Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi

 
Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi


Pasiyent 1: Edqar Allan Po

Amerika yazıçısı, şair (1809-1849)

Diaqnoz: Ruhi nasazlıq, dəqiq diaqnoz təyin edilməmişdir.

Simptomlar: Qaranlıq qorxusu, yaddaşda problemlər, təqib maniyası, qeyri-adekvat davranış, hallüsinasiyalar.
Xəstəlik tarixcəsi: Artıq 1830-cu illərin sonundan Edqar Po sıx baş verən depressiyalardan əziyyət çəkirdi. Bundan başqa, o alkoqoldan sui-istifadə edirdi, bu da öz növbəsində onun psixikasına yaxşı təsir etmirdi: içkinin təsiri altında yazıçı bəzən şiddətli dəlilik vəziyyətinə düşürdü. Alkoqola tezliklə tiryək də qatıldı.
Onun gənc xanımının ağır xəstəliyi Ponun ruhi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirdi. Po 13 yaşlı əmisı qızı Virciniyayla evlənmişdi; nikahdan 7 il sonra, 1842-ci ildə, Virciniya vərəmə tutulur, daha 5 il sonra isə dünyasını dəyişir.

Virciniyanın ölümündən sonra — özünün ölümünə isə 2 il qalmış — Edgar Po bir neçə dəfə aşiq olur və iki dəfə evlənməyə cəhd edir.
Birinci cəhdi Ponun növbəti tutmalarından qorxuya düşən sevgilinin imtinasına görə pozulur, ikinci dəfə isə toya az qalmış içib və özünü itirən bəyin toya gəlmədiyinə görə baş tutmur (Ponu 5 gün sonra ucuz traktirlərin birində tapırlar).

Yazıçını klinikaya yerləşdirdilər və burada o qorxunc hallüsinasiyalardan əziyyət çəkərək artıq beş gün sonra dünyasını dəyişir.
Ponun ən dəhşətli qorxusu olan yalnızlıqda ölmək həyata keçdi: o çox insanlardan son saatlarında onun yanında olacaqlarına dair vəd alsa da 7 oktyabr 1849-cu il gecə saat üçdə yanında heç bir yaxını olmadı.

Dünyaya təqdim edilmiş ideyaları: İki məşhur müasir ədəbi janr. Birinci — dəhşət romanı ( və ya hekayəsi).
İkinci janr — Detektiv. Məhz Edqar Ponun «Morq küçəsində qətl» hekayəsinin qəhrəmanı Oqyust Dyupen cənabı, deduksiya metodunun və onun məddahı mister Şerlok Holmsun əcdadı olub.


Pasiyent 2: Fridrix Nitsşe

Alman filosofu (1844-1900)

Diaqnoz: Nüvəli mozaik şizofreniyası (tərcümeyi-halında əksəriyyətdə daha ədəbi variantda- obsessiv pozğuluq kimi göstərilmiş).

Simptomlar: Megalomaniya (Böyüklük iddiası) ("İki ay sonra mən Yer kürəsində bir nömrəli insan olacam" mətnli qeydləri göndərirdi, divarlardakı şəkillərin çıxarılmasını tələb edirdi, çünki onun mənzili «məbəd» idi); ağlını itirmək (şəhərin mərkəzində atı qucaqlayırdı və bununla küçə hərəkətinə mane olurdu); güclü baş ağrıları; qeyri-adekvat davranış. Nitsşenin tibbi kartında deyilirdi ki, xəstə çəkməsindən öz sidiyini içirdi, anlaşılmaz qışqırıqlar buraxırdı, xəstəxana gözətçisini Bismarka oxşadırdı, qapının arxasında sındırılmış stəkanın qırıqlarıyla barrikada qurmağa çalışırdı, döşəmədə yatırdı, keçi kimi tullanırdı, ağız-burnunu əyirdi və sol çiynini qabağa verirdi.

