Analar

 
Analar


Dünyanın bu karvan köçündən gəlib,
Dözümün bitməyən gücündən gəlib,
Yoxsa nağılların içindən gəlib, -
Özü nağıllara dönən analar.


Gül dedik, ovcunda çiçək bitirdi,
Sevinci paylayıb, qəmi itirdi,
Yuxusuz gözlərə yuxu gətirdi,
Laylalar üstündə dinən analar.


Saçına qar yağdı, yaz verdi bizə, 
Dünyanı görməyə göz verdi bizə,
Özünə bənzəyən qız verdi bizə,
Ömrünü min yerə bölən analar.

Özü şərik oldu ürək sirrinə,
Gün oldu işlədi kişi yerinə,
Bizimçün od aldı kipriklərinə,
Özü soyuqlarda donan analar.


Oğulu sevinib, qızı güləndə,
Sanki günəş gülür üzü güləndə,
Övladın qaşında düyün görəndə,
Bulud tək qaralıb, dolan analar.

Saçını zamanın əlləri hörür,
Bu günlə yaşayıb sabahı görür,
Dünyaya təzə-tər övladlar verir,
Üzü çiçək kimi solan analar.

Vətənin özünə "ANA" dedilər,
Oduna, közünə "ANA" dedilər,
Bir gün yad qızına "ANA" dedilər,
Nəvə muştuluğu alan analar.

Ömrümü-günümü almışam sizdən,
Damlayanı qorumuşam coşqun dənizdən,
"Oğlum" desəniz də, deməsəniz də,
Mənim anamsınız, anam, analar.!


Nüsrət Kəsəmənli


Analar


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 9 oktyabr 2015 15:42
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
ALLAH analarin canini sag elesin

ღKiRaZ MeVsİmCiღ

  • 8 oktyabr 2015 19:15
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
təşəkkürlər gözəl şeirdi

--------------------

__S.M_ova__

  • 8 oktyabr 2015 18:33
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Şeir üçün təşəkkürlər

Nergiz__Sirinova

  • 8 oktyabr 2015 18:32
  • Məqalə: 332
  • Şərh: 3143
  • Bal:
{awards}
Seir ucun tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}