Cəfəri suyunun 5 faydası

 
Cəfəri suyunun 5 faydası




Cəfəri süfrəmizdən əskik etmədiyimiz göyərtilərdən biridir. Cəfərinin arıqlamağa kömək etdiyini artıq bilməyən yoxdur.

Cəfərinin sağlamlığa faydaları çoxdur.

Araşdırmalar sübut edir ki, cəfərinin özü kimi ondan əldə edilən şirə də orqanizm üçün əsl şəfa mənbəyidir.

1. Arıqladır


Cəfəri suyu orqanizmdən ödəmi atır, güclü sidikqovucudur. 10 gün mütəmadi olaraq cəfəri suyu içmək arıqlamağa kömək edir. 1 dəstə cəfərini qaynadıb süzərək əldə edilən su ilıqlanandan sonra içərisinə 1 çay qaşığı limon şirəsi və bir çay qaşığı bal əlavə edib səhərlər ac qarnına içmək lazımdır.

2. Saçları uzadır

Cəfəri suyu saçların sürətlə uzanmasını təmin edir. Həmçinin, saçların tökülməyinin qarşısını alır. Yarım dəstə cəfərini yarım litr suda bir burum qaynadıb süzün. Su soyuduqdan sonra içərisinə 1 stəkan üzüm sirkəsi əlavə edib qarışdırın. Bu qarışığı saçın diblərinə çəkin. 1-2 dəqiqə masaj edin. Gecə ərzində saçda qalsın, səhər oyananda saçınızı durulayın. Bu proseduranı 10 gün təkrarlayın.

3. Sızanaqları yox edir

Cəfəri suyu bakteriyaları məhv edir. Bu xüsusiyyəti sayəsində üz dərisindəki sızanaqların azalmasına kömək olur. Bunun üçün gündə iki dəfə üzünüzü cəfəri suyu ilə silməyiniz kifayətdir.

4. Böyrək daşlarını tökür

10 gün mütəmadi olaraq cəfəri suyu içərək böyrəyi daşlardan təmizləmək olar. Yarım dəstə cəfərini yarım litr suda bir burum qaynadıb süzün. Əldə etdiyiniz suyun soyumağını gözləyin. Daha sonra içərisinə 1 çay qaşığı limon şirəsi əlavə edib səhərlər acqarına için.

5. Qaraciyəri təmizləyir

Hər gün cəfəri yeyən və ya cəfəri suyu içən insanların qaraciyəri daha sağlam olur. Cəfərinin tərkibindəki maddələr qaraciyəri toksinlərdən təmizləyərək, onun işini asanlaşdırır.


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 9 oktyabr 2015 16:11
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
aaa hec bilmirdim

♔๑.Şaнzadəм.๑♔

  • 3 oktyabr 2015 15:01
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
çooox sağ oLunn..

--------------------

Səssiz

  • 27 sentyabr 2015 01:37
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Bilirem
Bunlari cox sagun

--------------------
Səssiz'liyim

♔๑.Şaнzadəм.๑♔

  • 26 sentyabr 2015 14:29
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
- MaLades cəfərii..gör nə qədər prabLemi həLL eLiirmişee.. lol wink
təşəkkürLər.. wink

--------------------

♔ sinყσriτα ♔

  • 26 sentyabr 2015 14:09
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ay saç uzanmasına kömək edir yesss wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 30

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}