Xəstəlik tarixçəsi: Nitsşe bir neçə apopleksiya tutması keçirdib (iflic); həyatının son 20 ilini psixiki pozğunluqdan əziyyət çəkib (məhz bu dövrdə onun ən əhəmiyyətli əsərləri yaranıb — məsələn, «Zərdüşt belə deyirdi»), onlardan 11 ilini o, psixiatrik klinikada keçirdib. Vəziyyəti daim pisləşirdi — həyatının sonuna yaxın filosof yalnız sadə cümlələr qura bilirdi.

Dünyaya bəxş edilmiş ideyalar: Ali insan ideyası (nə qədər paradoksal görünsədə, məhz keçi kimi tullanan və sol çiynini oynadan bu yoldaş bizdə azad, məntiqüstü, mükəmməl, xeyir və şərin digər tərəfində olan şəxsiyyət kimi assosiasiya yaradır). Yeni əxlaq ideyası (qul əxlaqının əvəzinə güclü şəxsiyyət əxlaqı): sağlam əxlaq insanı məşhurluğa və hakimiyyətə olan təbii cəhdinə ucaltmalıdı. Hər bir başqa əxlaq ağrılı və düşkündür. Faşizmin ideologiyası: xəstələr və zəiflər həlak olmalıdır, ən güclülər qalib gəlməlidi («Yıxılanı itələ!»). Ehtimal «Allah ölüb».

Pasiyent 3: Ernest Heminquey

Amerika yazıçısı (1899-1961)

Diaqnoz: Kəskin depressiya, zehni pozğunluq.

Simptomlar: İntihara meyllilik, təqib maniyası, əsəb pozğunluqları.


Xəstəlik tarixçəsi: 1960-cı ildə Heminquey Kubadan ABŞ-a qayıtdı. Qorxu və inamsızlıq hissi, depressiyalar onu narahat edirdi, o yaza bilmirdi, buna görə də könüllü olaraq psixiatrik klinikada müalicə almağa razılaşdı. Heminquey 20 elektroşok seansı keçirtdi, bu prosedurlar haqqında o belə yazır: «Mənə elektroşok təyin edən həkimlər yazıçıları anlamırlar: Mənim kapitalım olan beyinimi dağıtmaq və yaddaşımı silib məni həyatın kəndarına atmağın mənası nə idi? Bu parlaq müalicə idi, ama onlar pasiyenti itirdilər».

Heminquey klinikadan çıxdıqdan sonra əmin oldu ki, əvvəlki kimi yaza bilmir və ilk intihar cəhdinə təşəbbüs etdi, ancaq yaxınları ona mane oldular. Həyat yoldaşının xahişi ilə o təkrar müalicə kursunu keçdi, amma öz niyyətini dəyişmədi. Çıxdıqdan bir neçə gün sonra qoşalülə tüfəngdən başına atəş açaraq intihar etdi.

Dünyaya bəxş edilmiş ideyalar: «itirilmiş nəsil» ideyası — Heminquey eyni dövrdə yaşamış yoldaşı Remark kimi, konkret müharibənin dəyirman daşlarıyla üyüdülmüş konkret nəsli nəzərdə tuturdu, ancaq termin cəzbedici oldu — o vaxtdan hər nəsil özünü itirilmiş hesab etmək üçün səbəblər tapır. Yeni ədəbi fənd, «aysberq metodu», yəni xəsis, quru mətnin səxavətli, ürəkparçalayan mətnaltı mənaları nəzərdə tutması. Heminqueyin qəhrəmanı — mübarizənin faydasız olduğunu anlasa da, sonuna kimi mübarizə aparan, sərt və susqun döyüşçüdü.

Ovçu, əsgər, idmançı, dənizçi, balıqçı, səyahətçi, Nobel laureatı, bədəni tamamilə çapıqlarla dolu olan Heminqueyin özü isə təəssüf ki sonuna kimi mübarizə aparmadı. Lakin yazıçı öz ideallarına xəyanət etmədi. «Kişinin yorğan-döşəkdə ölməyə haqqı yoxdu, — deyirdi o — Kişi ya döyüşdə ölməlidi, ya da alnına güllə sancmalıdı».

