Həftədə Neçə Saat İdman Etmək Olar?

 
Həftədə Neçə Saat İdman Etmək Olar?


2011-ci ildə İngiltərədə aparılan bir araşdırma nəticəsində məlum olub ki, hərəkətsizlik erkən ölümə yol açan 4 səbəbdən biridir. Bu hesabatda idmanın ürək xəstəlikləri, diabet, depressiya və digər xəstəliklərin yaranmasının qarşısını aldığı da qeyd olunub.


Əgər arıqlamağı qarşınıza məqsəd qoymusunuzsa, yediklərinizə də diqqət etməlisiniz. Bu zaman daha çox kalori itirəcək və ideal çəkini qoruya biləcəksiniz. Həmçinin həftə ərzində idmanla nə qədər məşğul olduğunuz da önəmlidir. Mütəxəssislərin fikrincə, həftədə 2-3 saat, ya da hər gün 30 dəqiqə fitneslə məşğul olmaq lazımdır. Əgər ağır məşqlər edirsinizsə, o halda hər gün 10-15 dəqiqə idman kifayət edir. Hər gün idmanla məşğul ola bilmədikdə isə daha çox hərəkətdə olmağa çalışın, ya da 10-15 dəqiqə təmiz havada yeriyin.

Onu da qeyd edək ki, bədəni idmana uşaqlıqdan öyrətmək lazımdır. Bəzən valideynlər hərəkətdə olan uşağın sakit durması üçün ona acıqlanırlar. Halbuki uşaqların bu cür davranışları təbiidir, onların enerjisi daha çox olduğu üçün onu hara və necə xərclədiyini bilmirlər və daim hərəkətdə olurlar. Uşaqların enerjisini sərfəli şəkildə xərcləməsi üçün onları uşaqlıqdan idmana yönləndirmək məqsədəuyğundur. Hətta gün ərzində uşaqlara böyüklərdən daha çox idman etməyə icazə verilir. 5-18 yaş arası uşaqlar gün ərzində 1 saat idman edə bilərlər.


Kiçik yaşlardan idmanla məşğul olmaq uşaqların sümük və əzələ inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Odur ki, dəcəl uşaqları məhdudlaşdırmayın. Əskinə onların təhlükəsizliyini təmin edərək sərbəst hərəkəti üçün əlverişli mühit və şərait yaradın.

Uzun sözün qısası, yaşımızdan asılı olmayaraq, orqanizmimizin sağlamlığını qoruyub saxlamağımız üçün idman etmək hamımızın vəzifəsidir.


Geri dön

Nergiz__Sirinova

  • 5 oktyabr 2015 19:49
  • Məqalə: 473
  • Şərh: 4201
  • Bal:
Tesekkurler xebere gore.


--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 5 oktyabr 2015 18:26
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
həftədə 2-3 saat,

♔๑.Şaнzadəм.๑♔

  • 5 oktyabr 2015 14:57
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
- çox sağ oL xəbərə görə canımın içi.. love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 58

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}