Əsl Dost

 
Əsl Dost


Sinifdə sakitlikdi. Uşaqlar “Əsl insan necə olmalıdır” mövzusunda inşa yazırlar. Lalə ilə Rəşad yanaşı oturub. Lalə əlaçıdır. O, tez inşanı yazır. Yarıya çatanda Rəşaddan soruşur:

- Niyə yazmırsan?

-Özümü pis hiss edirəm, yaza bilmirəm, ürəyim sıxılır, gözləyirəm keçsin.


Lalə müəllimədən icazə alır, gedib Rəşada su gətirir. Rəşad suyu içəndən sonra özünə gəlir və inşanı yazmağa başlayır. Az sonra tənəffüs olduğundan hər ikisinin yazısı yarımçıq qalır.

Səhər qiymətlər oxunanda Lalənin gözləri dolmuşdu. Elə bilirdi ki, müəllimə onun pis qiymət aldığını deyəcək. Amma qiymətini eşidəndə qulaqlarına inanmadı:

-Ola bilməz, müəllimə, mən inşanı axıradək yaza bilməmişdim!

Sən demə, Lalə su gətirməyə gedəndə müəllimə Rəşaddan niyə yazmadığını soruşmuş və bilmişdi ki, Lalə yoldaşına su gətirməyə gedib.

Müəllimə təəccüblə ona baxan Lalənin başını sığalladı:

-Sən “Əsl insan necə olmalıdır” mövzusunu yazıda yox, həyatda, canlı göstərmisən, buna görə də ən yüksək qiyməti sən almısan.

Rəşad isə qiymət almadığına görə məyus olmadı. Çünki o özünə əsl dost tapmışdı.


Əsl Dost


Geri dön

Favorit Girl )

  • 2 oktyabr 2015 19:14
  • Məqalə: 178
  • Şərh: 1613
  • Bal:
SağoLun məqaLəyə görƏ

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

Nergiz__Sirinova

  • 2 oktyabr 2015 16:21
  • Məqalə: 580
  • Şərh: 5440
  • Bal:
{awards}
Meqaleye gore tesekkurler.

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 2 oktyabr 2015 15:53
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
- oxudum..)
qısa və mənaLı hekayədi..minnətdaram şirinm.. love

--------------------

__S.M_ova__

  • 2 oktyabr 2015 15:41
  • Məqalə: 90
  • Şərh: 1398
  • Bal:
{awards}
Çox gözəl hekayedi çox sağol

✰ ♥..Золушка..♥ ✰

  • 2 oktyabr 2015 15:15
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
meqaleye gore sagol

✯ AliKo ✯

  • 2 oktyabr 2015 09:12
  • Məqalə: 85
  • Şərh: 1067
  • Bal:
{awards}
Heyatda ESL dost tapmaq çetindir qeweng hekayedir tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 62

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 152
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}