Qədir-Xum gününün mesajları

 
Qədir-Xum gününün mesajları


Hicrətin 10-cu ilində Peyğəmbərimiz (s) sonuncu həcc ziyarətindən - "həccül-vida"dan qayıdarkən, Zucan adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil oldu. Allah Təala Peyğəmbərə (s) buyururdu: "Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan...". ("Maidə" surəsi, 67)

Bundan sonra Peyğəmbərimiz (s) Cühfə adlı yerdə yolayrıcına çatanda, dayanmaq barədə göstəriş verdi. Bu məkana Qədir-Xum deyirdilər. Sonra yüz mindən artıq zəvvarın qarşısında, dəvə palanlarından düzəldilmiş minbərin üstünə çıxaraq, müsəlmanlara dedi: "Ey insanlar! Mən tezliklə sizin aranızdan gedəcəyəm, mənim öhdəmdə də məsuliyyət var, sizin öhdənizdə də. Siz mənə necə şəhadət verirsiniz?" İnsanlar uca səslə dedilər: "Biz şəhadət veririk ki, sən peyğəmbərlik vəzifəni yerinə yetirmisən, xeyirxahlıq şərtlərinə əsaslanaraq, bizim hidayət olmağımız üçün son dərəcə əzmlə çalışmısan, Allah bunun əvəzində sənə savab mükafatı versin!" Sonra Peyğəmbərimiz (s) buyurdu: "Siz Allahın birliyinə, mənim peyğəmbərliyimə, Qiyamət gününün haqq olmasına və həmin gün ölənlərin imtahan vermək üçün yenidən dirilməsinə inanırsınızmı?" Hamı cavabında dedi: "Bəli, inanırıq!" Rəsuli-Əkrəm (s) dedi: "İlahi, şahid ol!" Sonra o, Həzrət Əlinin (ə) əlindən tutub qaldırdı ki, hamı onu görsün, orada olanlar hamısı onu tanısın. Həzrət Peyğəmbər (s) buyurdu: "Möminlərin özlərinə nisbətdə ən üstün olan şəxs kimdir?" - müsəlmanlar cavab verdi: "Allah və Onun peyğəmbəri daha yaxşı bilir!" Həzrət Peyğəmbər (s) buyurdu: "Allah Təbarəkə və Təala - mənim mövlam və rəhbərimdir, mən isə iman gətirənlərin rəhbəriyəm və onların işlərində özlərindən daha məsuliyyətliyəm!" Sonra buyurdu: "Mən hər kimin rəhbəriyəmsə, bu Əli (ə) onun rəhbəridir". Bu sözləri dörd dəfə təkrar etdi və sonra dua etdi: "İlahi! Əli (ə) ilə dostluq edənlərlə dostluq et, düşmənləri ilə düşmən ol. Onu sevənləri sev, ona qarşı qəzəbli olanlara Sən də qəzəbli ol. Ona kömək edənlərə kömək et, ona kömək etməkdən boyun qaçıranlara kömək etmə. Onu haqdan ayırma və haqqı həmişə onunla birlikdə et!" Sonra əlavə etdi: "Burada hazır olanların vəzifəsi, bu xəbəri burada olmayanlara çatdırmaqdır".

Həzrət Peyğəmbərin (s) xütbəsi sona çatandan sonra camaat dağılmamış, Qurani-Kərimin müvafiq ayəsi nazil oldu: "...Bu gün Mən sizin üçün dinimi kamil, höccətimi isə tamam etdim. Sizin üçün din olaraq İslamı bəyəndim..." ("Maidə" surəsi, 3)

Bundan sonra Həzrət Peyğəmbər (s) buyurdu: "Allah böyükdür, Allah bizim üçün Öz dinini təkmilləşdirdi və nemətlərini bizim üçün tamam etdi. Mənim peyğəmbərliyimi və Əlinin (ə) məndən sonra canişinim olmasını bəyəndi".

Bu zaman sevinc səsləri ucaldı. Bütün səhabələr Həzrət Əliyə (ə) yaxınlaşaraq, dedilər: "Ya Əli, sən bizim və bütün iman gətirənlərin rəhbəri oldun! Səni təbrik edirik!"
Nazil olunan ayədən görünür ki, Həzrət Peyğəmbərin (s) ömrünün sonunda mühüm bir məsələ qalmışdı ki, o məsələ həll olunmasa idi, risalət tamamlanmayırdı. Həzrət Peyğəmbərin (s) 23 illik zəhməti ilə bərabər olan və müsəlmanların bilməsi zəruri olan bu məsələ, onların bildikləri mətləbləri təkrarlamaq deyil, Peyğəmbərdən (s) sonra öz müqəddəratlarının kimə tapşırılması məsələsi idi. Təbii ki, bu məsuliyyət də insanların ən fəzilətlisinə və ən üstününə tapşırılmalı idi ki, belə bir şərəfli işin öhdəsindən gələ bilsin.