Pasiyent 4: Frans Kafka

Çex yazıçısı (1883 — 1924)

Diaqnoz: Kəskin nevroz, funksional xarakterli psixasteniya, qeyri-dövri depressiya əlamətləri.

Simptomlar: Apatiya tutmalarıyla növbələnən həyəcan, yuxunun pozulması, fobiyalar, cinsi sferada psixosomatik çətinliklər.

Xəstəlik tarixçəsi: Kafkanın dərin psixoloji problemlərinin kökləri öz başlanğıcını atasıyla olan münaqişələrindən, ailədaxili çətin münasibətlərdən və mürəkkəb, dolaşıq sevgi hekayələrindən götürür. Yazıçılığa olan həvəs ailə tərəfindən bəyənilmirdi və o bununla gizlicə məşğul olmalı olurdu.

«Mənim üçün bu ikili həyat dəhşətlidi, — o gündəliyində belə yazırdı, —buradan yalnız bir çıxış yolu var — dəlilik».

Hərbi xidmətdən sonra atası təkid etməyə başlayanda ki, oğlu avaraçılıq etmək əvəzinə, onun dükanında işləsin, Frans intihar etməyi qərara alır və öz dostu Maks Broda vida məktubu yazır. «Son anda mən vəziyyətə həyasızca qarışıb, onu „sevən valideynlərindən“ qorumağa müvəffəq oldum» — Maks Brod Kafka haqqında öz kitabında belə yazır. Onun psixi vəziyyəti uzun sürən dərin sakitlik dövrləri ağır və ağrılı periodlarla növbələnirdi.

Budur onun «Gündəliklər»indən bu daxili mübarizəni əyani əks etdirən sətirlər: «Mən yata bilmirəm. Yalnız xəyallar, heç bir yuxu. Mənim bütün daxili varlığım qəribə qeyri-sabitlik içindədi. Mən başımda dəhşətli bir dünya daşıyıram. Mən onu dağıtmadan ondan necə azad ola bilərəm?».

Yazıçı 41 yaşıda vərəmdən öldü. Üç ay o can verirdi: yalnız orqanizmi yox, həm də zehni dağılırdı.

Dünyaya bəxş edilmiş ideyalar: Kafka yaşayarkən məşhur deyildi, az çap edilirdi, amma ölümündən sonra yazıçının yaradıcılığı oxucuları ədəbiyyatda yeni istiqamətlər fəth etdi.

«Kafka» dünyasının dəhşəti, ümidsizliyi və çarəsizliyi onu yaradanın şəxsi dramından əmələ gəldi və yeni estetik «diaqnozlu ədəbiyyat» istiqamətinin əsasını qoydu.

Pasiyent 5: Conatan Svift

İrlandiya yazıçısı (1667-1745)

Diaqnoz: Pik və ya Alsqeymer xəstəliyi — mütəxəssislər mübahisə edirlər.




Simptomlar: Başgicəllənmə, dezorientasiya, yaddaşın itməsi, ətrafdakı insanları və əşyaları tanımamaq, insan nitqinin mənasını tutmaq qabiliyyətinin itməsi.
Xəstəlik tarixçəsi: Həyatın sonunda tam əqli zəifliyə qədər simptomların tədricən güclənməsi.

Dünyaya bəxş edilmiş ideyalar: Siyasi satiranın yeni forması. «Qulliverin səyahəti», sözsüz, intellektualın onu əhatə edən həqiqətə ilk istehzalı baxışı deyil, ancaq yenilik burada baxışda yox, optikadadı.

Pasiyent 6: Jan — Jak Russo

Fransız yazıçısı və filosof (1712-1778)

Diaqnoz: Paranoya.

Simptomlar: Təqib maniyası.

