəhadət verirəm ki, həqiqətən sən Allahın əbədi olan nurusan ki, heç vaxt sönməyib və sönməyəcəksən.”
(Məfatihul-cinan, səh. 443)

عن النبىّ (ص) اِنَّ لِلْحُسَيْنِ مَحَبَّةً مَكْنُونَةً فِى قُلُوبِ الْمُؤْمِنِينَ
Peyğəmbəri Əkrəm (s) buyurub: «Həqiqətən möminlərin qəlbində Hüseyn (ə)-ın gizli bir məhəbbəti vardır.»
(Xəsaisul Hüseyniyyə, səh. 48)

عن النبىّ (ص) قال: اِنَّ لِقَتْلِ الْحُسَين (ع) حَرَارَةً فِى قُلُوبِ الْمُؤْمِنِينَ لاَ تَبْرَدُ اَبَدًا
Peyğəmbəri Əkrəm (s) buyurub: Möminlərin qəlbində imam Hüseyn (ə)-ın qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz.
(Xəsaisul-Hüseyniyyə, səh. 70)

عن النبىّ (ص) قال: اِنَّ لِلْحُسَيْنِ فِى بَوَاطِنِ الْمُؤْمِنِينَ مَعْرِفَةً مَكْنُونَةً
Peyğəmbəri Əkrəm (s) buyurub: «Həqiqətən möminlərin qəlblərində Hüseyn (ə)-dan ötəri gizli bir mərifət (agahlıq) vardır.»
(Bihar, 43-cü cild, səh. 43)

قَالَ رَسُولُ الله (ص): حُسَيْنٌ مِنِّى وَ اَنَا مِنْ حُسَيْنٍ اَحَبَّ اللهُ مَنْ اَحَبَّ حُسَيْنًا...
Allahın Rəsulu (s) buyurub: «Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kəs Hüseyni istəsə, Allah da onu istəyər.
(Əl-müstədrəku ələs-səhiheyn /177/2)

قال رسول الله (ص)... حُسَيْنٌ مِنِّى وَ اَنَا مِنْ حُسَيْنٍ
Allahın Rəsulu (s) buyurub: «Hüseyn məndən, mən də Hüseyndənəm.»
(Bihar, 43-cü cild, səh. 261)

قال رسول الله (ص)... اَنَا مِنْ حُسَيْنِ وَ حُسَيْنٌ مِنِّى
Allahın Rəsulu (s) buyurub: «Mən Hüseyndən, Hüseyn də məndəndir.»
(Bihar, 43-cü cild, səh. 295)

قَالَ رَسُولُ الله (ص): ... وَ هُوَ سَيِّدُ شَبَابِ اَهْلِ الْجَنَّةِ وَ بَابُ نَجَاةِ الاُمَّةِ اَمْرُهُ اَمْرِى وَ طَاعَتُهُ طَاعَتِى مَنْ تَبِعَهُ فَإِنَّهُ مِنِّى وَ مَنْ عَصَاهُ فَلَيْسَ مِنِّى
Allahın Rəsulu (s) buyurub: «... O (Hüseyn) behişt cavanlarının ağası və ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrimdir, Ona itaət etmək mənə itaət etməkdir. Hər kəs onun yolu ilə getsə məndəndir, hər kəs ona qarşı çıxıb üsyan etsə, məndən deyil.»
(Əmali-(Səduq): səh. 101)

قَالَ رَسُولُ الله (ص): مَنْ اَحَبَّ اَنْ يَنْظُرَ اِلَى اَحبِّ اَهْلِ الاَرْضِ اِلَى اَهْلِ السَّمَاءِ فَلْيَنْظُرْ اِلَى الْحُسَيْنِ
Allahın Rəsulu (s) buyurub: «Hər kəs yer əhli içərisində asiman əhlinə ən sevimli olan bir kəsə baxmaq istəsə, Hüseynə baxsın.»
(Mənaqibi ibni ŞəhrAşub: 4/73)

حُذّيفةُ بنُ اليَمَانِ: رَأيتُ النَّبِىَّ (ص) آخِذًا بِيَدِ الحُسَيْنِ بْنِ عَلِىٍّ (ع) وَ هُوَ يَقُولُ: يَا اَيُّهَا النَّاسُ هذَا الحُسَيْنُ بْنُ عَلِىٍّ فَاعرِفُوهُ، فَوَ الَّذِى نَفْسِى بِيَدِهِ إِنَّهُ لَفِى الجَنَّةِ وَ مُحِبِّيهِ فِى الجَنَّةِ وَ مُحِبِّى مُحِبِّهِ فِى الجَنَّةِ
Hüzəyfət ibni Yəmani deyir: Peyğəmbəri Əkrəm (s) Hüseyn ibni Əli (ə)-ın əlindən tutub deyirdi: «Ey camaat, bu Hüseyn ibni Əlidir, onu tanıyın. And olsun Alaha ki, mənim canım onun ixtiyarındadır, həqiqətən o (Hüseyn) cənnətdədir, onu sevənlər və onu sevənləri sevənlər də cənnətdədir.»
(Əmalis Səduq: səh. 478/4)

