Payızın makiyaj və saç dəbi nədir?

 
Payızın makiyaj və saç dəbi nədir?


Artıq payız başlayıb. Deməli, xanımlar da geyim və xarici görünüşlərinin fəslə və dəbə uyğun olmasına diqqət etməlidirlər. Bəs 2015-ci ilin payız-qış makiyaj və saç dəbi nədir? Bu barədə Milli.Az lent.az-a istinadən bildirir ki, 2014-cü ildən qalma 40-60-cı illərin dəbinin, yəni klassik üslub davam edək.

Burada marsal - qırmızı-bordo, tünd-bordo, kərpic rənglər üstünlük təşkil edir. Marsal rənglərlə həmahəngliyi isə torpaq, qum, zeytun, fil sümüyü rəngləri yaradır. Makiyajda bu tonlarda olan tonal kremlərdən istifadə etmək məsləhətdir. Bu il az makiyaj dəbdədir. Təbii makiyaja freş makiyaj da deyilir. Şaftalı çiçəyi, nar çiçəyi, çəhrayı, yasəmən rəngləri insana təbiilik verir. Çünki insanın dağınıq, təbii görüntüsü önəmlidir. Sanki hamamdan çıxmısınız, saçlarınızı qurudub, bir az da üzünüzə əl gəzdirmisiniz.

Bu zaman laynerdən istifadə etməyi unutmayın. Süni kirpiklərin əvəzinə isə bol tuşdan istifadə etmək olar. Heç bir makiyaj növündən istifadə etmirsinizsə, sadəcə tonal krem və dodaq boyası ilə kifayətlənin. Əgər üzdə qüsur varsa, model makiyajından istifadə etmək olar. Yəni, burunda qüsur varsa, incəldilməli - korrektordan istifadə edilməlidir. Almacıq sümüyü yoxdursa, makiyajla yaradılmalı, alın-ənsə nahiyəsində qabarıqlıq, kobudluq varsa, bir az incəldilməli, buxaq varsa, korrektə edilməlidir.

Payız aylarında göz ətrafında, göz altında olan kölgələrdən narahatlıq yaşayan xanımlar da az deyil. Çox zaman yaydan payıza keçəndə dəridə quruluq yaranır. İnsan orqanizminin 70 faizi sudan ibarətdir. Bədəndə su azaldıqda ilk təsirlənən hissə göz ətrafı olur. Çünki üzdə ən həssas hissə göz ətrafı olduğu üçün hər hansı problem daha çox həmin hissədə büruzə verir. Yaş dövründən asılı olaraq, işi kompüterlə bağlı olan xanımların göz ətrafında müxtəlif problemlər yaranır. Bu zaman vizajist göz kölgəsindən istifadə etməyi məsləhət görür. Bununla yanaşı, 15 seanaslıq, həftədə iki dəfə ev və ya kosmetoloji şəraitdə maskalar, nəmləndirici, qoruyucu kremlər məsləhətdir. Lakin göz ətrafına qulluq makiyajdan öncə lazımdır. Çünki təbii makiyajın alınması üçün dəri sağlam və təmiz olmalıdır.

Payızda kirşan da öz mövqeyini qoruyub saxlayır. Əgər üz dərisi problemlidirsə, toz ənliklərdən istifadə edirik. Çünki ümumiyyətlə, üzdə makiyaj bəlli formada, maska şəklində olmamalıdır. Dodaq boyansında tünd-marsal rənglər üstünlük təşkil edir - bordo, al qırmızı, qaraya çalan tünd şokolad rənginin qırmızı qarışığı. Bu zamansa göz palitrasına xüsusi diqqət etmək lazımdır. Elə göz kölgəsi var ki, şişkinlik effekti verir. Biz marsal, kərpic rəngindən gözdə istifadə edə bilmərik. Göz soyuqlanmış, sanki xəstə kimi görünə bilər. Biz bu zaman bozun qəhvəyi rənglərini göz makiyajında oynada bilərik. Dodaqsa təbii görünməlidir. Üzdə sadəcə tuş varsa, dodaq tünd ola bilər. Tünd rənglərin hamısından bir arada istifadə etmək olmaz. 

Payız aylarında saça qulluq da mütləqdir. Çünki yayda günəşdən alınan zərbə saçlarda özünü göstərir. Xanımlar bəzən hovuz və ya dənizdən çıxdıqdan sonra başlarını normal su ilə yumurlar. Bu zaman saçlar cansızlaşır, vitaminsizləşir.
Saç boyasını minimum 3 aydan bir dəyişmək olar. Amma dib boyasını 14 gün, ayda bir dəfə yeniləyə bilərsiniz. Elə xanımlar var ki, ayda 3 dəfə saç boyasını dəyişir. Biz dəb arxasınca qaçıb özümüzə zərər yetirə bilmərik. Dəbdən məlumatlı olmalıyıq, lakin onun içərisindən özümüzə yaraşanı seçməliyik. Bəzən qara saçlı xanımlar saçlarının rəngini açıb qəhvəyi rəngə keçir. Nəzərə almaq lazımdır ki, saçlar buna hazır olmaya bilər. Saçları əvvəlcə maskalarla, düzgün qidalandırıcı kremlərlə canlandırıb özünə gətirdikdən sonra rəngini dəyişmək olar.


Saç rənginə gəldikdə isə, şabalıdı, fındıq qabığı, bal rəngi, qəhvəyi, qəhvəyi və bal rənginin qarışığı, aralarından çox az paslanmış kölgə saç boyalarında aktualdır. Tərkibində yaşıllıq olan rənglərdən isə qaçmaq mütləqdir. 
Qadının gözəlliyi saçlardır. Qadın oğlan kimi görünməməlidir. Xanımların ən qısa saçı qulaqdan aşağı olmalıdır. Bəzən rahatlıq, imic xətrinə qadınlar saçlarını qısa kəsdirirlər. Amma imic xətrinə olan görüntü 1-2 gün gözəldir, sonra gözü yorur. Qısa saçı sevən kişi nadir tapılar. Bundan başqa, qısa saçla gəzən, işə gedən xanım incəliyini itirir.

Hörüklər isə klassik üslub kimi aktuallığını yenə qoruyur. Boyu nisbətən balaca xanımlarsa uzun saçlar haqqında düşünməsələr yaxşı olar.
Saçlarda qaynaq varsa, çıxardın ki, nəfəs alsın. Dağınıq saç düzümü bu il və gələn il üçün önəmlidir. Su dalğası formasında saçlar, yəni normal, təbii görüntü dəbdir. Sanki saç özü quruyub və burulub. Çox dəqiq saç düzümləri və lakdan istifadə etməyin. Lak saçları nəfəs almağa qoymur, kənardan süni təəssürat yaradır. Üzü girdə xanımların alnını açmaq, gözü-qaşı görünsün deyə saçların toplam yuxarıya yığmaq, hətta at quyruğu formasında toplamaq gözəl olar. Saç aksessuarlarından da aşırı dərəcədə istifadə etməyin.


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 11 oktyabr 2015 11:00
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
xebere melumata gore twkrler.

__S.M_ova__

  • 11 oktyabr 2015 08:40
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Məlumat üçün təşəkkürlər

Nergiz__Sirinova

  • 10 oktyabr 2015 22:39
  • Məqalə: 372
  • Şərh: 3299
  • Bal:
{awards}
Meslehetlere gore tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}