Qədir-Xum bayramı Həzrət Fatimənin (s.ə) mübarək dilindən

Bir gün Həzrəti Fatimə (s.ə) şəhid Həmzənin (ə) qəbri üstündə dayanmışdı və əzadarlıq edirdi. Məhmud ibni Ləbid bu fürsəti qənimət bilib, Xanımdan (s.ə) soruşur: "Ey Allahın Peyğəmbərinin (s) qızı, Əli ibn Əbutalibin (ə) imamətinə aid Peyğəmbərdən (s) eşitdiklərin yadındadırmı?" Xanım (s.ə) buyurur: "Çox qəribədir! Böyük Qədir-Xum bayramını unutmusan? Allahı şahid tuturam ki, özüm eşitmişəm, o böyük insan buyurub: "Əli (ə) - sizin aranızda qərar verdiyim ən yaxşı canişindir. Əli (ə) - İmam və məndən sonra xəlifədir. İki övladı Həsən (ə) və Hüseyn (ə) və Hüseyndən (ə) olacaq doqquz övladı - pak İmamlardırlar. Əgər onlara itaət etsəniz, sizi hidayət edəcəklər. Əgər onlarla müxalifətlik etsəniz, Qiyamət gününə qədər sizin aranızda təfriqə hakim olacaqdır"".

Qədir-Xum bayramı İmam Əlinin (ə) mübarək dilindən

Səlim ibni Qeys Həlali nəql edir: "Osmanın xəlifə olduğu dövrdə "Nəbi (s) məscidi"ndə əyləşmişdim. Məsciddə bir toplum söhbət edirdi. Əli ibn Əbutalib (ə) ayağa qalxdı və İslam dininə etdiyi keçmiş xidmətlərini yada saldı və hamı da onu təsdiqlədi. O, Qədir-Xum haqqında belə buyurdu: "İnsanlar Peyğəmbərdən (s) vilayət haqqında soruşdular. Bu zaman Allah Peyğəmbərə (s) əmr etdi ki, özündən sonrakı xəlifəni və canişini elan etsin. Necə ki, namaz, oruc, zəkat... haqqındakı xırdalıqları bəyan edirdi. Peyğəmbər (s) Qədir-Xumda məni belə tanıtdı: "Ey insanlar! Bilirsinizmi ki, Allah mənim Vəlim və Rəhbərimdir? Mən də siz möminlərin vəlisi və rəhbəriyəm? Mən sizin canlarınıza sizdən də layiqliyəm". Hamı cavab verdi: "Belədir, ey Allahın Peyğəmbəri!" Buyurdu: "Əli (ə), ayağa qalx!" Mən ayağa qalxdım və bu zaman buyurdu: "O kəsin ki, vəlisi və rəhbəri mənəm, Əli ibn Əbutalibin (ə) onun üzərində vilayəti vardır. Allahım, hər kim Əlini (ə) sevər, Sən də onu sev. Hər kim Əlini (ə) düşmən bilər, Sən də onu düşmən bil"".

İmam Əlinin (ə) Qədir-Xum xütbəsi

Əli ibn Əbutalibin (ə) zahiri xilafəti dövrü Qədir-Xum bayramına təsadüf etmişdi. Cümə günü idi və o Həzrət (ə) insanların qarşısında xütbə dedi. Hüseyn ibn Əli (ə) nəql edir: "O, əvvəl Haqq Təalaya həmd deyir. Rübubi sifətlərini sayır. Hakimiyyəti Ondan bilir. Nemətlərini diqqət mərkəzinə gətirir və insanlara xitab edərək buyurur: "Allah Təala bu gün iki bayramı bir zamanda sizin üçün qərar vermişdir. Bu iki bayramın hər birinin fəlsəfəsi o birisinə təkamül bəxş edir. Hər birinin vasitəsilə o birisinə hidayət təsir qoyur. Allahın yeganəliyində tövhid və imana etiraf, Peyğəmbərin (s) nübuvvəti olmadan qəbul olmaz. Peyğəmbərin (s) dini və şəriəti isə Allahın vilayət üçün əmr etdiyi kəsin vilayətini qəbul etmədən qəbul olmaz. Bütün bu işlər vilayət əhlinə təvəssül etmədən sahmana düşməz. Allah Qədir-Xum günündə seçilmişləri üçün iradə etdiyini Peyğəmbərə (s) nazil etdi. Ona əmr etdi ki, vilayət və vəsiliyi elan etsin. Kafirlərdən və münafiqlərdən bu fürsəti alsın.


