Nizami Gəncəvidən Hikmətli Şeir

 
Nizami Gəncəvidən Hikmətli Şeir


İnsafla yaşayan mərddir, kişidir,
Kimsəni sevməmək namərd işidir!
Öylə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə.


Çox da acıqlanma, bərk savaş olar,
Torpaq bərkidikcə, dönüb daş olar.
Dünyaya fateh olmaz, zülümkarlıq, rəzalət,
Yer üzünün fatehi, ədalətdir, ədalət!

Yaxşı işdə görsən, pis işdə inan,
Unutmaz onları bu qoca dövran!
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!


Dünyanın işini yaxşı düşün sən,
Nə əksən onu da sən biçəcəksən,
Yaxşılar cilovu verməzlər pisə,
Satmazlar, dostları yada, nakəsə.

Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdən doğar.
Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxarar onların əli.


Hünərli dünyada təxtü-tac alar,
Alçalmaz heç zaman, başı ucalar!
Torpağa mərhəmət xeyirdir inan,
Lütf etsən gül verər, zülm etsən tikan!

Ağac əkən zaman elə yerdə ək,
Ki, yəqin biləsən o bar verəcək.


Nizami Gəncəvidən Hikmətli Şeir


Geri dön

♔๑.Şaнzadəм.๑♔

  • 2 oktyabr 2015 15:55
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
★ ALiηDα ★,
can məndə tutdum yuxarıdakı linkdən.. ;)
Minnətdaram.. wink

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 2 oktyabr 2015 15:16
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
Nizami Gencevinin coox menali weirleri olur

✯ AliKo ✯

  • 2 oktyabr 2015 09:18
  • Məqalə: 85
  • Şərh: 1067
  • Bal:
{awards}
Yaxşı işdə görsən, pis işdə inan,
Unutmaz onları bu qoca dövran!
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Menali sözlerdir tewekkurler

__S.M_ova__

  • 1 oktyabr 2015 22:46
  • Məqalə: 90
  • Şərh: 1398
  • Bal:
{awards}
Şeir üçün təşəkkürlər

Nergiz__Sirinova

  • 1 oktyabr 2015 20:40
  • Məqalə: 504
  • Şərh: 4548
  • Bal:
{awards}
Seir ucun tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 31
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 48
Cəmi: 128
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 786
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}