Nəfəs aLmaq yaşamaq demək deyiL

 
Nəfəs aLmaq yaşamaq demək deyiL



Artıq daha yaxşı anlayıram ki, nəfəs almaq deyilmiş yaşamaq. Atəşlərdə yanmaq kimi bir şey, səni sevərkən sənsiz olmaq.

Nədən bu qədər çətin səni sevmək və tapmamaq. Toxunmaq istədikcə uzaqlaşmaq, düşündükcə unutmaq, səni sevdiyim halda söyləyə bilməmək, hər bir şeyi gizlətmək, sənə sahib olacağım yerdə səni itirmək.

Sanmışdım yeni bir eşqə başlayıram çox yanılmışam. Bu eşqin sonu da ayrılıq olacaq və yaşadıqlarım geridə qalacaq. Geriyə acı və gözəl xatirələr qalsa belə, onları xatırlamaq ayrılıq qədər acı olmayacaq.

Get artıq yoxluğuna inandır məni. Yoruldum hər tapdığım yerdə səni itirməkdən.

Səni mən deyil gözlərim seçdi, onlar sevdi onlar bəyəndi. Sən mənim deyil onlarınsan. Gedərsənsə mənə nə onlar ağlasın.

O gün bu günümü bilsəydim, bu gün o günü yaşamaq istəməzdim.


Ayrılıq belə ağlayardı, ayrılığı yaşasaydı. Utanardı etdiyindən fələk əgər bu eşqi tanısaydı.

Həyatımız boyunca ayrılmayacağımızı bir-birimizə söz verib əhd etmişdik. Amma nə oldu bir qış günü, ulduzların baxışlarında ayrılmağımızı söylədik.

Hər son bir başlanğıcdır.


Artıq gedirəm, həyatındakı son yerimi alaraq. Bəlkə bir daha görüşmədik. Səndən son bir arzum olacaq. Gözlərinin güldüyü an, sevgilim dediyin zaman dilindən həyatım sözü çıxacağı zaman xatırla məni.

Çox sevdiyin biri gəlib ayrılmaq istədiyini söyləyərsə ağlama, çünki susduğunu görmək daha çox acı çəkdiyinin isbatıdır.

Ayrıldıqdan sonra dost olaq dedilər. Gülün adını dəyişdirsək başqa cür qoxuyarmı ?

Gül dedi bülbül gülə, gül gülmədi getdi. Gül bülbülə, bülbül gülə yar olmadı getdi.


Ayrılığı sən istədin məsum gözlərlə baxma mənə. Artıq bu qəlb kölən deyil. Yolun açıq olsun gülə-gülə.

Bir-birindən ulduzlar qədər uzaqda yaşayanlar var ikən, sevgilim ayrı olsaq da biz səninlə iki nar dənəsi kimi iç-içə, yan-yana, can-cana, qan-qanayıq.


Geri dön

♔๑.Şaнzadəм.๑♔

  • 7 oktyabr 2015 20:53
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
Sanmışdım yeni bir eşqə başLayıram çox yanıLmışam. Bu eşqin sonu da ayrıLıq oLacaq və yaşadıqLarım geridə qaLacaq. Geriyə acı və gözəL xatirəLər qaLsa beLə, onLarı xatırLamaq ayrıLıq qədər acı oLmayacaq. recourse

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 7 oktyabr 2015 16:42
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
O gün bu günümü bilsəydim, bu gün o günü yaşamaq istəməzdim.

Nergiz__Sirinova

  • 6 oktyabr 2015 21:11
  • Məqalə: 327
  • Şərh: 3116
  • Bal:
{awards}
Get artıq yoxluğuna inandır məni. Yoruldum hər tapdığım yerdə səni itirməkdən.

--------------------

__S.M_ova__

  • 6 oktyabr 2015 20:50
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Ilk şərh məndən olsun canim əllərinə sağliq oxudum maraqlidi twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 15
Cəmi: 30

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}