Xəstəlik tarixçəsi: 1760-cı illərdə «Emil və ya tərbiyə Haqqında» kitabının çıxışından sonra yazıçının kilsə və hökumətlə münaqişəsi nəticəsində Russoya əvvəlcədən də məxsus şübhəlilik son dərəcə ağır forma aldı. Russonun gözünə hər yerdə sui-qəsdlər görünürdü, o sərsəri həyatı yaşayırdı və o güman edirdi ki, onun bütün dostları və tanışları ona qarşı qəsd hazırlayırlar və ya ondan nədənsə şübhələnirlər, buna görə də o bir yerdə uzun müddət qalmırdı.

Dünyaya bəxş edilmiş ideyalar: Pedaqoji islahat. Uşaqların tərbiyəsi üzrə müasir əyani vəsaitlər bir çox bəndlərdə «Emili» təkrarlayır: Russo cəza metodunun əvəzinə dəstək və nəvaziş metodlarını təklif edirdi. O güman edirdi ki, uşaq yeni informasiyanı qəbul etməyə psixi cəhətdən hazır olmadığından uşağı quru faktların mexaniki qavranmasından azad edib, ona hər şeyi canlı nümunələrlə izah etmək lazımdı.

Yeni ədəbi istiqamətlər və yeni ədəbi qəhrəman tipi. Russo fantaziyasıyla doğulmuş sentimental idealist varlıq — ağlı yox, ancaq yüksək əxlaqi hissləri rəhbər tutan ağlağan «vəhşi», — sonra inkişaf etdi, böyüdü və sentimentalizm və romantizm çərçivəsində köhnəldi.

"İctimai müqavilə Haqqında" yazıdan çıxış edən hüquqi demokratik dövlət ideyası. İnqilabın ideyası (Böyük fransız inqilabının savaşçıları məhz Russonun əsərləriylə ilhamlanırdılar); nə qədər paradoksal olsa da Russo özü, heç vaxt radikal çıxışların tərəfdarı deyildi.

Pasiyent 7: Nikolay Qoqol

Rus yazıçısı (1809-1852)

Diaqnoz: Şizofreniya, dövri psixoz.

Simptomlar: Vizual və eşitmə hallüsinasiyaları; laqeydlik və yavaşıma (xarici qıcıqlandırıcılara reaksiya vermək qabiliyyətinin itməsindən tam hərəkətsizliyə qədər); depressiya halları; ipoxondriyanın kəskin forması (yazıçı əmin idi ki, onun bədənindəki bütün orqanlar bir qədər yerini dəyişmişdir və mədəsı «baş-ayaq» yerləşir); klaustrofobiya (qapalı məkan qorxusu).

Xəstəlik tarixçəsi: Şizofreniyanın bu və ya digər təzahürləri bütün həyatı boyunca Qoqolu müşayiət edirdi, ancaq son ildə xəstəlik gözə çarpacaq dərəcədə irəlilədi. 26 yanvar 1852-ci ildə onun yaxın dostu Mixail Xomyakovun bacısı Yekaterina qarın yatalağından öldü və bu ölüm yazıçıda hipoxondriyanı (xəstələnməkdən qorxmaq) gücləndirdi. Qoqol ara vermədən dualar edirdi, qidadan demək olar ki imtina etmişdi, zəiflikdən və naxoşluqdan şikayət edirdi və iddia edirdi ki, ölümcül xəstədir, hərçənd ki həkimlər yüngül mədə-bağırsaq nasazlığından başqa heç bir xəstəlik diaqnozu qoymadılar. Fevralın 11-dən 12-nə keçən gecə yazıçı öz əlyazmalarını yandırdı (növbəti səhər o bu hərəkətinin şeytanın işi olduğunu dedi) sonrakı vəziyyəti daim pisləşirdi. Müalicə (çox da peşəkar olmayan: burun deşiklərinə zəlilərin qoyulması, soyuq mələfəyə sarılma və başın buzlu suya salınması) müsbət nəticə vermədi. 1852-ci ilin 21 fevralında yazıçı dünyasını dəyişdi. Onun ölümünün əsl səbəbləri hələ də müəmma olaraq qalır. Ancaq, çox güman ki, Qoqol özu özünü əsəb və fiziki tükənmə dərəcəsinə çatdırıb, istisna deyil ki zamanında psixiatrın köməyi onun həyatını xilas edə bilərdi.