Qədir-Xum gününün məqamı böyükdür. O gündə hüccəti hamıya tamam oldu. Bu gün təkamül günü və əhdə vəfa günüdür. Bu gün küfr və nifaq müqavilələrinin üzərindən pərdələrin götürülməsi günüdür. İslamın əsl həqiqətinin aşkar olduğu gündür. Şeytanın xarlıq və zillət günüdür. Bürhan və dəlil günüdür. Allah bəndələrinin imtahan günüdür. Qəlblərdə gizlənən kinin aşkar olduğu gündür.
Allahın rəhməti olsun sizə, ey müsəlmanlar! Bu cəmdən ayrılandan sonra bayram keçirin. Ev əhlinə və qohumlarınıza neməti genişləndirin, yaxşılıq edin! Din qardaşlarınıza gücünüz çatdığı qədər yaxşılıq edin. Allahın sizə verdiyi nemətlərə görə şükür edin. Bir-birinizin yanında toplaşın ki, Allah da sizin toplumunuzu daha da genişləndirsin. Bir-birinizə yaxşılıq edin ki, Allah da sizə daha çox ülfət və mehribanlıq etsin. Bir-birinizi təbrik edin. Gülərüzlə bir-birinizi qucaqlayın. Sizdən kömək gözləyən ehtiyaclı insanların ziyarətinə gedin və onlarla bir yerdə yemək yeyin. Qədir-Xum günü yoxsula verilən bir dirhəm, 200 min dirhəmə bərabərdir. Bir-birinizlə görüşən zaman əl verin və bir-birinizi təbrik edin. Salam verin ki, Peyğəmbər (s) mənə belə əmr etmişdir".

Qədir-Xum bayramının əməlləri

Qədir-Xum bayramı qəməri təqvimi ilə zilhiccə ayının 18-nə təsadüf edir. Bu günün müəyyən bəyənilən əməlləri var. Həmin günə aid əməllər:

1. Bayram gününün qüslünü almaq;

2. Oruc tutmaq (bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir; bəzi hədislərə görə, bu gün oruc tutan şəxsin savabı, ömür boyu tutulan orucun savabına, və həmçinin 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir);

3. Həzrət Əlini (ə) ziyarət etmək üçün məşhur olan "Əmin Allah" ziyarətnaməsini oxumaq;

4. Zöhrdən qabaq 2 rükətli namaz qılmaq. Yaxşıdır ki, birincü rükətdə "Həmd"dən sonra "Qədr" surəsi, ikinci rükətdə "Həmd"dən sonra "İxlas" surəsi oxunsun. Yaxşıdır ki, bu namaz günorta azanına yaxın vaxtda qılınsın.

Namazı qurtardıqdan sonra səcdəyə getmək və səcdədə 100 dəfə Allaha şükür etmək. Sonra bu duanı oxumaq: ("Məfatihül-cinan" kitabının tərcüməsinin 569-cu səhifəsindəki dua). Duanı bitirəndən sonra yenə səcdəyə getmək və 100 dəfə "Əlhəmdulilləh" və 100 dəfə də "Şükran lilləh" demək lazımdır.

Hər kim bu əməli yerinə yetirərsə, sanki Qədir-Xum günündə Peyğəmbərin (s) yanında olmuş və o kəsin savabını qazanmışdır ki, Həzrətə vilayət beyəti etmişdir.

5. İki rükətli namaz qılmaq. Hər rükətdə "Həmd"dən sonra 10 dəfə "İxlas" surəsi, 10 dəfə "Ayətül-kürsi", 10 dəfə "Qədr" surəsini oxumaq, namazdan sonra bu duanı demək:

"Rabbənə innənə səmi'nə munadiən əd-dua bitəvlihi". Hədislərdə qeyd olunur ki, bu namazın 100 min həcc və 100 min ümrə savabı var, eləcə də, dünya və axirət hacətlərinin Allah tərəfindən asanlıqla qəbul edilməsinə səbəb olur və insana salamatlıq nəsib olur;

6. "Nüdbə" duasını oxumaq.

