Payızda xəstələnmək istəmirsinizsə, bunları edin!

 
Payızda xəstələnmək istəmirsinizsə, bunları edin!


Payız aylarında bir çox insan qripdən, soyuqdəymədən əziyyət çəkir. Lakin ətrafınızda heç xəstələnməyənlər də yəqin ki, var. Onların bunu necə etdiyini bilmək istəyirsiniz?

Soyuq su ilə duş
Mütəxəssislərin fikrincə, soyuq su ilə çimmək immuniteti gücləndirir. Bu, bir çox xəstəliyin qarşısını almaq üçün ən effektli üsuldur. Belə ki, qan dövranını yaxşılaşdırır, ağrıları azaldır. Soyuqdəymənin və qripin qarşısını alır. Maddələr mübadiləsi sürətlənir, artıq yağlar əriyir. Bəzi həkimlər soyuq su ilə çimməyin bəzi xərçəng növlərinə belə yaxşı təsir etdiyini bildirirlər.

Masaj
Bir çox tədqiqatlar göstərib ki, masaj stressi azaldır, qan dövranına yaxşı təsir edir. Ürəyin döyüntüsünü azaldır. Masaj sümük və əzələlərin sağlamlığı üçün də əvəzedilməzdir. Bundan başqa, tənəffüs sistemi üçün də faydalı olan masajın bu xüsusiyyətləri xəstəliklərə qarşı orqanizmin müdafiə gücünü artırır.

Sarımsaq
Sarımsaq immunitet sistemini gücləndirir. Antioksidantlarla zəngindir. Xərçəngdən qoruyur. Tərkibindəki A, B və C vitamini sayəsində qripdən və soyuqdəymədən qorunmağa kömək edir.

C vitamini və sink
C vitamini və sinklə zəngin qidalananların qripə yoluxmaq ehtimalları azalır. C vitamini stressi azaldır. Sink isə virusların çoxalmasına mane olur. Sinklə zəngin qidalandıqda qrip tez sovuşur.

Əlləri yumaq vərdişi

Əllər bakteriyaların ən çox toplandığı orqandır. Onları tez-tez yumaq sadəcə qripi önləmir, həm də salmonella, koli kimi təhlükəli bakteriyalardan qorunmağımıza kömək edir. Unutmayın ki, əllərdəki bakteriyalar hepatit A-ya yoluxmağınıza səbəb ola bilər. Bütün bu xəstəliklərin qarşısını almaq üçün yeməklərdən öncə və sonra, tualetdən öncə və sonra, çöldən evə gəldikdə, ictimai nəqliyyatdan istifadə etdikdən sonra əllər mütləq yuyulmalıdır. Bu zaman antibakterial sabunlardan istifadə edilməli, əl ən az 2 dəqiqə sabunlanmalı və təmiz yuyulmalıdır. Əlləri yumağa imkan olmadıqda antibakterial gellərdən istifadə edə bilərsiniz


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 9 oktyabr 2015 16:08
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
Masaj
Bir çox tədqiqatlar göstərib ki, masaj stressi azaldır, qan dövranına yaxşı təsir edir. Ürəyin döyüntüsünü azaldır. Masaj sümük və əzələlərin sağlamlığı üçün də əvəzedilməzdir. Bundan başqa, tənəffüs sistemi üçün də faydalı olan masajın bu xüsusiyyətləri xəstəliklərə qarşı orqanizmin müdafiə gücünü artırır.

♔๑.Şaнzadəм.๑♔

  • 2 oktyabr 2015 18:25
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
- minnətDaraaamm...

--------------------

✯ AliKo ✯

  • 1 oktyabr 2015 09:25
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
MelUmat ucun tewekkurler

Səssiz

  • 30 sentyabr 2015 12:30
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Melumata gore cox sagol canim

--------------------
Səssiz'liyim

-Kralica-

  • 29 sentyabr 2015 20:52
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
melumat ucun tewekkur love

--------------------




Nergiz__Sirinova

  • 29 sentyabr 2015 20:42
  • Məqalə: 349
  • Şərh: 3202
  • Bal:
{awards}
Tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 17
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}