Dünyaya bəxş edilmiş ideyaları: Sadə insana yarınifrətdən və yarırəhmdən ibarət spesifik sevgi. Bir yığın təəccüblü dərəcədə dəqiq rus tipajları. Qoqol indiyə qədər tamamilə aktual qalan bir neçə aparıcı model hazırlayıb (ən parlaqlar nümunə — "Ölülər«in personajlarıdı)

Pasiyent 8: Gi de Mopassan

Fransız yazıçısı (1850-1893)

Diaqnoz: Beyinin proqressiv iflici.


Simptomlar: Hİpoxondriya, intihara meyllilik, əsəb tutmaları, sayıqlama, hallusinasiyalar.


Xəstəlik tarixçəsi: Gi de Mopassan bütün həyatı boyu hipoxondriyadan əziyyət çəkib: o ağılını itirməkdən çox qorxurdu. 1884-cü ildən Mopassanda sıx əsəb tutmaları və hallüsinasiyalar başlandı. Əsəb tutması vəziyyətində o iki dəfə intihara cəhd edib, birincı dəfə revolverlə, ikinci dəfə — kağız üçün bıçaqla, hər iki cəhdi uğursuz olub. 1891-cidə yazıçı doktor Blanşın Passi-dəki klinikasına yerləşdirilir — və ölümünə qədər orda yarıhuşsuz vəziyyətdə yaşayır.

Dünyaya bəxş edilmiş ideyaları: Ədəbiyyatda fiziologizm və naturalizm (həmçinin erotik). Mənəviyyatsız istehlak cəmiyyətiylə yorulmadan mübarizə aparmaq ehtiyacı. „Əziz dost“u hal-hazırda sağ olan fransız yazıçıları Mişel Uelbek və Frederik Beqbeder səylə özünəməxsus tərzdə yenidən yaratmağa cəhd edirlər, rus yazıçısı Sergey Minayev də geridə qalmamağa çalışır.

Pasiyent 9: Virciniya Vulf

İngilis yazıçısı (1882-1941)

Diaqnoz: Depressiya, hallüsinasiya, qarabasma.

Simptomlar: Dərin depressiya hallarında Virciniya şikayət edirdi ki, bütün günü „Qədim Yunanıstanın zeytun ağaclarında cəh-cəhə vuran quşların səslərini eşidir“. Uzun müddət yuxusuzluğa və qarabasmalara görə işləyə bilmirdi. Uşaqlıqdan intihara meylli olub.

Xəstəlik tarixçəsi: Virciniyanın 13 yaşı tamam olduqda, evdə qonaq olan əmisi oğlu onu zorlamağa cəhd edir. Bu hadisə Virciniyanın bütün həyatı boyunca kişilərə və onlarla fiziki münasibətlərə antipatiyasının başlanğıcını qoyur. Bu hadisədən bir az sonra onun anası sətəlcəmdən qəflətən dünyasını dəyişir.

Əsəbi və həssas qızcığaz ümidsizlikdən özünə qəsd etməyə çalışır. Onu xilas edirlər, amma dərin və sürəkli depressiyalar o vaxtdan onun həyatının ayrılmaz hissəsinə cevrilir. Güclü psixi nasazlıq tutması gənc Virciniyanı 1904-cü ildə, atasının ölümündən sonra da yaxaladı.

