Haqqını almaq üçün rüşvət ödəmək

 
Haqqını almaq üçün rüşvət ödəmək


Sual: Mən bəzi hökumət dairələri ilə iş görürəm. Vəzifəli şəxsə rüşvət vermədikdə işimi uzadır. Bu halda ona rüşvət vermək olar?

Cavab: Həmd Allaha məxsusdur.

Rüşvət vermək və almaq böyük günahlardandır. Belə ki, İmam Əhməd (6791), Əbu Davud (3580) Abdullah ibn Ömərə, Allah hər ikisindən razı olsun, istinadən onun belə söylədiyini rəvayət edirlər: “Rəsul sallallahu aleyhi və səlləm rüşvət təklif edəni və qəbul edəni lənətləmişdir”.[1]

Əgər işi rüşvət ödəmədən yerinə yetirmək mümkündürsə, bu halda rüşvət ödəmək haramdır.

Yox əgər haqq sahibi öz haqqını yalnız rüşvət ödəməklə təmin etmək gücündə isə alimlər bu halda rüşvət ödəməyin icazəli olduğunu bildirmişlər. Belə olduğu halda günah rüşvət verənə deyil, rüşvəti alana aiddir. Bunun üçün dəlil qismində İmam Əhmədin (10739 saylı hədisdə) Ömər ibn Xəttaba, Allah ondan razı olsun, istinadən Rəsulullahın sallallahu aleyhi və səlləm bu hədisini qeyd etmişlər: “Onlardan biri məndən bir şey istəyir və mən də bunu ona verirəm. Bunu qoltuğuna vurub gedir, lakin bu onun üçün oddan başqa bir şey deyil”. Ömər dedi: “Ey Allahın Rəsulu, sən nə üçün bunu onlara verirsən? O dedi: “Onlar bunu məndən təkidlə istəyirlər və Allah təkid edir ki, mən paxıl olmayım”.[2]

Şeyxu-l-İslam ibn Teymiyyə, Allah ona rəhmət etsin, demişdir: “Zülmün qarşısını almaq və yaxud qanuni haqqını təmin etmək üçün birinə hədiyyə verildikdə bu hədiyyə onu götürənə haramdır. Lakin ödəyənə bunu etmək icazəlidir. Belə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Mən onlardan birinə hədiyyə verirəm...”[3]

Alimlər demişlər: “Ona ediləcək zülmün qarşısını almaq yaxud haqqının təmin olunmasına maneçilik törətməməsi üçün məmura rüşvət ödəmək icazəlidir. Lakin məmurun rüşvəti götürməsi haramdır. Məsələn, bir şəxs şairə yaxud başqa birisinə rüşvət verir ki, şeirlərində və s. onun barəsində yalan danışmasın yaxud şərəf-namusuna dil uzadaraq söylənilməsi haram olan bir şeyi söyləməsin. Bu halda bunu ona verə bilər. Lakin şəxsə zülm etməyəcəyi müqabilində götürdüyü həmin adama haramdır. Çünki istənilən halda zülm etməməlidir.

İnsanlar haqqında yalan söyləməyəcəyi yaxud onlara zülm etməyəcəyi müqabilində pul götürən şəxsin qazancının hamısı haramdır. Çünki zülm etmək və yalan danışmaq hər bir halda haramdır. Odur ki, bu şəxs zülm olunan şəxsdən hər hansı müqabil, əvəz olmadan bu əməlindən çəkinməlidir. Əgər bu əməlindən yalnız ona ödəniş edildiyi halda çəkinirsə, bu halda onun qazancı haramdır.

Alimlər demişlər: “Kim vəzifəli bir şəxsə icazəli olmayan bir işi etməsi üçün hədiyyə verərsə verənə də, alana da haram olur. Məhz bu Peyğəmbər sallallahu aleyhi və səlləmin barəsində “Allah rüşvət təklif edənə də, qəbul edənə də lənət etsin” deyə buyurduğu rüşvətdir.

Bununla belə, ona zülm etməməsi üçün yaxud onun qanuni haqqını verməsi üçün birinə hədiyyə verirsə bu halda bu verilən hədiyyə bunu götürənə haram, ödəyənə isə haram deyil. Belə ki, Peyğəmbər sallallahu aleyhi və səlləlm demişdir: “Onlardan biri məndən bir şey istəyir və mən də bunu ona verirəm. Bunu qoltuğuna vurub gedir, lakin bu onun üçün oddan başqa bir şey deyil”. Ömər dedi: “Ey Allahın Rəsulu, sən nə üçün bunu onlara verirsən? O dedi: “Onlar bunu məndən təkidlə istəyirlər və Allah təkid edir ki, mən paxıl olmayım”.

