Sevgi sərhədi

 
Sevgi sərhədi



Mənli də, mənsiz də bu dünya vardı,
Göy belə göy idi, qar belə ağdı.
Bu dünya elə bir nəğməli valdı,
Mənli də, mənsiz də oxuyacaqdı.

Çıxıb bu dünyanın yoluna mən də,
Dönüb durmalıydım bir astanada.
Üfüq saralanda, toran düşəndə
Səsləməli idim səni astadan.

Belə olmalıydı yəqin ki, belə...
Qəlbim intizarda döyünməliydi:
Sonra bu vəfalı döyüntülərlə
Yeni görüşəcən öyünməliydi.

Əhd-ilqar tumuydu bu döyüntülər,
Mən keçən yollarda göyərməliydi.
Sinəmi bir daşa söykəsəm əgər,
O da insanlaşıb, köyrəlməliydi.

Belə olmalıydı yəqin ki, belə:
Çiynimə bu yükü götürməliydim.
Ağlımın hökmünü mən bilə-bilə
Qəlbimin hökmündə itirməliydim.

Bu gün də beləcə... bir dönəcəkdə
"Sevgi məhkəməsi" qurulmalıymış.
Bu şərtlər, o şərtlər... məşəl ürəkdə
Məhəbbət bir işım qor olmalıymış...

Biz ayaq saxladıq nahaqca yerə,
Məhəbbət yoluna çıxdın, dayanma!
Cəsarət gərəkdir ilk sevənlərə -
Yalandı kül olmaq, yalandı yanmaq!

Müəllif: Məmməd Araz



Sevgi sərhədi


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 4 oktyabr 2015 14:03
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
tewekkur edirem..

✯ AliKo ✯

  • 1 oktyabr 2015 17:44
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
şərhləriniz üçün təşəkkür edirəm

Səssiz

  • 30 sentyabr 2015 13:09
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Gozel seirdir cox sagolun

--------------------
Səssiz'liyim

Nergiz__Sirinova

  • 29 sentyabr 2015 21:27
  • Məqalə: 333
  • Şərh: 3147
  • Bal:
{awards}
Seir ucun tesekkurler

--------------------

__S.M_ova__

  • 29 sentyabr 2015 21:03
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Cox sagol maraqli şeirdi

Nazlim_97_

  • 29 sentyabr 2015 19:47
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
hm cox saqol seir ucun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}