Gedirəm

 
Gedirəm




Daha tərk edirəm mən bu şəhəri,
Son dəfə geriyə baxıb gedirəm.
Unudub qüssəni, qemi kədəri,
Mən çox uzaqlara çıxıb gedirəm...

Gedirəm yağışla, boranla qarla.
Mən qayıtmayacam gələn baharla.
Bəlkə də verdiyim bu son qərarla,
Özüm öz evimi yıxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...

Sənlə yox rəsminlə qucaqlaşaraq,
Göz yaşı tökürəm uşaqlaşaraq.
Sevgilim, səndən də uzaqlaşaraq,
Coşğun bir çay kimi axıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...

Yeni bir başlanğıc, ümid adıyla,
Gedirəm qəlbimin bu fəryadıyla.
Məni kül eyləyən nifrət oduyla,
Hər şeyi yandırıb yaxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...

Oxu bu şeirin bu son qismini.
Eşqimlə ruhuma yazdım ismini.
Səndən tək yadigar qalan rəsmini,
Son dəfə köksümə sıxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm....

Müəllif: Bəxtiyar Vahabzadə

Gedirəm


Geri dön

Allahi_Unutma

  • 5 oktyabr 2015 12:54
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Daha tərk edirəm mən bu şəhəri,
Son dəfə geriyə baxıb gedirəm.
Unudub qüssəni, qemi kədəri,
Mən çox uzaqlara çıxıb gedirəm...

Tesekkur edirem

♔๑.Şaнzadəм.๑♔

  • 2 oktyabr 2015 16:08
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
- TəşəkkürLər..suPPiş şeirdi.. feel

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 2 oktyabr 2015 15:17
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
Yeni bir başlanğıc, ümid adıyla,
Gedirəm qəlbimin bu fəryadıyla.
Məni kül eyləyən nifrət oduyla,
Hər şeyi yandırıb yaxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...

✯ AliKo ✯

  • 2 oktyabr 2015 14:51
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
WeRhler üçün tewekkür edirem

__S.M_ova__

  • 1 oktyabr 2015 22:27
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Şeir üçün təşəkkürlər çox sağ olun

Favorit Girl )

  • 1 oktyabr 2015 21:54
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
Coox gozel sheirdir....☺

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

Nergiz__Sirinova

  • 1 oktyabr 2015 20:42
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Seire gore tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 60
Cəmi: 78

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}