O kəs ki namaz qılır amma hicaba riayət etmir möminə sayılırmı?

 
O kəs ki namaz qılır amma hicaba riayət etmir möminə sayılırmı?


Mömin o kəsə deyilir ki, nübuvvət, imamət və məada etiqad bəsləyər və İslamın zəruri məsələlərini yerinə yetirər. O cümlədən: namazı, orucu, həcc və başqa ibadətləri. Ancaq müsəlman dedikdə o kəs nəzərdə tutulur ki, Allahın vahid olduğunu qəbul edir və Həzrət Muhəmmədi (s) peyğəmbər kimi tanıyır.
Bəs o kəs ki, namaz qılır, ancaq hicabına riayət etmir - möminə sayılırmı?
O kəs ki, əməl meydanında hicabına riayət etmirsə, əslində günah işlətmiş olur. Əlbəttə, o, İslam dairəsindən xaric olmur, amma günahkar bir müsəlman hesab edilir. Hicab - dinimizin zərurətindən olduğu üçün ona bilərəkdən əməl etməmək - günahdır.
Şəhid Mütəhhəri bu haqda buyurur: "Qadına üz və iki əllərindən başqa qalan yerlərini bağlanması vacib buyurulmuşdur. Fiqhi cəhətdən bu hissələr zəruri örtülməli olan hissələrdir. İstər Quranın nəzərinə görə olsun, istərsə də hədislərin bu barədə nəzər ayrılığı yoxdur.


Ona görə də hicaba riayət etməmək - İslamın zərurətinin əksinə əməl etməkdir və bu da günahdır. Hər kim bilərəkdən bu günaha düçar olar, kafir deyildir. Ancaq günahkar müsəlman hesab edilir".
Əmirəl-möminin (ə) nəql edir: "Bir gün mən və Fatimə (s.ə) Peyğəmbərin (s) xidmətinə gəldik, ancaq daxil olan zaman gördük ki, Həzrət (s) şiddətlə ağlayır. Həzrətdən (s) soruşdum ki, nə olub ki, belə ağlayırsınız? Həzrət (s) buyurdu: "Merac gecəsində gördüm ki, mənim ümmətimin bəzi qadınları şiddətli əzaba düçar olublar. İndi yadıma düşdü və məni ağlatdı. Gördüm ki, bir qadın saçından asılmışdır və başının beyni qaynayır. Səbəbini soruşdum, dedilər ki, bu qadın saçlarını naməhrəmdən bağlamamışdır. Qadınlar gördüm ki, bədənlərinin ətini yeyirlər. Altlarında isə atəş yandırılıb və onlar o qadınlardır ki, dünyada özlərini naməhrəm kişilər üçün bəzəmişdilər"".
Bu hədislərdən belə nəticə çıxartmaq olar ki, hicabsızlıq böyük günahdır. Axirətdə böyük əzaba düçar olacaqdır. O kəs ki, bu zərurəti etiqadi cəhətdən qəbul edir, ancaq ona əməl etmir - günahkardır. Peyğəmbərin (s) buyurduğu əzab onu gözləyir. Baxmayaraq ki, müsəlmandır.


O kəs ki namaz qılır amma hicaba riayət etmir möminə sayılırmı?


Geri dön

cιƦ† - ριƦ†

  • 18 oktyabr 2015 00:24
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
Allah razi olsun elleriniz var olsun

--------------------
нeя кes guлuwuмu goяuя нec к¡м savaw¡м¡ `goямur нeя кes yazд¡qлaя¡м¡ `goяuя нec к¡м goz yawлaя¡м¡ goяmuя нeя кes мeп ¡ тaп¡д¡g¡п¡ `zeпп eд¡я `aмма нec к¡м мeп¡м к¡м oлдuguмu в¡лм¡я....

✰ ♥..Золушка..♥ ✰

  • 11 oktyabr 2015 13:56
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
ALLAH razi olsun.!

♔๑.Şaнzadəм.๑♔

  • 2 oktyabr 2015 17:13
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
- bitanəm payLaşan əLLərn var oLsun.. love

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 1 oktyabr 2015 16:01
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqaleye gore sagol

✯ AliKo ✯

  • 1 oktyabr 2015 09:18
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
DeyErli meqaleye gore tewekkurler

FaToShKa

  • 30 sentyabr 2015 21:37
  • Məqalə: 0
  • Şərh: 237
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..

Nergiz__Sirinova

  • 30 sentyabr 2015 18:15
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Allah Razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 46

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}