Virciniya Vulfun emosional açıq-saçıq məktubları və əsərləri yazıçının qeyri-ənənəvi seksual oriyentasiyası haqqında nəticəyə gəlməyə əsas verir. Ancaq bu belə deyil. Uşaqlıqda yaşanmış faciənin nəticəsi olaraq, o kişilərə və onların məclislərinə qarşı hiss etdiyi qorxudan həmişə qadınlara aşiq olurdu, amma bu halda da hər hansı formada yaxınlıqdan diksinirdi, hətta qucaqlaşma və əl sıxmağa belə icazə vermirdi. 29 il Leonard Vulfda ərdə olsa da (həm də bu nigah qarşılıqlı sədaqət və ər-arvad arasındakı emosional bağlılıq nöqteyi-nəzərindən nümunəvi hesab edilirdi), yazıçı, bəzi mənbələrə görə, öz əriylə ər-arvad əlaqələrinə girə bilməmişdi.

1941-ci ilin əvvəlində Londonun gecə bombardımanı zamanı yazıçının evini dağılır, kitabxanası yanır, əri yaralanır — bütün bunlar onun əsəb sisteminə qəti şəkildə mənfi təsir edir, həkimlər psixiatrik klinikada müalicəsinə təkid edirdilər.

Ərinin həyatının qalan hissəsini onun dəliliyiylə bağlı qayğılarla keçirməsini istəməyən Vircinya 28 mart 1941-ci Ous çayında intihar edir.

Dünyaya bəxş ediyi ideyalar: Keçici dünya təlaşının ifadəsi üsullarında yenilik, qəhrəmanların iç dünyasının təsvirləri, şüurun sınması istiqamətinin üsullarının təsviri — Virciniya Vulfun əsərləri ədəbi modernizmin qızıl fonduna daxil olub və bir çox müasirləri tərəfindən heyranlıqla qəbul edilmişdı. Tolstoyun sadiq şagirdi olan Virciniya ingilis nəsrində „daxili monoloqu“ mükəmməlliyə çatdırdır.

Pasiyent 10: Sergey Yesenin

Rus şairi (1895-1925)

Diaqnoz: Bipolyar affektiv pozğunluq

Simptomlar: Təqib maniyası, qəzəb tutmaları, qeyri-adekvat davranış (şair camaatın içində mebelləri dağıdırdı, güzgüləri və qab-qacağı sındırırdı, təhqirlər yağdırırdı).

Xəstəlik tarixçəsi: Spirtli içkinin həddən artıq istifadəsinin səbəb olduğu, tez-tez təkrarlanan əsəb tutmalarına görə Yesenin bir neçə dəfə Fransada və Rusiyada psixonevroloji klinikalarda müalicə alıb. Təəssüf ki müalicə pasiyentə yaxşı təsir göstərmədi: professor Qannuşkinin klinikasından çıxarışdan bir ay sonra Yesenin Leninqrada „Angleter“ mehmanxanasında, istilik sisteminin borusundan özünü asaraq intihar edir.

Dünyaya bəxş etdiyi ideyalar: Poeziyada yeni intonasiyalar. Yesenin kəndə və kəndçiyə sevgini üslub normasına çevirdi. Şəhər xuliqan romansı janrında çox çalışan Yesenin faktiki olaraq, müasir rus şansonunu yaratdı.


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 24 oktyabr 2015 20:46
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Məqaləyə görə sağolun)

♔๑.Şaнzadəм.๑♔

  • 7 oktyabr 2015 21:13
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
- day dünyaya böyük ideyaLar bəxş edibLərsə,artıq onLara "dəLi" demək düzgün deiL.. smile

--------------------

★Love World★

  • 5 oktyabr 2015 21:53
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Maraqlı Melumatlardı smile

--------------------

Rəbbim Allah

  • 5 oktyabr 2015 21:16
  • Məqalə: 52
  • Şərh: 392
  • Bal:
{awards}
Vay be bilmirdim indi bildim what

--------------------


KeNDiMi

__S.M_ova__

  • 5 oktyabr 2015 20:13
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Məqaləyə görə sağolun

Nergiz__Sirinova

  • 5 oktyabr 2015 19:31
  • Məqalə: 331
  • Şərh: 3139
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 5 oktyabr 2015 18:16
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
cooox sagolun meqaleye gore twkr..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}