Vasitəçiliyə görə rüşvət vermək məsələsinə gəldikdə bu aşağıdakı kimidir. Tutaq ki, bir nəfər səlahiyyətli şəxslərə müraciət edərək zülmə son qoyulması yaxud şəxsin haqqının təmin olunması və yaxud haqlı olduğu vəzifəyə təyin olunması, silahlı qüvvələrdə xidmət etməsi-belə ki, buna haqqı var-yaxud yoxsullar və ya fəqihlər, Quran tələbələri və yaxud həcc edənlər və s. üçün ayrılmış vəqfdən ayrılan pulunu alması üçün vasitəçilik edirsə və həmin şəxsin (haqq sahibinin) bunu tələb etmək hüququ varsa-və yaxud vacib əməlləri yerinə yetirmək və yaxud haramlardan çəkinməyə kömək edən digər vasitəçilik növlərinə gəldikdə, bu halda hədiyyəni qəbul etmək icazəli deyil, lakin mümkün qədər haqqını təmin etmək yaxud zülmün qarşısını almaq üçün verənə bunu etmək icazəlidir. Bu barədə sələfdən və böyük imamlardan rəvayətlər var.

Təqiyəddin əs-Subki, rahiməhullah, demişdir: “Bizim burada bəhs etdiyimiz rüşvət hər hansı bir haqqın çeynənilməsi, haqsız yerə bir şeyi əldə etməyə aiddir. Əgər haqqını əldə etmək üçün verilirsə bu halda qadağa bunu götürənə aiddir. Lakin bunu verən şəxs başqa cür deyil yalnız bu yolla öz haqqını əldə etmək gücündə isə, bu halda bu icazəlidir. Bununla belə bunsuz haqqını bərpa edə bilirsə, bu halda (rüşvət vermək) icazəli deyil.[4]

İyirmi yeddinci qayda: “Qəbul olunması haram olan hər bir şeyin verilməsi də haramdır”. Məsələn, sələm, fahişənin pulu, falçıya edilən ödəniş, rüşvət və mərsiyyə söyləyən və musiqiçilərə edilən ödənişlər.

Bəzi növlər burada istisnadır. Məsələn, öz hüquqlarını bərpa etmək, məhbusları azad etmək, şeirlərində iftira etməsindən qorxduğu kəsə verilən.

Müəyyən hallar bundan azaddır. Bu verənə aiddir, lakin bunu qəbul edən şəxsə isə haramdır.

əl-Zərkəşi (Şafi alimlərindən) “əl-Mənsur” əsərində və İbn Nuceym (Hənəfi alimlərindən) “Əşbəh” əsərində deyir: “Qəbul olunması haram olan hər bir şeyin verilməsi də haramdır”. Məsələn, sələm, fahişənin pulu, falçıya edilən ödəniş və ədalətsiz qərar çıxarması üçün hakimə rüşvət vermək. Burada müəyyən hallar istisnadır. Məsələn, bir insan özünə yaxud mal-mülkünə görə qorxursa və buna görə rüşvət verirsə yaxud məhbusu azad etmək yaxud şeirlərində ona iftira atacağından qorxduğu şəxsə verirsə.

Dr.Vahb əz-Zuheyli demişdir: “Əgər qanuni bir məqsədə çatmaq üçün yeganə yol rüşvət vermək isə belə olduğu təqdirdə zərurət hallarında vermək icazəlidir. Lakin bunu götürənə isə bu haramdır
.

Ona görə də, siz rüşvət verə bilərsiniz, lakin bunu götürən məmura bu haramdır.

Bununla belə burada iki şərt qoyulur:

Siz rüşvəti öz hüquqlarınızı bərpa etmək yaxud özünüzdən zərəri uzaqlaşdırmaq üçün verirsiniz.

Lakin haqqınız olmadığı bir şeyə görə verirsinizsə bu halda haramdır və böyük günahdır.


Həmçinin haqqınızı təmin etmək və özünüzdən zərəri kənarlaşdırmaq üçün rüşvət verməkdən başqa variant olmamalıdır.


Geri dön

Rəbbim Allah

  • 11 oktyabr 2015 20:43
  • Məqalə: 52
  • Şərh: 396
  • Bal:
(_Ayla_),
CoooX gulmelidi ee wink fellow

--------------------


KeNDiMi

♔๑.Şaнzadəм.๑♔

  • 7 oktyabr 2015 20:50
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
- Allah razı oLsun birTanəm.. love

--------------------

Nergiz__Sirinova

  • 6 oktyabr 2015 21:14
  • Məqalə: 372
  • Şərh: 3299
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

--------------------

Rəbbim Allah

  • 6 oktyabr 2015 20:41
  • Məqalə: 52
  • Şərh: 396
  • Bal:
{awards}
_____Kiraaaaaaa,
Elbetde ki ! smile

--------------------


KeNDiMi

__S.M_ova__

  • 6 oktyabr 2015 19:13
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Maraqli idi təşəkkürlər

✰ ♥..Золушка..♥ ✰

  • 6 oktyabr 2015 19:11
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkurler xebere gore

(_Ayla_)

  • 6 oktyabr 2015 18:15
  • Məqalə: 0
  • Şərh: 138
  • Bal:
{awards}
Meqale icin twk)))

::KuMsAl::

  • 6 oktyabr 2015 17:48
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
Teshekkur meqale ichin

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

_____Kiraaaaaaa

  • 6 oktyabr 2015 17:43
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
rusvet verende gunahkardi......???????

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}