Evinizi payıza hazırlayın

 
Evinizi payıza hazırlayın


Payız ilin ən romantik fəslidir. Həzin payız günlərində evdən bayıra çıxmaq istəməyərək romantik əhvala köklənməyimiz də məhz fəslin xarakterindən irəli gəlir. Odur ki, bütün gün evdə oturub qarşında bir fincan isti qəhvə ilə bəyəndiyin yazarın hər hansı bir əsərini mütaliə etmək istəyirsən. Ancaq o şərtlə ki evin də dekorasiyası da mövsümün və sizin əhval-ruhiyyənizə uyğun olsun. Odur ki, evinizi payız üslubunda bəzəyin.

Beləliklə, yay dekorasiyasında mavi və bəyaz kimi açıq rənglər istifadə olunurdusa, payız aylarında qırımızı, narıncı və qəhvəyinin müxtəlif tonları hakimdir.

Payızın rəmzi
İfritələr bayramı oktyabr ayının son gününə təsadüf etdiyi üçün balqabaq həm də payızın rəmzi sayılır. Ümumiyyətlə, balqabaq aksessuarları dekorasiyada yeni dəb tendensiyası deyil. Ancaq builki balqabaq aksessuarları çox orijinal və müxtəlif rənglərdə təqdim olunub. Məsələn, tutqun-qızılı, qızılı və ya gümüşü naxışlar çox effektli görünür.

Şirniyyatları qapağı bəzəkli bankalara qoyun
Əvvəllər bankalar qışa tədarük görmək üçün istifadə olunurdusa, onlar indi aksessuar funksiyasını da yerinə yetirirlər. Məsələn, şirniyyatlar bəzəkli qapağı olan bankalarda çox effektli dekor kimi görünürlər. Xoşbəxtlikdən bu ideyanı həyata keçirmək heç də çətin deyil.

Payız təamlarının qoxusu...
Süfrə və mətbəx payızda əsas yer tutur. Bu da o deməkdir ki, masaları da bəzəksiz qoymaq olmaz. Odur ki, masanın üzərinə quru meyvələr, yarpaq və çiçəklər, o cümlədən səbətdə və ya qabda mövsüm meyvələri qoyun. Arzu edənlər qurudulmuş yarpaq və budaqların yanında şam qozalarından da istifadə edə bilər.

Qəhvəyi rəngin tolarından ilham alın
Süfrələri, pərdələri, yastıqları kirəmit rəngində, qəhvəyi tonlarında seçin. Qəhvəyi tonları solğun yaşıl rəngli vaza və mebellərlə tamamlayın.

Əşyalarınızı da geyindirin
Bir neçə ildir ki güldan, fincan və baş əşyalara toxunma qəliblər geyindirmək dəbdədir. Qəliblərə əlavə pul xərcləmək istəmirsinisə, biz sizə köhnə sviter və jaketlərinizi atmayıb bu məqsədlə istifadə etməyi təklif edirik.

Evinizi payıza hazırlayın


Evinizi payıza hazırlayın


Evinizi payıza hazırlayın


Evinizi payıza hazırlayın


Evinizi payıza hazırlayın


Evinizi payıza hazırlayın


Evinizi payıza hazırlayın


Geri dön

Nergiz__Sirinova

  • 4 noyabr 2015 20:23
  • Məqalə: 329
  • Şərh: 3132
  • Bal:
Serhlere gore tesekkurler smile

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 9 oktyabr 2015 15:45
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
maraqli ewyalardi

__S.M_ova__

  • 8 oktyabr 2015 18:31
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Çox sağolun maraqli idealardi

★Love World★

  • 8 oktyabr 2015 13:58
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
☆Maraqlı İdeyalardı☆

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}