قَالَ رسولُ الله (ص) ... وَ بِالْحُسَيْنِ تَسْعَدُونَ وَ بِهِتَشْقُونَ ، اَلاَ اِنَّمَا الحُسَيْنُ بَابٌ مِنْ اَبْوَابِ الجَنَّة، مَنْ عَادَاهُ حَرَّمَ الله عَلَيْهِ رَائِحَةَ الْجَنَّةِ
Allahın Rəsulu (s) buyurub: «Hüseynin vasitəsi ilə insanlar (onun yolu ilə gedənlər) xoşbəxt və (ona qarşı çıxanlar) bədbəxt olurlar. Agah olun və bilin ki, həqiqətən Hüseyn Cənnət qapılarından biridir, hər kəs onunla düşmənçilik etsə, Allah cənnətin ətrini ona haram edər.»
(Miətu mənqəbə, (İbni Şazan), səh. 47)

قَالَ الإمامُ الحُسَيْنُ (ع): دَخَلتُ عَلَى رَسُولِ اللهِ (ص) وَ عِنْدَهُ اُبَىّ بن كَعْبٍ، فَقَالَ لِى رَسُولُ اللهِ (ص) مَرْحَبًا بِكَ يَا اَبَا عَبْدِ اللهِ، يَا زَيْنَ السَمَوَاتِ و الأرضينَ، قَالَ لَهُ اُبَىُّ: وَ كَيْفَ يَكُونُ يَا رَسُولَ اللهِ (ص) زَيْنَ السَّمَوَاتِ وَ الأرضينَ اَحَدٌ غَيْرُكَ؟! قَالَ: أبَىُّ وَ الَّذِى بَعَثَنِى بِالحَقِّ نَبِيًّا إنَّ الحُسَيْنَ بنَ عَلِىٍّ فِى السَّمَاءِ أكْبَرُ مِنْهُ فِى الأرض، وَ إنَّهُ لَمَكتُوبٌ عَن يَمِينِ عَرْشِ الله (عزَّ وَ جَلَّ): مِصْبَاحُ هُدىً وَ سَفِينَةُ نَجَاةٍ
İmam Hüseyn buyurur: Allahın Rəsulunun otağına daxil olduqda gördüm ki, Übəyy ibni Kəb də onun yanındadır. Allahın Rəsulu mənə buyurdu:
Ey Əba Əbdillah, xoş gəlmisən! Ey göylərin və yerlərin zinəti!
Übəyy Peyğəmbəri Əkrəmə (s) dedi:
Ey Allahın Rəsulu (s), necə mümkün ola bilər ki, səndən başqa bir şəxs göylərin və yerlərin zinəti olsun?!
Allahın Rəsulu (s) buyurdu: Ey Übəyy, məni haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun, Hüseynin göydə olan məqamı yerdə olan məqamından üstündür və həqiqətən ərşin sağ tərəfində «Hüseyn hidayət çırağı və nicat gəmisidir» yazılmışdır.
(Üyunu əxbarir-Riza (ə), 1/59/29)

وَ فى الحَدِيثِ: وَ الْحُسَيْنُ اَشْبَهُ النَّاسِ بِالنَّبِىِّ (ص)
15- Bir hədisdə gəlibdir ki: «Hüseyn (ə) Peyğəmbərə (s) hamıdan çox oxşayır.»
(Əl-mucəmu li əlfazil-hədisin-Nəbəvi, 3-cü cild, səh. 64)

البَرَّاءُ بْنُ عَازِبٍ: رَأيْتُ رَسُولَ الله (ص) حَامِلَ الحُسَيْنِ عليه السلام وَ هُوَ يَقُولُ: اَللّهُمَّ اِنِّى اُحِبُّهُ فَاَحِبَّهُ
Bəra ibni Azib deyir: Allahın Rəsulu (s) Hüseyni qucağına götürüb deyirdi: «Pərvərdigara, mən onu çox istəyirəm, Sən də onu çox istə!»
(Əl-bihar: 16/264/43)


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 11 oktyabr 2015 13:59
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
ALLAH razi olsun.!

✯ AliKo ✯

  • 1 oktyabr 2015 18:29
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
dəyərli məqalə üçün təşəkkür edirəm

Səssiz

  • 26 sentyabr 2015 18:52
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cumlemizden insAllah

--------------------
Səssiz'liyim

♔ sinყσriτα ♔

  • 25 sentyabr 2015 19:23
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razı Olsun Mələyim Mənim smile

Nergiz__Sirinova

  • 25 sentyabr 2015 18:42
  • Məqalə: 394
  • Şərh: 3410
  • Bal:
{awards}
Allah Razi olsun.

--------------------

__S.M_ova__

  • 25 sentyabr 2015 15:43
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Ilk werh menden olsun ellerine sagliq Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 83

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}