Balaca bir qız

 
Balaca bir qız


Neçə vaxtdır göz yaşları dayanmır,
Silməkdən yaş olub hər iki qol da.
Onun bu halına bir kimsə yanmır,
Balaca bir qızın gözləri yolda.
Onun bəxti ağlı-qaralı düşüb,
Körpə qəlbi nədən yaralı düşüb,
Görəsən kimindən aralı düşüb,
Balaca bir qızın gözləri yolda.
İstəməm səni də həyat sınasın,
Qıymıram bu yaşda qəlbi qanasın,
Atasın gözləyir, yoxsa anasın,
Balaca bir qızın gözləri yolda.
O pöhrə gözlərə qəmli yaş çökür,
Çənəsi altında qolların bükür,
Gözləri hey baxır, elə yol çəkir,
Balaca bir qızın gözləri yolda.
İçi parçalanıb, yansıdır üzü,
Soyuyub qəlbində həyatın közü,
Kirpiyi islanıb nəmlidir gözü,
Balaca bir qızın gözləri yolda.
Sanki tərk olunub atılıb çölə,
Həyat nə deməkdir anlamır hələ,
Yollara baxır ki, kim isə gələ,
Balaca bir qızın gözləri yolda.
İçin-için sızlar körpə bir bala,
O kimi gözləyir yadına sala,
Qayıdın geriyə qoymuyun qala,
Balaca bir qızın gözləri yolda.
(KamraN Tənhaani Öztürk)



Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 4 oktyabr 2015 14:10
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
gozel weirdi tewekkur

Sıla Rəsulova

  • 26 sentyabr 2015 18:49
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Gozel seridir cox sagolun

♔ sinყσriτα ♔

  • 25 sentyabr 2015 19:26
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
Çox gözəl şeir idi təşəkkürlər

Nergiz__Sirinova

  • 25 sentyabr 2015 18:43
  • Məqalə: 473
  • Şərh: 4201
  • Bal:
{awards}
Seire gore tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 57

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}