7. Möminlər bir-biri ilə görüşən zaman desinlər: "Əlhəmdu lillahil-ləzi cəələna minəl mutəməssikin, bivilayəti Əmiril-mu'mininə vəl əimməti ələyhimus səlam".

Sonra de: "Əlhəmdulilləhil-ləzi əkrəmənə bihəzəl-yəvm, və cəələnə minəl-mufinə biəhdihi iləynə, və misəqihilləzi vəsəqanə bihi min viləyəti vuləti əmrih, vəl-quvvəmi biqistih, və ləm yəc'əlnə minəl-cəhidin, vəl-mukəzzibinə biyəvmid-din". ("Məfatihül-cinan" kitabının tərcüməsinin 575-ci səhifəsində verilib).

8. Bu zikri 100 dəfə demək: "Əlhəmdulilləhil-ləzi cə'ələ kəmələ dinihi və təməmə ni'mətih, biviləyəti Əmiril-mu'mininə Əliyyibni Əbi Talibin ələyhis-sələm". ("Məfatihül-cinan" kitabının tərcüməsinin 576-cı səhifəsində verilib).

9. Qardaşlıq peymanı bağlamaq. Öz sağ əlini mömin qardaşının sağ əlinin üstünə qoyub belə desin: "Vəxaytukə filləhi və safəytukə filləh, və safəhtukə filləhi və 'ahədtullahə və mələikətəh, və kutubəhu və rusuləhu və ənbiyaəh, vəl-əimmətəl-mə'suminə ələyhimus-sələm, 'alə ənni in kuntu min əhlil-cənnəti vəş-şəfə'əh, və uzinə li biən ədxuləl-cənnəh, ləədxuluhə ilə və əntə məi". Bunu dedikdən sonra mömin qardaşın desin: "Qabiltu". Sonra desin:"Əsqəttu ənkə cəmi'ə huquqil-uxuvvəh, mə xaləş-şəfə'ətə vəd-du'aə vəz-ziyərəh". ("Məfatihül-cinan" kitabının tərcüməsinin 577-ci səhifəsində verilib).

10. Sileyi-rəhm etmək - qohum-əqrəbaya baş çəkmək;

11. Yeni libas geyinmək;

12. Möminlərlə bu günün yad edilməsi ilə bağlı yığışmaq;

13. Məsumlara (ə) salavat göndərmək.

Bu günlə bağlı digər əməllər də var ki, müfəssəl kitablarda göstərilmişdir.

Qeyd edək ki, zülhiccə ayının 18-nə keçən gecə xüsusi namazın qılınması tövsiyə edilir. Bu namaz 12 rükətdən ibarətdir. Bütün 12 rükət namazın hamısı dalbadal qılınır və sonda bir salam deyilir. Namazdan sonra insan dua edərək Allahdan hacətlərini istəyir.

Bəli, Qədir-Xum - dinin kamilləşmə bayramı, mübarək dinimizin Allah Təala tərəfindən bəyənildiyi bir tarixdir.

Allahım! Bizləri Qədir-Xumu dərk edənlərdən və yaşadanlardan qərar ver! Amin!


Hacı İlqar İbrahimoğlu


Qədir-Xum gününün mesajları


Geri dön

♔๑.Şaнzadəм.๑♔

  • 7 oktyabr 2015 21:11
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
- çoxx sağ oL gözəLim.. winked

--------------------

✯ AliKo ✯

  • 6 oktyabr 2015 17:46
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Deyerli meqale ucun tewekkurler

Rəbbim Allah

  • 5 oktyabr 2015 21:08
  • Məqalə: 52
  • Şərh: 396
  • Bal:
{awards}
Burda her nike yarasmir dini meqale atsin wink
Cox sagol can gozel meqale ucun Allah razi olsun smile

--------------------


KeNDiMi

__S.M_ova__

  • 5 oktyabr 2015 20:18
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Allah razi olsun

Nergiz__Sirinova

  • 5 oktyabr 2015 19:28
  • Məqalə: 350
  • Şərh: 3202
  • Bal:
{awards}
Allah Razi olsun

--------------------

Favorit Girl )

  • 5 oktyabr 2015 18:50
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
Allah razı oLsunn..

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

♔๑.Şaнzadəм.๑♔

  • 5 oktyabr 2015 18:34
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Allah razı oLsunn..əLLərniz dərd görməsin.. winked

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 5 oktyabr 2015 18:11
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
Allah razi olsun..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}